Aleksi "Ali" Aaltonen (2 avqust 1884[1], Yyamsa[d], Mərkəzi Finlandiya[1] – avqust 1918[1], Lahti[d][1])- Fin jurnalist və 1917-ci ilin noyabrından 1918-ci il yanvar ayının sonuna qədər Finlandiya Qırmızı Qaravullarının birinci ordu komandiri olmuş keçmiş Rusiya İmperator Ordusu leytenantı. O, Finlandiya vətəndaş müharibəsindən sonra, 1918-ci ilin mayında edam edilmişdir.
Ali Aaltonen | |
---|---|
fin Ali (Aleksi) Aaltonen | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Ali Aaltonen |
Doğum adı | Aleksi Aaltonen |
Doğum tarixi | 2 avqust 1884[1] |
Doğum yeri |
|
Vəfat tarixi | avqust 1918[1] |
Vəfat yeri |
|
Vəfat səbəbi | güllə yarası[d] |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Rütbəsi | Leytenant |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Aaltonen Yyamsada kasıb torpaq işçisi ailəsində dünyaya gəlmişdir. 1897-ci ildə Aaltonen Yivyaskilyada ibtidai sinif müəlliməsinin hesabına orta məktəbə daxil olmuşdur. Aaltonen 1903-cü ildə orta təhsilini yarımçıq qoymuş və Rusiya Ordusuna yazılmışdır. 1904-05-ci illərdə o, rus-yapon müharibəsində leytenant olaraq xidmət etmiş və daha sonra 1905-ci il Rusiya inqilabının sosialist qrupları ilə birləşmişdi. İnqilab uğursuz olduqda Aaltonen Moskvada həbs edildi və hərbidən sürgün olundu. Sərbəst buraxıldıqdan sonra Aaltonen Finlandiyaya qayıtdı və Turku, Viborq və Kotkadakı işçi mətbuatında işləməyə başladı. Qəzet məqalələrinə əlavə olaraq, o, şeirlər və qısa hekayələr yazdı ancaq onlar heç vaxt kitab halında nəşr olunmadı. Çox nadir hallarda Aaltonen Ali Baba təxəllüsü ilə yazırdı.[2] O, həmçinin, Sosial Demokrat Partiyasının partiya rəsmisi olaraq işləmişdi.[3]
1917-ci ilin oktyabrında Aaltonen tezliklə Qırmızı Qaravullara çevriləcək olan İşçilərin Nizam Qaravullarının təşkilatlanmasında iştirak etmək üçün Helsinkidə idi. Noyabrdakı ümumi tətillərdən sonra o, Adolf Taymi rədd etdiyi üçün Nizam Qaravullarının baş komandanı seçilmişdi. Bu, onun Rusiyadakı hərbi təcrübəsinə görə idi.[4] 1918 yanvar ayının əvvəllərində Aaltonen Qırmızı Qaravullara silah almaq üçün Sankt-Petersburqa səyahət etdi. Ancaq o, burada içməyə başladı və Finlandiyadakı Qırmızıların onun harada olmasıyla bağlı heç bir məlumatı yox idi. 13 yanvar tarixində Qırmızı Qaravulların ümumi heyəti onun boş qalan vəzifəsini ən qısa zamanda doldurmağa qərar verdi. Aaltonen Sant Petersburqda bu qədər çox içməyinə baxmayaraq çox böyük miqdarda silah və hərbi sursatı bolşeviklərdən ala bilmişdi. Nəhayət o, 28 yanvarda Eero Haapalaynenlə əvəzlənildi. Bir gün əvvəl vətəndaş müharibəsi başlamışdı.[5]
Aaltonen indi ümumi heyətə gətirilmişdi. Rus polkovnik Mixail Sveçnikov ilə birlikdə o Qırmızı Qaravulların hərbi əməliyyat planını təşkil etdi. Bu plan 30 yanvarda hazırlandı və əsas hücum 10 gün sonra başladı.[6] Aaltonen Hyame cəbhəsi heyətində, Sveçnikov, Hüqo Salmela və Verner Lehtimyakinin komandanlığı altında xidmət etdiyi Tampereyə göndərildi. Mart ayının əvvəlində, Aaltonen və Sveçnikov Qırmızıların hücumu üçün başqa bir əməliyyat planı hazırladı. Hyame cəbhəsinin şimaldakı çöküşündən sonra, Aaltonen Tampere döyüşünün son günündə qəsəbəni tərk etdi. 5-6 aprel arasındalı gecədə Aaltonen düşmənin basqınından çıxmaq və Nyasiryarvi gölünün buzu üzərindən qaçmaq üçün qurulan birliyə rəhbərlik etdi.[7]
Tampere yaxınlığındakı bəzi toqquşmalardan sonra Aaltonen və onun adamları şərqə doğru yolları üzərində olan Qırmızılardan ibarət, sayı on minlərlə olan qaçqın karvanına qoşuldular. Aprelin sonunda onlar Lahti yaxınlığında yerləşən Nastola kəndindəki alman qoşunlarıyla yaxınlaşdılar. Aaltonen tutuldu və Hennela düşərgəsinə götürüldü. Burada o, 1918-ci ilin mayında polkovnik Hans Kalm tərəfindən güllələndi. O, minlərlə Qırmızı əskərin basdırıldığı kütləvi məzarlıqda dəfn edildi.[4]