Baden-Vürtemberq

Baden-Vürtemberq (alm. Baden-Württemberg) – Almaniyanın parlamentar idarəolunan yarım-suveren federal əyalətdir. Əyalət Almaniyanın cənub qərbində yerləşir və Fransa ilə ölkənin cənub sərhəddini təşkil edir. Paytaxtı əyalətin ən böyük şəhəri olan Ştutqart-dır. O, 1952-də müharibədən sonrakı qısa ömürlü Vürtemberq-Baden,(Cənubi-)Baden və Vürtemberq-Hohenzolern əyalətlərinin (bu əyalətlər koalisiya ölkələri tərəfindən qədim Baden və Vürtemberq əyalətlərinin işğal bölgələrinə ayrılmasından yaranmışdı) birləşməsindən qurulmuşdur. Əyalətin Ştutqartdan sonrakı böyük şəhərləri KarlsrueManhaym-dır. Başqa şəhərlərinə Frayburq-im-Braysqau, Haydelberq, Haylbron, Pfortshaym, Roytlingen, TübingenUlm şəhərləri daxildir.

Baden-Vürtemberq
Baden-Württemberg
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

48°32′ şm. e. 9°02′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Ştutqart
Tarixi və coğrafiyası
Yaradılıb 25 aprel 1952
Sahəsi
  • 35.751,65 km²
Hündürlük
327 m[2]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 11.069.533 nəf. (31 dekabr 2018)[3]
Rəqəmsal identifikatorlar
ISO kodu DE-BW
Rəsmi sayt
Baden-Vürtemberq xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sahəsi 35 751,65 km², əhalisi 10 747 479 nəfər, əhali sıxlığı 1 km²-ə 300 nəfərdir. Almaniyanın ən böyük üçüncü əyalətidir.

Baden-Vürtemberq Almaniyanın ən çox məhsul ixrac edən (2018)[4], ikinci ən az işsizliyə (Oktyabr, 2019)[5], dördüncü ən yüksək adambaşına düşən ÜDM-a (2019)[6] və eləcə də ən çox adambaşına düşən patentlər sayına (2018)[7] malik əyalətidir. Orta ömür gözləntisi 2016/18-ci illərdə kişilər üçün 79,7 il və qadınlar üçün isə 84,1 il olmuşdur. Hər iki göstərici ölkə əyalətləri içərisində ən yüksəyidir.[8]

Baden-Vürtemberq tarixi Baden, Prussiya HohenzolernVürtemberq-in ərazilərindən formalaşdırılmışdır.

B.e.-nın 100-cü ilində, Roma İmperiyası Vürtemberqi işğal etmiş, və onun şimal sərhədində limes (möhkəmləndirilmiş sərhəd bölgəsi) inşa etmişlər. B.e.-nın üçüncü əsri ərzində Alemanlar Romalıları məğlub edərək, onları ReynDunay çaylarından qərb yönündə kənara çəkilməyə məcbur etmişlər. B.e.-nın 496-cı ilində, Alemanlar I Xlodviq-in rəhbərliyi ilə Franklar tərəfindən məğlub edilir.

Müqəddəs Roma İmperiyası bundan sonra qurulmuşdur. Burada yaşayan insanların əksəriyyəti Roman katolikləri olmuşdurlar və hətta bu protestant Reformasiyasının şimali Almaniyaya təsirindən sonra da davam etmişdir.

19-cu əsrin sonları və 20-ci əsrin əvvələrində, bu əyalətdən əsasəndə kəndlərdən olan bir çox insanlar ABŞ-yə və digər ölkələrə köçmüşdür.

Baden-Vürtemberq-in Almaniyanın digər əyalətləri Reynland-Pfalts, HessenBavariya və eləcə də Fransa (Qrand Est regionu) və İsveçrə (Bazel-Landşaft, Bazel-Ştadt, Arqau, Sürix, ŞafhausenTurqau kantonları) ilə sərhədləri vardır.

Əyalətin bir çox əsas şəhərləri Nekkar çayı sahilində yerləşir. Çay cənub-qərbdən əvvəl mərkəzə, sonra isə şimal-qərb yönündə axmaqla Tübingen, Ştuttqart, Haylbron, HaydelberqManhaym şəhərlərindən keçir.

Reyn çayı əyalətin ´qərb sərhəddini eləcədə cənub sərhəddinin əsas hissəsini formalaşdırır. Qara Meşə (alm. Schwarzwald [Şvartsvald]) əyalətin əsas dağ sırasıdır. Eləcə də, Dunay çayı başlanğıcını bu əyalətdən götürür.

Baden-Vürtemberqin əhalisi 10,486,660 nəfər təşkil edir (2014). Bunlardan 5,354,105 nəfəri qadın və 5,132,555 nəfəri kişidir. 2006-da, doğum səviyyəsi 1000 nəfərə 8,61 nəfər olmuşdur ki, bu da ölüm səviyyəsinə — 1000 nəfərə 8,60 nəfər — çox yaxın olmuşdur. Əhalinin 14,87%-i 15 yaşın altında, 18,99%-i isə 65 və üzəri yaşda olmuşdur (2008).

1 yanvar 2020-ci il tarixinə görə, əyalətin xarici sakinləri ən çox aşağıdakı ölkələrdəndirlər:

Türkiyə 253,995
İtaliya 184,555
Rumıniya 156,325
Xorvatiya 122,835
Polşa 85,620
Yunanıstan 82,135
Suriya 81,260
Kosovo 62,615
Macarıstan 52,450
Bolqarıstan 44,770

1881–2019 zaman aralığında orta qiymətlərlə ən isti ay, il və fəsillər.

1881–2019 illəri ərzində 10 ən isti illər
Sıralama İl Temperatur °C
1 2018 10,38
2 2014 10,14
3 2015 9,89
4 1994 9,88
5 2019 9,87
6 2000 9,71
7 2011 9,64
8 2002 9,55
9 2007 9,47
10 2003 9,45

1881–2019 zaman aralığında orta qiymətlərlə ən soyuq ay, il və fəsillər.

1881–2019 illəri ərzində 10 ən soyuq illər
Sıralama İl Temperatur °C
1 1956 6,66
2 1887 6,74
3 1940 6,82
4 1888 6,96
5 1963 6,99
6 1890 7,03
7 1962 7,09
8 1941 7,10
9 1889 7,11
10 1931 7,18


1881–2019 illəri ərzində uyğun olaraq ən isti aylar

İl Ay İl Fəsil
Yan. Fev. Mart Aprel May İyun İyul Avq. Sen. Okt. Noy. Dek. Qış Yaz Yay Payız
İl 2018 1966 1994 2018 1917 2003 2006 2003 1961 2001 1994 2015 2018 2006/

2007

2007 2003 2006
Maksimum 4,33 5,63 7,66 12,50 15,55 20,86 21,78 21,73 16,62 12,31 7,59 5,14 10,38 3,78 10,51 20,56 11,55

1881–2019 illəri ərzində uyğun olaraq ən soyuq aylar

İl Ay İl Fəsil
Yan. Fev. Mart Aprel May İyun İyul Avq. Sen. Okt. Noy. Dek. Qış Yaz Yay Payız
İl 1940 1956 1883 1903 1902 1923 1919 1912 1912 1905 1921 1890 1956 1962/

1963

1970 1913 1912
Minimum -7,79 -10,19 -0,81 4,22 8,28 11,27 13,81 13,37 8,25 3,65 -0,44 -5,51 6,66 -5,43 5,82 14,38 5,46

Əsas şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. 1 2 GeoNames (ing.). 2005.
  3. https://www.statistik-bw.de/BevoelkGebiet/Bevoelk_I_D_A_vj.csv.
  4. "Almaniya əyalətlərinin ixrac kvotası" (German). Arxivləşdirilib 2021-02-27 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2021-02-27. İstifadə tarixi: 2020-12-30.
  5. "Almaniya əyalətlərinin işsizlik kvotası (Status: Oktyabr 2019)". statista (German). Statista Research Department. 2020-09-01. Arxivləşdirilib 2021-06-27 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2021-06-27. İstifadə tarixi: 2020-12-30.
  6. "Almaniya əyalətləridə adambaşına düşən ÜDM, 2018" (German). Arxivləşdirilib 2021-09-07 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2021-09-07. İstifadə tarixi: 2020-12-30.
  7. "Almaniya əyalətlərində 2018-də hər 100.000 nəfərə düşən patent qeydalmaları" (German). Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2020-12-02. İstifadə tarixi: 2020-12-30.
  8. "Almaniya əyalətlərində cinsə görə orta ömtür gözləntisi 2015/2017" (German). Arxivləşdirilib 2021-02-28 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2021-02-28. İstifadə tarixi: 2020-12-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]