Aleksi Paul Pitu(5 iyun 2002[1], Karlsrue, Baden-Vürtemberq[2]) — Rumıniya Liqa I təmsilçilərindən olan Vitorul Konstanta klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Rumıniyalı futbolçudur.[3][4]
Aleksi Pitu | ||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||
Tam adı | Aleksi Paul Pitu | |||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||
Doğum yeri | Karlsrue, Almaniya | |||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||
Boyu | 1.70 | |||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | |||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||
Klub | Vitorul Konstanta | |||||||||||||||||||||
Nömrəsi | 91 | |||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||
|
||||||||||||||||||||||
|
||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Pitu George Haci Akademiyası akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 12 iyul 2018-ci ildə Milli Divizion təmsilçisi olan Rasinq Lüksemburq klubuna qarşı oyunda etmişdir. O, 86-cı dəqiqədə İanis Hacini əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Vitorul rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir.[5]
Pitu Rumıniya Liqa I-də debütünü isə 22 iyul 2018-ci ildə Dunarea Kalaraşi klubuna qarşı oyunda etmişdir.[6] O, 71-ci dəqiqədə Mihai Vodutu əvəz etmişdir. Liqa I görüşündə Vitorul rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur.[7]
Pitu Karlsrue şəhərində anadan olmuşdur. O, keçmiş futbolçu olan George Pitunun oğludur.[8]
Klub | Mövsüm | Liqa | Ölkə Kuboku | Kontinental1 | Digər2 | Ümumi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Vitorul Konstanta | 2018–19 | Liqa I | 2 | 0 | — | 2 | 0 | 0 | 0 | 4 | 0 | |
Ümumi karyera | 2 | 0 | 0 | 0 | 2 | 0 | 0 | 0 | 4 | 0 |
1UEFA Avropa Liqası görüşləri daxildir.
2Rumıniya Superkuboku görüşləri daxildir.