Alert (ing. Alert [ə'lɜːt]) — Şimal qütbünə ən yaxın yaşayış məntəqəsi olaraq mülki əhalinin yaşadığı qəsəbə. 1950-ci ildə salınmışdır. 2005-ci il məlumatına görə qəsəbədə daimi 5 nəfər mülki əhali, 70 nəfər hərbçi, hərbi bazada xidmət edənlər, meteostansiya əməkdaşları yaşayırdı. 2011-ci il məlumatına görə isə qəsəbədə mülki əhali qalmasada, hərbi və elmi əməkdaşlar ilboyu yaşayır. Qəsəbədə Alert hava limanı fəaliyyət göstərir
Alert | |
---|---|
ing. Alert [ə'lɜːt] | |
82°55′ şm. e. 95°10′ q. u.HGYO | |
Ölkə | Kanada |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1950 |
Mərkəzin hündürlüyü | 48 m |
Saat qurşağı | UTC−5 |
Əhalisi | |
Əhalisi | 62[1] nəfər (2016) |
Vikianbarda əlaqəli mediafayllar |
Alert Elsmir (ada)sında Kanadanın Nunavut vilayəti Kikiktaaluk rayonu ərazisində yerləşir. Şimal Qütbündən 817 məsafədə yerləşir.
Kanadanın nəhəng şəhəri olan Edmontondan 3578 kilometr, Norveçin paytaxtı Oslodan 3192 km, Murmanskdan 2574 km, Norilskdən 3059 km uzaqlıqda yerləşir[2].
İqlimi arktikdir və əsasən sərtdir. Ancaq iyul və avqust orta aylıq temperatur müsbət olur. Qış demək olar ki, il boyu davam edir. Ən soyuq ay fevraldır minimum temperatur -50°S, orta -33,4°S təşkil edir. İyulda isə mansimum tempratur 20°S təşkil edir. Qəsəbə 48 m dəniz səviyyəsindən yüksəkdə yerləşir. Linkoln dənizinə çıxışı vardır (dəniz buzlaqlarına).