Alessandro Abate

Alessandro Abate (25 noyabr 1867, Kataniya, Siciliya29 mart 1953, Kataniya, Siciliya) — İtaliyadan olan rəssam, dekorator və bütün İtaliya kilsələrində olan çoxsaylı freskaların müəllifi.

Alessandro Abate
it. Alessandro Abate
Doğum tarixi 25 noyabr 1867(1867-11-25)
Doğum yeri
Vəfat tarixi 29 mart 1953(1953-03-29) (86 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam
Təhsili Tətbiqi sənədlər Akademiyası, Roma
Janr rəssamlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alessandro Abate 25 noyabr 1867-ci ildə Kataniyada anadan olub. İlk bədii təhsilini Siciliyada rəssam Antonino Qandolfo və qravüraçı Françesko di Bartolodan almışdır. 1893-cü ildə müəllimi Françesko di Bartolonun verdiyi maliyyə dəstəyi sayəsində təhsilini Neapolda rəssam Vinçenzo Marinelli ilə davam etdirib. Təhsilini Romada, Tətbiqi Sənətlər Akademiyasında başa vurub. Alessandro Abate məşhur akvarel, mənzərə və portret rəssamı idi. 1902-ci ildə Alessandro Abate Romada İncəsənət və Sənaye Muzeyinin təşkil etdiyi müsabiqədə qalib gəlib. Rəssamın karyerası 1890-cı ildə Kataniyada Bellini Sərgisi, 1895-ci ildə Roma Dövlət Sərgisi, 1902-ci ildə Turində keçirilən Müasir Dekorativ Sənət Sərgisi və Siciliya Kənd Təsərrüfatı Nailiyyətlərinin Sərgisi kimi yerli və milli səviyyəli sərgilərdə iştirak etməsi ona böyük uğur qazandırıb. 1897-ci ildə Raffaello Ogettinin rəhbərliyi altında İncəsənət və Sənaye Muzeyində Roma İncəsənət Məktəbindən qızıl medal və yüz lirə qazanmışdır. [1] Tez bir zamanda Siciliyanın aparıcı Modern rəssamı kimi tanındı.

1920-1940-cı illərdə Tripoli, İsgəndəriyyəTunisdə dövlət iqamətgahlarını bəzəyərək dövlət sifarişləri üzərində işləyirdi. Santyaqo de ÇiliParisdə keçirilən sərgilərdə iştirak edib və çoxsaylı mükafatlar qazanıb.

  1. Massimiliano David. Il nuovo mitreo dei marmi colorati sulla via della Marciana a Ostia Antica // Ricerche su Ostia e il suo territorio. Publications de l’École française de Rome. 2018. ISBN 9782728313327, 9782728313334.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Alessandro Abate, pittore dovizioso. Galleria Roma. — Статья об Алессандро Абате на сайте «Римская галерея». Архивировано из оригинала 11 августа 2011 года. (итал.)