Alive (Sia mahnısı)

Alive (azərb. Canlı‎) — Avstraliya müğənnisi və mahnı müəllifi Sianın This Is Acting albomundan olan baş sinqldır. Mahnı Sia, Adel və Tobias Cessi tərəfindən yazılmışdır.[2]

Alive
Sia tərəfindən This Is Acting albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 24 sentyabr 2015
Format sinql
Janr sinti-pop
Dil ingiliscə
Müddət 4:26
Prodüser Csssi Şatkin[1]
Bəstəkar Sia Furler, Adel Adkins, Tobias Cesso
Sözlərin müəllifi Adel, Sia
Studiya Inertia, Monkey Puzzle, RCA Records
Sia sinqllarının xronologiyası
"Fire Meet Gasoline"
(2015)
"Alive"
(2015)
"Bang My Head"
(2015)
Audio nümunəsi
Fayl haqqında məlumat

2015-ci ilin sentyabrında Sia "This Is Acting‍‍" albomunun baş sinqlının ayın axırında çıxarılacağı və mahnının əslində Adel üçün yazılmış olduğunu açıqladı. O, qeyd edir ki, "mahnı Adelin həyatı haqqındadır""Adelin səs imkanları üçün yazılmışdır". Sonradan o, Rayan Sikrestə bildirir ki, mahnı Adelin 2015-ci ildə çıxarılması nəzərdə tutulan albomu üçün yazılsa da, son anda Adel mahnıdan imtina etmişdir.[3][4] Daha sonra isə, mahnı Rihannaya təklif olunmuş və o da, mahnını oxumaqdan imtina etmişdir.[5]

Çıxarılması

[redaktə | mənbəni redaktə et]

21 sentyabr 2015-ci ildə Sia rəsmi Twitter hesabında məlumat yayaraq sinqlın 25 sentyabrda çıxarılacağına işarə etdi. 23 sentyabrda mahnının 15 saniyəlik hissəsi Sianın rəsmi Vevo hesabı vasitəsiylə yayımlandı və sinqlın çıxış tarixi bir gün qabaq — 24 sentyabr olaraq göstərildi. Daha sonra Sia Twitter vasitəsiylə məlumat yayaraq sinqlın 24 sentyabr günü səhər tezdən çıxarılacağını bildirdi. 24 sentyabr 2015-ci ildə saat 7 a.m.-də sinql Snapchatda debüt etdi, bir qədər sonra isə digər servislərdə yayımlandı.

Tənqidçilərin müsbət qəbul etdikləri mahnının musiqisi və Sianın vokalı təriflənmişdir. "Rolling Stone" jurnalından tənqidçi Con Blişteyn Sianın vokal imkanlarını "dağıdıcı və elektrifikator" kimi təsvir edərək yazır ki, ""Alive" mahnısı Adelin əlindən çıxsa da, pop istehsala daxil ola bildi — Cessi Şatkinin sayəsində — və Sianın özünəməxsus qırılan, boğaz cıran vokalı ilə bizlərə çatıdırıldı."[6]

Hit-parad (2015) Yüksəldiyi
yer
Avstraliya ARIA[7] 10
Avstriya (Ö3 Austria Top 40)[8] 39
Belçika Ultratop Flanders[9] 49
Belçika Ultratip Wallonia[10] 32
Kanada Canadian Hot 100[11] 28
Fransa (SNEP)[12] 17
İrlandiya IRMA[13] 44
İtaliya (FIMI)[14] 86
Yeni Zellandiya (Recorded Music NZ)[15] 29
İsveç Sverigetopplistan[16] 69
İsveçrə Media Control AG[17] 30
Böyük Britaniya UK Singles Chart[18] 30
ABŞ Billboard Hot 100[19] 56
  1. The Official RCA Record Press-release Arxivləşdirilib 2016-03-25 at the Wayback Machine, September 24, 2015, İstifadə tarixi: 25 sentyabr 2015
  2. Evan Minsker — Sia Shares "Alive" Co-Written With Adele and Tobias Jesso Jr. Arxivləşdirilib 2016-01-28 at the Wayback Machine, pitchfork.com, September 24, 2015, İstifadə tarixi: 25 sentyabr 2015
  3. Chau, Thomas. "Sia Reveals That She Originally Wrote Her Next Single for Adele". Popcrush. 7 September 2015. 16 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2015.
  4. "Sia za MMC: "Vsi mislijo, da bodo s slavo postali kul, ljubljeni in posebni"" (sloven dili). Radiotelevizija Slovenija. 2015-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2015 2015.
  5. "Sia: The songs from my new album were rejected by everyone else". Stuff.co.nz. 2017-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2015.
  6. Blistein, Jon. "Sia Delivers Electrifying Vocals on Bombastic New Song, 'Alive'". Rolling Stone. Rolling Stone. Archived from the original on 2015-09-25. İstifadə tarixi: 25 sentyabr 2015.
  7. Australian-charts.com — Sia — Alive. ARIA Top 50 Singles. Hung Medien. Yoxlanılıb 13 oktyabr 2015.
  8. "Arxivlənmiş surət". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-13.
  9. Ultratop.be — Sia — Alive  (nid.). Ultratop 50. ULTRATOP & Hung Medien / hitparade.ch. Yoxlanılıb 13 oktyabr 2015.
  10. Ultratop.be — Sia — Alive  (fr.). Ultratip. ULTRATOP & Hung Medien / hitparade.ch. Yoxlanılıb 13 oktyabr 2015.
  11. ERROR: Billboard chart was invoked without providing an artist id. Artist id is a mandatory field for this call.Sia Album & Song Chart History Canadian Hot 100, Sia. Prometheus Global Media. Yoxlanılıb 13 oktyabr 2015.
  12. "Arxivlənmiş surət". 2015-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-13.
  13. Chart Track. Irish Singles Chart. GfK. Yoxlanılıb 13 oktyabr 2015.
  14. "Top Digital - Classifica settimanale WK 39 (dal 2015-09-25 al 2015-10-01)". Federazione Industria Musicale Italiana. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2015.
  15. "NZ Top 40 Singles Chart". Recorded Music NZ. 5 October 2015. 15 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2015.
  16. Swedishcharts.com — Sia — Alive. Singles Top 60. Hung Medien. Yoxlanılıb 13 oktyabr 2015.
  17. Sia — Alive swisscharts.com. Swiss Singles Chart. Hung Medien. Yoxlanılıb 13 oktyabr 2015.
  18. Archive Chart UK Singles Chart. The Official Charts Company. Yoxlanılıb 13 oktyabr 2015.
  19. ERROR: Billboard chart was invoked without providing an artist id. Artist id is a mandatory field for this call.Sia Album & Song Chart History Billboard Hot 100, Sia. Prometheus Global Media. Yoxlanılıb 13 oktyabr 2015.