Moskvada pilot-kosmonavt Aleksey Leonovun xatirə lövhəsi — 12 aprel 2021-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində SSRİ pilot-kosmonavtı Aleksey Leonovun xatirəsini əbədiləşdirmək üçün qoyulmuş xatirə lövhəsi. Layihənin müəllifləri heykəltəraş Yaroslav Borodin və memar Yuliya Yefremovadır.[1] Xatirə lövhəsinin quraşdırılması təşəbbüsü "Alfa Bank"ın rəhbərliyinə məxsus idi.[2]
Xatirə lövhəsinin quraşdırılması insanın kosmosa ilk uçuşunun altmış illiyini qeyd etmək üçün nəzərdə tutulmuşdu.[3]