Aleksis Şahtaxtinski

[mənbə göstərin]

Aleksis Şahtaxtinski
Doğum tarixi (56 yaş)
Doğum yeri Strasburq, Fransa
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti diplomat

Aleksis Şahtaxtinski (22 avqust 1967[1], Strasburq) ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi (2014–2015).[2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Aleksis Şahtaxtinski 1967-ci ilin avqustun 22-də Strasburq şəhərində dünyaya gəlib. Atası Cahangir-Kamal (Jan) Şahtaxtinski Fransa Dənizçilik Akademiyasının zabiti və eyni zamanda, professoru olub. Anası Livanda fransız ailəsində doğulub. Aleksis Şahtaxtinski 1988-ci ildə Nansi II Universitetində Rus dili və Beynəlxalq Hüquq fakültəsində bakalavr təhsili alıb.

1990-cı ildə təhsilini Paris siyasi elmlər Məktəbində Beynəlxalq münasibətlər üzrə davam etdirib. O, Sorbonna Universitetinin məzunudur. 1993-cü ildən diplomat kimi fəaliyyətə başlayıb. Şahtaxtinski bir sıra beynəlxalq təşkilatlarda və Fransa hökumətinin diplomatik nümayəndəliklərində çalışıb.

Azərbaycan əsilli Aleksis Şahtaxtinski əvvəl Fransa Xarici İşlər Nazirliyinin Siyasətin Planlaşdırılması Mərkəzində fəaliyyət göstərib və Fransanın Avropa məsələləri üzrə nazirinin xüsusi müşaviri vəzifəsində işləyib. Avropada təhlükəsizlik üzrə 20 ildən çox təcrübəyə malik olan peşəkar diplomat Moskvada 90-cı illərdə NATO İnformasiya Ofisinin rəhbəri, Belarus və Tacikistanda müvəqqəti işlər üzrə vəkil vəzifəsində çalışıb.

Şahtaxtinski 2010–2013-cü illərdə Krakovda (Polşa) Fransanın baş konsulu vəzifəsinə işləyib. O, həmçinin ATƏT- in Bakı Ofisi rəhbərinin müavini olub. 1 yanvar 2014-cü ildən 2015-ci ilin iyul ayına kimi ATƏT- in Bakı Ofisinin Layihə Əlaqələndiricisi olub.

Aleksis Şahtaxtinski 6 dildə danışır. Ailəlidir, iki övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Fransa Xarici İşlər Nazirliyi Annuaire diplomatique et consulaire de la République française. Éditions Berger-Levrault, Imprimerie Nationale, Luminess, 1879. ISSN 0066-295X
  2. "İlham Əliyev ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib" (az.). president.az. 03 iyun 2015, 14:20. 2016-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-04.