Alisa Kano

Alisa Kano (d.  7 noyabr 1994) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Alisa Kano, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Kano həmdə 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb.

Alisa Kano
Şəxsi məlumatlar
Tam adı Alisa Kano
Vətəndaşlığı  ABŞ
Doğum tarixi (28 yaş)
İdman növü Bədii gimnastika

Karyerası[redaktə | mənbəni redaktə et]

Alisa Kano 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Kiana Eide, Natalie McQiffert, Monika RoxmanKristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.

İstinadlar[redaktə | mənbəni redaktə et]