Alfred Neuland

Alfred Neuland (10 oktyabr 1895[1]16 noyabr 1966[1], Tallin[1]) — Estoniyalı ağır atlet. Alfred Neuland 1920-ci ildə Antverpen şəhərində baş tutan V-ci Yay Olimpiya Oyunlarının qızıl, 1924-ci ildə Paris şəhərində baş tutan VI-cı Yay Olimpiya Oyunlarının isə gümüş medalçısıdır. Alfred Neuland həmçinin 1922-ci ildə Dünya Çempionatının qızıl medalçısıdır.

Alfred Neuland
est. Alfred Neuland
Alfred Neuland 1920-ci ildə
Alfred Neuland 1920-ci ildə
Şəxsi məlumatlar
Tam adı Alfred Karl Neuland
Vətəndaşlığı
Doğum tarixi
Doğum yeri Valqa, Estoniya Estoniya
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Tallin, Estoniya SSR
Boyu 166 sm.
Çəkisi 74 kq.
İdman növü Ağır atletika
Medallar
15 may 2016 tarixində yenilənib.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alfred Neuland 10 oktyabr 1895-ci ildə Estoniyanın Valqa şəhərində anadan olmuşdur.

Alfred Neuland 1920-ci ildə Belçikanın Antverpen şəhərində baş tutan V-ci Yay Olimpiya Oyunlarının ağır atletika yarışlarında iştirak etdi. Alfred Neuland 1-ci cəhd də 72.5 kq., 2-ci cəhd də 75 kq. və sonuncu üçüncü cəhd də 110 kq. ram etdi və V-ci Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı. O həmçinin Yay Olimpiya Oyunlarında qızıl medal qazanan birinci Estoniyalı idmançı oldu.

2 ildən sonra isə Estoniyanın paytaxtı Tallin şəhərində baş tutan Dünya Çempionatına qatıldı. Alfred Neuland Dünya Çempionatında da ən güclü olduqunu sübut etdi və 1-ci yeri tutaraq qızıl medal qazandı.

2 ildən sonra Alfred Neuland karyerasında 2-ci dəfə Olimpiya Oyunlarının medalını qazandı. O bu səfər Fransanın paytaxtı Paris şəhərində keçirilən VI-cı Yay Olimpiya Oyunlarında gümüş medal qazandı. Alfred Neuland 25 ölkənin mübarizə apardığı yarışlarda yalnızca İtaliyalı idmançıdan geri qalaraq gümüş medal qazandı. Alfred Neuland idman karyerasına başa vurduğdan sonra məşqçi kimi fəalliyyət göstərdi.

Alfred Neuland 16 noyabr 1966-cı ildə 71 yaşında Tallin şəhərində dünyasına dəyişdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 Alfred Karl Neiland // Eesti spordi biograafiline leksikon (est.).