Alik Nəcəfov

Alik Nəcəfov (tam adı: Alik Malik oğlu Nəcəfov; 1 iyul 1957, Şamaxı) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Funksiyalar nəzəriyyəsi" şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan memarlıq və İnşaat Universitetinin "Ali riyaziyyat kafedrası"nın professoru, fizika-riyaziyyat elmləri doktoru.

Alik Nəcəfov
Alik Malik oğlu Nəcəfov
Doğum tarixi 1 iyul 1957(1957-07-01) (67 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi riyaziyyat
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili

Alik Malik oğlu Nəcəfov 1957-ci il iyul ayının 1-də Şamaxı şəhərində anadan olmuşdur. 1964-cü ildə C. Cəbrayılbəyli adına 5 №-li məktəbin birinci sinfinə daxil olmuşdur. 1969–1974-cü illərdə S. M. Qənizadə adına 1 №-li orta məktəbdə oxumuş və bitimişdir. 1979-cu ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin(indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə Riyaziyyat İnstitutunun nəzdindəki Xüsusi Konstksiya Bürosunda riyaziyyatçı-proqramçı vəzifəsində, 1983-cü ildən indiyə qədər Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Ali riyaziyyat" kafedrasında baş lobarant vəzifəsindən professor vəzifəsinə kimi işləyir. 1996-cı ildə "Qarışıq törəmələri dominant olan funksiyların parametrli fəzası" mövzusunda namizədlik, 2008-ci ildə "Morri tipli fəzalardan olan funksiyaların diferensial və diferensial-fərq xassələrinin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2002-ci ildə AzMİU-nun "Ali riyaziyyat" kafedrasının dosenti, 2014-cü ildə professor elmi adını almışdır. 2001-ci ildən indiyə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışır. 70-dən çox elmi əsərin, 1 dərs vəsaitinin və birneçə metodiki vəsaitlərin müəllifidir. "Proceedings of the Institute of Mathematics and Mechanics, NAS of Azerbaijan","Azerbaijan Journal of Mathematics", "Transactions of the Institute of Mathematics and Mechanics, NAS of Azerbaijan" jurnallarının redaksiya heyətinin üzvüdür.

Elmi maraq dairələri

[redaktə | mənbəni redaktə et]
  • Funksional fəzalarda daxilolma nəzəriyyəsi
  • Xüsusi törəməli diferensial tənliklərin həllərinin varlığı, yeganəlik və hamarlılıq məsələsi
  • Çoxdəyişənli funksiyaların yaxınlaşma nəzəriyyəsi
  • Harmonik analiz
  • Funksional analiz

Əsas elmi nəticələri

[redaktə | mənbəni redaktə et]

• n-ölçülü oblastlarda təyin olunmuş funksiyalardan ibarət parametrli fəzalar qurulmuşdur.

• İnteqral göstərilişi üsulu ilə bu fəzalarda həm daxilolma, həm də interpolyasiya tipli teoremlər isbat olunmuşdur.

• Parametrli fəzalardan olan funksiyaların ümumiləşmiş qarışıq törmələrinin Hölder sinfinə daixl olması isbat olunmuşdur.

• Alınmış nəzəri nəticələr yüksək tərtibli(kəsr tərtibli) xüsusi törəməli diferensial tənliklərinin həllərinin varlığı, yeganəliyi və hamarlılıq məsələrinin öyrənilməsinə tədbiq olunmuşdur.