Aleksis Tsipras

Aleksis Tsipras (yun. Αλέξης Τσίπρας; 28 iyul 1974[1][2], Afina) — Radikal Sol Koalisya partiyasının lideri, 26 yanvar 2015-ci ildən Yunanıstanın Baş Naziri. 2009-cu ildə keçirilən parlament seçkilərində Yunanıstan Parlamentinin üzvü seçilmişdir.[4]

Aleksis Tsipras
Αλέξης Τσίπρας
Yunanıstanın Baş Naziri
Şəxsi məlumatlar
Doğum adı Αλέξης Τσίπρας
Doğum tarixi 28 iyul 1974(1974-07-28)[1][2] (50 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • Afina Milli Texniki Universiteti[d] (–2000)
Fəaliyyəti siyasətçi, inşaat mühəndisi[d]
Həyat yoldaşı Peristera Baziana (rəsmi nigahlı deyil)
Uşağı iki övladı var

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksis Tsipras 1974-cü il iyulun 28-də Afina şəhərində anadan olmuşdur.[4]

Afina Milli Texniki Universitetinin inşaat mühəndisliyi ixtisası üzrə təhsil alıb və 2000-ci ildə universiteti bitirib. Universiteti bitirdikdən sonra inşaat sektorunda inşaat mühəndisi olaraq işləmişdir. Bir çox layihələr üzərində çalışıb.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Çipras 1980-ci illərdə Yunanıstan Komunist Gənclik Partiyasına üzv oldu. 1990-cı illərin əvvəlində Abelokipidə məktəbdə təhsil aldığı zaman Yunanıstanın o zamanki Təhsil Naziri Vasilis Kontoyannopulosun qalmaqallı qanunlarına qarşı tələbə etirazlarında aktiv oldu.

1995-ci ildən 1997-ci ilə kimi Yunanıstan Milli Tələbə Birliyi Mərkəz Təşkilatına təmsilçi seçilmişdir.1999–2003-cü illərdə ​Synaspismos Neolaia Syn Partiyasının Gənclər Təşkilatında işləyir. Alexis Tsipras ən böyük siyasi çıxışını 2008–2009-cu illərdə edir və Synaspismos koalisiyasının konqresində partiya lideri seçilir. 33 yaşlı Tsipras partiyanın tarixində sədr seçilən ən gənc siyasətçi olur.

Afina bələdiyyə məclisi üzvü seçildiyi zamanda 2007-ci ildə Yunanıstan Məclis üzvi (Vouli) üçün çalışmışdır.

Pariyanın öncəki sədri Alekos Alavanos şəxsi məsələləri səbəb gətirərək partiya sədrliyinə keçirilən seçimlərdə iştirak etmədi. 10 fevral 2008-ci ildə keçirilən konqresdə Tsipras Radikal Sol Koalisya pariyasını sədri seçildi. 2009-cu ildə keçirilən parlament seçkilərində Yunanıstan Parlamentinin üzvi seçildi.2012-ci ildə keçirilən seçkilərdə SYRIZA 22 faiz toplayır, Aleksis Tsipras ana müxalifət lideri seçilir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Aleksis Tsipras liseydə tanış olduğu və onun kimi Yunanıstan Kommunist Gəncliyinin üzvü olan Peristera Baziana ilə birgə yaşayır. Peristera Baziana Elektrik və Kompüter mühəndisidir. Cütlüyün iki oğlu var.[4]

  1. 1 2 Alexis Tsipras // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Alexis Tsipras // Munzinger Personen (alm.).
  3. 1 2 https://www.workwithdata.com/person/tsipras-alexios-1974.
  4. 1 2 3 "Kommunistlər böhranlı Yunanıstana qayıtdı. hafta.az. 27.01.2015". 2015-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-29.