Alkatraz həbsxanasından qaçış — 1962-ci ilin iyun ayının 11-i 4 məhbus - Frenk Morriz, Enqlin qardaşları və Alen Vestin həbsxanadan qaçması hadisəsi. Frenk Morriz və Enqlin qardaşlarının qaçış planı uğurla alınsa da, Alen Vest həbsdən qaça bilmir. 1962-ci ildən indiyə kimi 3 məhbus - Frenk Morriz və Enqlin qardaşlarını görən olmayıb. FTB uzun müddət davam edən istintaqın nəticəsində həbsxana qaçaqlarının San Fransisko Körfəzində batdığı qərarına gəlib.[1][2][3]