Aleksis Kopello

Aleksis Kopello (d. 12 avqust 1985; Santiaqo de Kuba, Kuba) — Kuba əsilli Azərbaycanlı yüngül atlet. Aleksis Kopello, Azərbaycanı 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında təmsil edib və gümüş medal qazanıb.

Aleksis Kopello
Şəxsi məlumatlar
Tam adı Aleksis Kopello Sançez
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (38 yaş)
Doğum yeri Santiaqo de Kuba, Kuba Kuba
İdman növü Yüngül atletika
Boyu 185 sm
Çəkisi 80 kq

O, həmdə 2008 və 2012-ci illərdə baş tutan Olimpiya Oyunlarında, Kubanı təmsil edib.

Karyerası[redaktə | mənbəni redaktə et]

Aleksis Kopello 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Üçtəkanla tullanma yarışlarının final mərhələsində o, 16.90 metr nəticə ilə 2-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]