Alina Nəhmədova - (3 noyabr 2003, Bakı, Azərbaycan) - Azərbaycanlı peşəkar futbolçu. Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Sumqayıt" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət U19 millisinin müdafiəçisi
Alina Nəhmədova | ||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Alina Nəhmədova | |||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan | |||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||||||||||||||||
Təhsili | Orta təhsil | |||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.71 | |||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 60 kq | |||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Müdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||
Əsas ayağı | sağ | |||||||||||||||||||||||||||||||||||||||
Komanda haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||
Komanda | Sumqayıt | |||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 13 | |||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
|
2003-cü ilin 3 noyabr tarixində anadan olmuşdur.[1]
2017-ci ildə peşəkar futbola Bakının "Fidan" klubu ilə başladı.[2][3]
2019-cu ildən etibarən Balakənin "Balxurma" klubunda çıxış etməyə başladı. Burda 1 dəfə 2-cilik əldə etdikdən sonra, 2021-ci ildə Balakənin "Balxurma" klubundan ayrıldı.[4]
2022-ci ildə Türkiyənin "Kayserispor" klubunda çıxış etməyə başladı.[5]
2023-cü ildə Türkiyənin "Asya" klubunda çıxış edirdi. Həmin il, çarpaz bağlarının qopması səbəbiylə zədələnmişdir.[6] Bu səbəblə 5 aya yaxın futboldan uzaq qalmalı oldu. Həmçinin Türkiyənin Qaziantep bölgəsində baş verən zəlzələ fəlakəti də, zədəyə mənfi təsir göstərdi. Belə ki, zəlzələ zamanı gücü tükəndiyi üçün, komanda yoldaşlarının dəstəyi ilə binadan çıxmağa nail oldu.[7][8]
2024-cü ildə Azərbaycana qayıdaraq, "Sumqayıt" klubunda çıxış etməyə başladı.[9] Burda da yaxşı mövsüm keçirən Alina, 2-cilik əldə etdi.
2018-ci ildə Azərbaycan U17 yaş qrupu üzrə millisinə dəvət əldə etmişdir.[10] 2021-ci ildən Azərbaycan U19 liqasında çıxış edir.[11]
Asya FK
Balxurma FK
Sumqayıt FK