Aleksey Sultanov

Aleksey Fayzulhaqq oğlu Sultanov (7 avqust 1969, Daşkənd — 30 iyun 2005, Fort-Uort, ABŞ) —XX əsrin ən görkəmli pianoçularından biri, SSRİ-də və ABŞ-də böyük sənətkar kimi məşhur idi.

Aleksey Sultanov
Doğum tarixi
Doğum yeri Daşkənd
Vəfat tarixi (35 yaşında)
Vəfat yeri Fоrt-Uort, ABŞ
Vəfat səbəbi insult
Təhsili
Fəaliyyəti pianoçu, bəstəkar
alexeisultanov.free.fr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musiqiçilər (atası Fazulhaqq Abdulhaqq oğlu violonçelist, anası Natalya xanım Poqorelova skripkaçdır) ailəsində dünyaya gəlib, nənəsi Zamirə xanım Hidoyatova, özbək xalqının tanınmış və sevimli aktrisasıdır.

Aleksey Sultanov 6 yaşından Özbəkistanda V.Uspenski adına respublika musiqi məktəbində əmekdar müəllim Tamara Popoviçin sinfində (fortopiano) təhsil almışdır. 8 yaşından konsertlər vermiş, 12 yaşında Beynəlxalq "Konsertino Praqa-82" müsabiqəsinin laureatı, 15 yaşında Özbəkistan respublikası Komsomol mükafatı laureatı adına layiq görülmüşdür. Təhsilini Moskva konservatoryasında (ali musiqi məktəbi) Lev İvanoviç Naumovun sinfində davam etmişdir. 1986-cı ildə 17 yaşlı gənc pianoçu haqqında rejissor Əli Hamrayev sənədli film çəkmişdir. 1989-cu ildə Van Klibern adina 8-ci Beynəlxalq pianoçular müsabiqəsinin qalibi çıxdıqdan sonra, davamlı olaraq qastrollara dəvət edilmişdir.

1990-cı ildə konservatoryanın üçüncü kursunu davam etdirməmiş ve 1991-ci ildə Amerika Birləşmiş Ştatlarına getmişdir.

Sonralar, Aleksey Sultanov iki dəfə — 1995-ci ildə Varşavada Şopen adına 13-cü Beynəlxalq pianoçular və 1998-ci ildə Çaykovski adına Beynəlxalq pianoçular müsabiqələrində iştirak etmiş və hər iki müsabiqədə gənc pianoçuya qarşı ədalətsizlik olmuşdur. Şopen adına Beynəlxalq pianoçular müsabiqəsində, jüri, ikinci dərəcəli mükəfatı Aleksey Sultanova verməyi, birinci mükəfatı isə heç kimə verməmyi qərara almışdır. Aleksey Sultanov, ikinci dərəcəli diplomu qəbul etməmiş və bu hadisədən sonra 26 yaşlı sənətkar iflic olmuşdur.

1998-ci ildə Çaykovski adına Beynəlxalq pianoçular müsabiqəsinə qiymət verən jüri, Prokofyevin Yeddinci sonatasının ifasında, gərəksiz sərbəstliyə yol verdiyi üçün, ona, müsabiqənin üçüncü turunda iştirak etməyə icazə vermemişdir. Bu hadisə haqqında dövri mətbuatda haqlı və kəskin "Autsayderə eşq olsun!", "Dahi isdedadlar laureat olmadan da dahidir" başlıqlı məqalələrlə narazılıqlar olmuşdur.

Aleksey Sultanov, 1999-cu ilin Noyabr ayında, Daşkənd şəhərində, Milli Simfonik orkestr ilə birlikdə, nənəsi, xalq artsti Zamirə xanımın xatirəsinə solo konsert həsr etmişdir. Aleksey Sultanov, qeyri-adi çıxışları ilə Avropanı, Asiyanı, Amerikanı fəth etmiş, dünyanın onlarla şəhərlərində konsertlər vermiş, Filadelfi, Konsertgebau, Britaniya simfonik orkestrləri ilə birlikdə çıxış etmiş, Helsinki, Berlin, Frankfurt, Hamburq, Sürix, Afina, Milan, Osako, Seul, New York və digər şəhərlərdə solo konsertləri vermişdir, La Skala, Karneqi-Holl, La Roke konsert salonlarında alqışlanmışdır. Məşhur pianoçu Vladimir Qorovis qayınatası – Arturo Toskaninidən qalmış dirijor çubuğuu gənc istedad Alekseyi hədiyyə etmişdir.

2001-ci ildə Özbəkstanda yeni qastrol səfərlərinə hazırlıq görən gənc pianoçu, fevral ayında ikinci dəfə iflicə məruz qaldı [1]. Bu ağır xəstəliyə baxmayaraq, Aleksey Sultanov xeyriyyəçilik konsertləri verməyə davam etdişir.

Son illərini ABŞ-də yaşayan, "hər bir bəstəkarın qəlbinə yol açmağı bacaran", "piançuların vulkanlar sinfinə aid olan", "sərbəst, coşqun", "Fortepiano aslanı" musiqi ustası, dörd il davam edən mərdanə mübarizədən sonra 30 iyun 2005-ci ildə əbədiyyətə qovuşdu.

  1. 88 notes pour piano solo, İjon-Piser Sullyet, Neva Editions, 2015, 153–155. ISBN 978-2-3505-5192-0

Yaradıcılğı

[redaktə | mənbəni redaktə et]

Temperamentinə görə Aleksey Sultanovun repertuarı romatizm və postromantizmdir. Yaradıcılığına Şopen, List, Raxmaninov, Skraybin kimi ölməz sənətkarlarin əsərləri daxildir. Aleksey Sultanov sənətində fövqəladə ifadə tərzi, sözün əsil anlamında ən səmimi lirik xəyallar yer tutmaqdadır.

Xatirə saytı

http://alexeisultanov.free.fr/

http://alexeisultanov.org/

[Çıxışları] http://www.recitals.alexeisultanov.ru/

Haqqinda

http://www.forumklassika.ru/showthread.php?t=34113&p=605847&viewfull=1#post605847/

http://www.classica.fm/2009/08/23/alexei-sultanov/ Arxivləşdirilib 2009-09-30 at the Wayback Machine

http://www.alexeisultanov.ru/archive5