All Eyez on Me — Tupak Şakurun 4-cü studiya albomu. Eyni zamanda albom 2pac-ın yaşayarkən çıxartdığı son albomudur. 13 fevral 1996-cı ildə buraxılan albom ilk həftəsində təxminən 566 min nüsxə satıldı. Tupakın ən yaxşı işi olaraq da qəbul edilən albom həm də hip-hop tarixindəki ilk iki diskli albomdur. RIAA-a görə albom bütün vaxtların ən çox satılan rep albomlarından biridir.[1] 1998-ci ilin iyun ayında RIAA tərəfindən 9x platin olaraq qeyd edildi. 2014-cü ilin iyul ayında isə albomun satışı ABŞ daxilində 10 milyon nüsxəni keçdi və RIAA tərəfindən "Almaz albom" statusunu aldı.[2]
All Eyez on Me | |
---|---|
Tupak Şakur tərəfindən ifa olunmuş studiya albomu | |
Yayımlanma tarixi | 13 fevral 1996 |
Yazılma tarixi | 13-27 oktyabr 1995 |
Janr | Hip-hop - West Coast Hip-hop - G-Funk |
Müddət | 132 dəqiqə 18 saniyə |
Dil | ingilis dili |
Prodüser | Şuq Nayt (baş Pro), Tupak Şakur, Dj Quik, Dat Nigga Daz, Devante, Dj Pooh, Dr. Dre, Bobby "Bobcat" Ervin, Doug Rasheed, Harold Scrap Freddie, Johnny "J", Mike Mosley, Rick Rock |
|
1995-ci ilin oktyabr ayında Şuq Nayt, təcavüz iddiası ilə həbsdə olan Tupak Şakura zamin durdu və $1.4 milyon ödəyərək həbsdən çıxartdı. Zaminliyin qarşılığında Tupak Death Row Records musiqi şirkəti ilə 3 albom çıxartmaq üçün müqavilə imzaladı. Həbsdən çıxıb studiyaya gələn Tupak Şakur albomu sadəcə 2 həftədə bitirdi. "All Eyez on Me" albomu iki diskli olduqundan Tupak 3 albomluq müqaviləsinin 2 albomunu təhvil vermiş oldu.[3] Albomun ilk adı "Euthanasia" olaraq düşünülmüşdü, lakin səsyazma zamanı "All Eyez on Me" olaraq dəyişdirildi.
Albomda Tupak Şakurun duet oxuduğu musiqiçilər arasında köhnə Thug Life üzvləri və The Outlawz qrupu, həmçinin Snoop Dogg, Dr. Dre, Nate Dogg, Corc Klinton və başqaları vardır.[4] Çoxunun prodüserliyini Daz Dillinger və Johnny "J" etdi. California Love və Can't C Me isə Dr. Dre'nin işi idi. Tupak Şakur həbsdən təzə çıxarkən Dr. Dre California Love üzərində işləyirdi və Tupakın ona qoşulmaq təklifini rədd etmədi.[5]
Albom ilk həftəsində 566 min nüsxə satılaraq Billboard 200 siyahısına 1-ci sıradan girdi. 2-ci həftə 270 min nüsxə satılan albom birinciliyini qorudu. Ölümündən sonra 1997-ci ildə albom "İlin Ən Yaxşı Rep Albomu" mükafatını qazandı.[6] Albom bütün dünyada 18 milyon nüsxədən çox satılıb.
# | Mahnı | Prodüser | Duet | Vaxtı |
---|---|---|---|---|
1 | "Ambitionz az a Ridah" | Daz Dillinger | 4:39 | |
2 | "All bout U" | Johnny "J", 2Pac | Nate Dogg, Kadafi, Hussein Fatal, Snoop Doggy Dogg | 4:37 |
3 | "Skandalouz" | Daz Dillinger | Nate Dogg | 4:09 |
4 | "Got My Mind Made Up" | Daz Dillinger | Daz Dillinger, Kurupt, Method Man, Redman | 5:13 |
5 | "How Do U Want It" | Johnny "J" | Jodeci | 4:47 |
6 | "2 of Amerikaz Most Wanted" | Daz Dillinger | Snoop Doggy Dogg | 4:07 |
7 | "No More Pain" | DeVanté Swing | 6:14 | |
8 | "Heartz of Men" | DJ Quik | 4:43 | |
9 | "Life Goes On" | Johnny "J" | 5:02 | |
10 | "Only God Can Judge Me" | Doug Rasheed and Harold Scrap Fretty | Rappin' 4-Tay | 4:57 |
11 | "Tradin’ War Stories" | Mike Mosley, Rick Rock | Kastro, C-Bo, Napoleon, Storm, E.D.I. | 5:29 |
12 | "California Love" | Dr. Dre | Dr. Dre, Roger Troutman | 6:25 |
13 | "I Ain't Mad at Cha" | Daz Dillinger | Danny Boy | 4:53 |
14 | "What’z Ya Phone #" | Johnny "J", 2Pac | Danny Boy | 5:10 |
# | Mahnı | Prodüser | Duet | Vaxtı |
---|---|---|---|---|
1 | "Can’t C Me" | Dr. Dre | George Clinton | 5:30 |
2 | "Shorty Wanna Be a Thug" | Johnny «J» | 3:51 | |
3 | "Holla at Me" | Bobby «Bobcat» Ervin, Dj Naya | Jewell | 4:56 |
4 | "Wonda Why They Call U Bitch" | Johnny «J», 2Pac | 4:19 | |
5 | "When We Ride" | DJ Pooh | Outlaw Immortalz | 5:09 |
6 | "Thug Passion" | Johnny "J", 2Pac | Jewell, Kastro, Kadafi, Napoleon, Storm | 5:08 |
7 | "Picture Me Rollin’" | Johnny "J" | CPO, Danny Boy, Big Syke | 5:15 |
8 | "Check Out Time" | Johnny "J" | Kurupt, Big Syke, Natasha Walker | 4:39 |
9 | "Ratha Be Ya Nigga" | Doug Rasheed | Richie Rich | 4:14 |
10 | "All Eyez on Me" | Johnny «J» | Big Syke | 5:08 |
11 | "Run tha Streetz" | Johnny «J», 2Pac | Michel'le, Napoleon, Storm | 5:17 |
12 | "Ain’t Hard 2 Find" | Mike Mosley, Rick Rock | C-Bo, D-Shot, B-Legit, E-40, Richie Rich | 4:29 |
13 | "Heaven Ain’t Hard 2 Find" | QD3 | Danny Boy | 3:58 |