Alkatras (ing. Alcatraz) — ABŞ-nin Kaliforniya ştatında, San Fransisko şəhərinin yaxınlığında yerləşən ada. Adanın adı ispan dilindən tərcümədə "qutan" mənasını verir.
Adanın ərazisi əvvəllər müdafiə qalası kimi istifadə edilmiş, 1861-1934-cü illərdə hərbi həbsxana kimi, 1934-cü ilin aprel ayından 1963-cü il martın 21-dək ABŞ-nin ən təhlükəli cinayətkarlarının saxlandığı federal həbsxana kimi fəaliyyət göstərmişdir. Al Kapone, Robert Straud kimi tanınmış cinayətkarlar da burada saxlanılmışdır. Hal-hazırda muzey kimi fəaliyyət göstərir.
ABŞ ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |