La Skala

La Skala (it. Teatro alla Scala yaxud La Scala) — Milanda dünyanın ən tanınmış və ən məşhur opera teatrı. Milanın Della Skala(it. Piazza della Scala) meydanında yerləşmişdir. Opera Santa Maria della Skala kilsəsinin yerində tikildiyinə görə La Skala adlandırılmışdır.

La Skala
Xəritə
45°28′03″ şm. e. 9°11′21″ ş. u.HGYO
Ölkə  İtaliya
Şəhər Milan
Yerləşir Milan[1]
Memar Cüzeppe Piyermarini
Sifarişçi Mariya Tereziya
Tikilmə tarixi 1776-1778
Üslubu barokko
Vəziyyəti fəaliyyət göstərir
Rəsmi sayt teatroallascala.org
La Skala (Milan)
La Skala
Teatrın planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
La Skala XIX əsr fotosunda
La Skala'nın tamaşaçı salonu

La Skala 1776-cı ildə yanmış Reqio Dukale teatrının (it. Teatro Regio Ducale) əvəzinə Santa maria della Skala kilsəsinin yerində memar Cüzeppe Piyermarininin layihəsi əsasında 23 ay müddətində tikilmişdir. 3 avqust 1778-ci ildə La Skala öz qapılarını Antonio Saliyerinin (it. L’Europa riconosciuta operasının primyerası ilə açmışdır.

Teatrın tikintisinə o vaxtki qiymətlə 1 millyon lirə xərclənmiıdir. Bu məbləği şəhərin 90 aristokratı tərəfindən ödənilmişdir.

1943-cü ildə İkinci Dünya Müharibəsində dağıdılmış bina qisa bir müddətdə bərba edilmiş və 11 may 1946-cı ildə istifadəyə verilmişdir.

2001–2004-cü illərdə opera teatrı akustik sistemlərin yeni standartlar səviyyəsində yenidən qurulması üçün təmirə bağlanır.

7 dekabr 2004-cü ildə opera qapılarını ilk açılışda olduğu kimi Antonio Saliyerinin (it. L’Europa riconosciuta operası ilə açır. 2000 dəvət olunmuş qonaqlar arasında demək olar ki Avropanın bütün monarxları ailə üzvüləri ilə birlikdə,Sophia Loren,Giorgio Armani olmuşdurlar.

Teatr mövsümünün açılışı hər il 7 dekabr Milan şəhərinin patronu sayılan yepiskop müqəddəs Ambrozinin (it. Sant'Ambrogio) ad gününə təsadüf edir.

Bina yeni barokko üslubunda tikilmiş öz əvəzedilməz akustikası ilə seçilir. Tamaşa zalının bədii tərtibatı rahatlıq və akustikanın ciddi tələbinə uyğun qurulmuşdur. Opera teatrının binası 100 metr uzunluğa və 38 metr enə malikdir. Fasadının ortasında karetaların daxil olması üçün portal yerləşmişdir. Zal nal şəklində olub, beşqatlı hər biri 8–10 nəfərlik, bir biri ilə dəhlizlərlə əlaqəli olan 194 lojaya, bir kral lojasına və qalereyalara, bir o qədər də böyük olmayan səhnəyə malikdir. Əvvəllər işıqlanma şamlar hesabına olduğuna görə tamaşaçılar özlərini mum ərintisindən qorumaq üçün şilyapa və papaq qoymağa məcbur idilər. İstilik sistemi olmayan tamaşaçı salonu ağ, gümüşü və qızılı rənglərlə işlənilmişdir.

Xarici kecidlər

[redaktə | mənbəni redaktə et]

http://www.teatroallascala.org/

  1. SIRBeC (it.).