Alfons Rotşild — fransız bank sahibi.
Alfons Rotşild | |
---|---|
Alphonse James de Rothschild | |
Doğum tarixi | 1 fevral 1827[1][2][…] |
Doğum yeri | Paris, Fransa |
Vəfat tarixi | 26 may 1905[1][3][…] (78 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | Leonora Rotşild (1837-1911) |
Uşaqları | Bettina Karolin (1858-1892), Laynel Ceyms Mayer (1861-1861), Şarlot Beatris (1864-1934), Eduard Alfons Ceyms (1868-1949) |
Atası | Ceyms de Rotşild (1792-1868) |
Anası | Betti de Rotşild (1805-1886) |
Milliyyəti | fransız |
Fəaliyyəti | rəsm kolleksioneri[d], maliyyəçi |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Alfons Rotşild Parisdə çox məşhur bankir Ceyms Mayer de Rotşildin (1792–1868) böyük oğlu idi. Atasının ölümündən sonra Parisdəki bütün bank işlərini aparmağa başlayan Alfons dünya siyasətində mühüm rol oynayan nəhəng maliyyə kapitalı maqnatı olur.
Bakı neft sənayesinin gur inkişafı xarici kapitalın diqqətini cəlb edirdi. Ən qısa müddətlərdə 1844-cü ildə Bakıda "Xəzər-Qaradəniz neft-mədən və ticarət cəmiyyəti" yaradılmışdır. Bu cəmiyyətin başında fransız bank sahibi Alfons Rotşild dururdu. Yeni cəmiyyətin planları böyük idi: neftin hasilatı, onun emalı və xüsusilə ixracı. Bakı quyularının neft fontanları, bu işgüzar adamı yeni satış bazarları tapmağa məcbur edirdi.
1901-ci ildə Rotşild Nobel ilə birləşərək, Bakı neftindən hazırlanan məhsulların - mazutun, kerosinin, texniki yağların və s. daşınması ilə məşğul olan "Nobel-Mazut" konsernini yaratdı. A.Rotşild neft aləmində nüfuzlu və hörmətli fiqur olub.
Bu gün Bakının lap mərkəzində, M.Muxtarov küçəsində, hazırda Respublika prokurorluğu yerləşən binada bir vaxtlar A.Rotşildin kontoru yerləşirdi.
"Azərbaycanın neftçi alimləri" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2007, 255 s.