Aleksey Kulak (rus. Кулак, Алексей Исидорович;27 mart 1922, Moskva – 25 avqust 1984, Moskva) — SSRİ DQM-də xidmət edən polkovnik, Böyük Vətən Müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı (1946). 1990-cı ildə ölümündən sonra ABŞ kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə əlaqədar bütün rütbələrdən və mükafatlardan məhrum edilib
Dmitri Polyakov | |
---|---|
Кулак, Алексей Исидорович | |
Şəxsi məlumatlar | |
Ləqəbi | “Fedora” |
Doğum tarixi | 27 mart 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 25 avqust 1984 (62 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | artilleriya[d] |
Xidmət illəri | 1941-1977 |
Rütbəsi | polkovnik |
Döyüşlər | Berlin |
Təltifləri | Sovet İttifaqı Qəhrəmanı |
27 mart 1922-ci ildə Moskvada fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirib. 1941-ci ilin avqustunda Qırmızı Ordunun sıralarına yazılmışdır. 1942-ci ildə Odessa Artilleriya Məktəbinin kurslarını bitirib, 1942-ci ilin mayından II Dünya Müharibəsində müxtəlif cəbhələrdə döyüşmüşdür. 1945-ci ilin aprelinə qədər baş-leytenant rütbəsi almışdır. 1-ci Belorusiya cəbhəsinin 5-ci zərbə ordusunun 6-cı artilleriya korpusunun 2-ci artilleriya diviziyasının 20-ci artilleriya briqadasının 262-ci yüngül artilleriya alayının artilleriya batalyonunun komandiri kimi xidmət etmişdir.
25 avqust 1984-cü ildə beyin xərçəngi xəstəliyindən vəfat etmişdir. Kuntsevo qəbirstanlığında “qəhrəman” statusu ilə təntənəli şəkildə dəfn edilmişdir.[1]
SSRİ alman faşizmi üzərində qələbə çaldıqdan sonra Almaniyanın kiçik şəhərlərinin birinə hərbi komendant təyin edilmişdi. Vəzifədə xidmət edərkən o, ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə başlamışdır. “NKVD”-nin Almaniya ərazisində fəallığını nəzərə alaraq casusluğunun üstünün açılmasından narahat olmuşdur və 1947-ci ildə hərbidən tərxis olunması üçün komandanlığa müraciət etmişdir. Komandanlıq Kulakın müraciətini müsbət cavablandırıb.
Almaniyadan Moskvaya qayıdıb, Mendeleyev adına Kimya Texnologiyaları İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra Aleksey Kulak bir müddət elmi yaradıcılıqla məşğul olub, dissertasiya müdafiə edərək kimya elmləri namizədi adını alıb.
1960-cı ildə Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbərliyi peşəkar hərbçi, döyüşən zabit və qəhrəman olmasını nəzərə alaraq onu xidmətə dəvət etmişdilər. DTK-nın 1-ci baş idarəsində xidmətə başlamışdır, onu SSRİ-nin Nyu-Yorkdakı rezidenturasına təyin edilmişdir.
Bəzi versiyalara görə, Aleksey Kulak ABŞ-də xidmət etmək üçün özü təşəbbüs göstərmişdir. Hələ Almaniyada xidmət edərkən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələr yaratmağa nail olmuşdur. 1962-ci ildə könüllü olaraq Amerika kəşfiyyatına işləməyə başlamışdır.
Kifayət qədər məxfiliyi saxlaya bilmişdir. İkibaşlı oyunu uzun illər heç kimdə şübhə yaratmamışdır.
1967-ci ildə Yuri Andropov DTK sədri təyin olunanda ABŞ-də xidmət edən dövlət təhlükəsizliyi əməkdaşlarının fəaliyyətini ciddi şəkildə araşdırımışdır. Bu araşdırmalarda da onun fəaliyyəti heç bir şübhə yaratmamışdır.
1977-ci ildə polkovnik rütbəsində istefaya göndərilmişdir.
Kulak elə həmin ildən təhsil aldığı Mendeleyev adına Kimya Texnologiyaları İnstitutunda dosent kimi pedaqoji fəaliyyətə başlayıb, elmi yaradıcılığını davam etdirmişdir.
1985-ci ildə SSRİ-dən ABŞ-yə informasiya axını məsələsi yenidən gündəmə gəlmişdir. Sovet kəşfiyyatçıları SSRİ-yə işləyən məşhur Amerika kəşfiyyatçısı Eyms Oldriçi bu məsələyə cəlb ediblər. Sözsüz ki, Oldriç sövdələşməyə görə SSRİ-dən kifayət qədər böyük “qonorar” almışdır. O, əsaslı sübut və dəlillərlə Aleksey Kulakın uzun illər Amerika kəşfiyyatına işlədiyini DTK-ya sübut edib. Yüksəkçinli sovet məmurlarından biri “Kulak vətəni neçəyə satıb” sualına Oldriç belə cavab verib:
“Qəhrəman”lar ucuz qiymətə işləmirlər. Kulak ümumilikdə 300 min dollarla mükafatlandırılıb. |
Bu hadisədən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin qapalı qərarı ilə Aleksey Kulak ölümündən sonra bütün dövlət təltiflərindən, o cümlədən Sovet İttifaqı Qəhrəmanı məhrum edilmişdir.