Alfonso de Zamora (isp. Alfonso de Zamora; 1474[1], Samora[d], Kastiliya və Leon – 1531[1], Samora[d], Kastiliya və Leon) – yəhudiəsilli İspaniya alimi. Bibliya tərcüməçisi olmuşdur.
Alfonso de Zamora | |
---|---|
Doğum tarixi | 1474[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 1531[1] |
Vəfat yeri |
|
Fəaliyyəti | tərcüməçi, Bibliya tərcüməçisi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Alfonsonun atası Xuan de Zamora 1492-ci ildə İspaniyadan sürgün olunmuş, lakin daha sonra İspaniyaya qayıtmış yəhudilərdən biri olmuşdur. Onlar 1506-cı ildə katolikliyə keçsələr də, gizli yəhudi olmağa davam etmişdirlər.[2]
Alfonso katolikliyə keçməmişdən sonra yəhudi təhsili almış və Salamanka Universitetində ivrit dili üzrə professor olmuşdur. Bu universitet Vyana Şurasının dekreti (1311–1312) əsasında ivrticə təhsil verən Avropa universitetlərindən biri idi. O, latın dilində ivrit dili qramatikası və lüğətləri yazmış, Bibliya araşdırmaları aparmış və Roma yəhudilərinə konversionist məktub (1526, Alkala-de-Enares) yazmışdır.[2]
Alfonso ilk poliqlot Bibliya olan Komplutensiya Poliqlotta üzərindəki işinə görə tanınır. O, bu Bibliya üzərində 15 il işləmişdir.[2]