Alik İsmayılzadə

Alik Ismail-Zadeh (1961, Azərbaycan) (tam adı: Ali Tofiq oğlu İsmayılzadə) — elm xadimi.

Alik Ismail-Zadeh
Ali Tofiq oğlu İsmayılzadə
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
İxtisası geofizika-riyaziyyat
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti Karlsruhe Institute of Technology, Almaniya
comgeodyn.org

Ali İsmayılzadə (Alik Ismail-Zadeh) 1961-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsini, 1983-cü ildə M. Lomonosov Moskva Dövlət Universitetinin Fizika fakultəsini, 1990-cı ildə REA Yerin Fizikası Şmitt İnstitutunun Riyazi-geofizika üzrə elmlər namizədi (PhD) dərəcəsini, 1997-ci ildə Rusita Elmlər Akademiyasının (REA) Zəlzələ Proqnozu Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun (İEPTMG), Geofizika üzrə elmlər doktoru (DSc) dərəcəsini bitirmişdir. 1992-ci ildən 2022-ci ilə qədər Rusiya Elmlər Akademiyası IEPTMG Seysmik və Vulkanik Təhlükə Riskinin Modelləşdirilməsi qrupunun rəhbəri, Baş elmi işçi / Professor-tədqiqatçı kimi faəliyyət göstərib. 2001-ci ildən Professor İsmayılzadə Almaniyanın Karlsrue Texnologiya İnstitutunda (KIT) baş elmi işçi vəzifəsində çalışır.

1993 – Beynəlxalq Elm Fondu mükafatı, Nyu York, ABŞ; 

1995 – Avropa Akademiyası mükafatı və medalı, London, Birləşmiş Krallıq;

1995 – İtaliya Təhsil Nazirliyi Tədqiqat Burosu mükafatı, Roma, İtaliya;

1996-1997 – İsveç İnstitutu Tədqiqat Təqaüdü Mükafatı, Stokholm, İsveç;

1999 – Rusiya prezidenti Yeltsin Təqaüdü mükafatı, Moskva, Rusiya;

2000 – Kral Cəmiyyəti Tədqiqat Təqaüdü mükafatı, Cambridge Universiteti, Böyük Britaniya;

2001 – Alexander von Humboldt Tədqiqat Təqaüdü Mükafatı, Almaniya;

2007 – Ən çox istinad edilən sənəd 2004-2007 Elsevier mükafatı;

2007 – Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (IUGG) Baş Katibi seçilib;

2009 – Beynəlxalq Mükafatı (International Award), Amerika Geofizika İttifaqı (AGU);

2011 – Geofiziki Risk və Davamlılıq üzrə İttifaq Komissiyasının fəxri üzvü, Beynəlxalq Geodeziya və Geofizika Birliyi;

2012 – Axford Görkəmli Mühazirə mükafatı, Asiya Okeaniya Geoelmlər Cəmiyyəti (AOGS);

2013 – Kral Astronomik Cəmiyyətinin (Royal Astronomical Society) Fəxri Üzvü;

2017 – Avropa Elmlər Akademiyasının (Academia Europaea) Həqiqi Üzvü;

2018 – Beynəlxalq Elmi Şuranın (International Science Council) Baş Katibi seçilib;

2019 – Geodeziya və Geofizika Beynəlxalq Birliyinin (IUGG) Fəxri Üzvü;

2019 – Amerika Geofizika İttifaqının (AGU) Fəxri Üzvü;

2019 – Səfir Mükafatı (Ambassador Award), AGU;

2022 – Beynəlxalq elmi şurasının (International Science Council) Fəxri Üzvü.

Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

[redaktə | mənbəni redaktə et]

1983-1986 – Azərbaycan Milli Elmlər Akademiyası, Geologiya İnstitutu, Kiçik tədqiqatçı;

1987-1990 –Rusiya Elmlər Akademiyası, O.Şmitt adına yerin fizikası İnstitutu,  Aspirant;

1990-1998 – Rusiya Elmlər Akademiyası, Zəlzələ Proqnozu Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutu, Baş elmi işçi;

1995-1996 –Triyest Universiteti, Tətbiqi Geofizika şöbəsi,  Post-doc, İtaliya;

1995 –Vrije Universiteti, Yer Elmləri Fakültəsi,  İştirakçı alim, Amsterdam, Niderland;

1996 –Universität Mainz, Institut für Geowissenschaften,  İştirakçı alim, Mainz, Almaniya;

1996 – Elmin İnkişafı Avropa Birliyi – EUROSCIENCE, Təsisçi üzv;

1996-1999 – Kral Texnologiya İnstitutu, Paralel Kompüterlər Mərkəzi, dəvət olunmuş alim, Stokholm, İsveçrə;

1998-2000 – Uppsala Universiteti, Yer Elmləri Bölməsi,  dəvət olunmuş alim, Uppsala, İsveçrə;

1999 – "La Sapienza" Roma Universiteti, Fizika Bölməsi, Dəvət olunmuş professor, Roma, İtaliya;

1999 – Hebrew University of Jerusalem, Yer Elmləri İnstitutu,  Dəvət olunmuş professor, İsrail;

2000 – Kembric Universiteti (U. Cambridge), Teorik Geofizika İnstitutu, DAMTP,  Kral Cəmiyyəti iştirakçı təqaüdü, Kembric, Birləşmiş Krallıq;

2001-2002 – Karlsruhe Universiteti, Geofizika İnstitutu;

2001-2015 – Abdus Salam Beynəlxalq Teorik Fizika Mərkəzi, İştirakçı müəllim, seminar direktoru, Triyest, İtaliya;

2002-2003 – Heidelberg Elmlər Akademiyası, WSM Layihəsi,  Baş tədqiqatçı, Almaniya;

2003, Kaliforniya Universiteti (UCLA), Yer və Kosmos Elmləri Bölməsi, Dəvət olunmuş professor, Los-Anceles, ABŞ;

2003-2012 – Karlsruhe Texnologiya İnstitutu/ Karlsruhe Universiteti, Geofizika İnstitutu,  Baş alim, Layihə direktoru, Karlsruhe, Almaniya;

2005-2016 – Institut de Physique du Globe de Paris,  Professeur intive, Paris, Fransa;

2006-2007 – Tokio Universiteti, Zəlzələ Araşdırma İnstitutu, Dəvət olunmuş professor, Tokio, Yaponiya;

2014 – Çin Elmlər Akademiyasının Yer Elmləri Bölməsi, Dəvət olunmuş professor, Pekin, Çin.