Ali-Əba hədisi

Ali-Əba və ya Kisa hədisi (ərəb. حديث الكساء‎) — Məhəmməd peyğəmbərin üstündə əbası olduğu halda əbanın altına Fatiməni, Əlini, HəsəniHüseyni alması və Əhzab surəsinin 33-cü ayəsini oxuması barəsindədir.

Sünni mənbələrində

[redaktə | mənbəni redaktə et]

Müsəlman, Sünnilərin ən mötəbər hesab etdikləri Səhihi-Müslim kitabında Peyğəmbərin zövcəsi Ayişədən nəql olunur:

"Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Fatimə gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Əli gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Sonra peyğəmbər "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!"[1] ayəsini oxudu[2]

  1. Əhzab surəsi, 33-cü ayə
  2. Sahih-i Müslim, c.4, s.1883, hadis.2424 (Kitab-ı Fezâili’l-Sahabe, bab-ı fezâil-i Ehl-i Beyt, 44500).