Allahverdi Məmməd oğlu Cəfərov (30 iyun 1930, Bakı – 2004, Bakı) — texnika elmlər doktoru, professor.
Allahverdi Cəfərov | |
---|---|
Allahverdi Məmməd oğlu Cəfərov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Məmməd Cəfərov |
Anası | Surə Cəfərova |
Elm sahələri | Neft və qazın nəqliyyatı və saxlanması |
Elmi dərəcəsi | texnika elmlər doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Texniki Universiteti |
Təhsili | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Tanınmış yetirməsi | Səidə Cəfərova |
Tanınır | Metallar texnologiyası və metalşünaslıq |
Mükafatları | fəxri fərman |
Allahverdi Məmməd oğlu Cəfərov 1930-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1937-ci ildə orta məktəbin birinci sinfinə getmişdir. 1943-cü ildə atası cəbhəyə çağırıldığından 13 yaşlı Allahverdi orta təhsilini yarımçıq qoyub, at-araba artelində arabaçı işləməyə başlamışdır. 1945-ci ildə atası cəbhədən qayıtdıqdan sonra təhsilini davam etdirmiş və 1949-cu ildə orta məktəbi bitirərək kamal attestatı almişdır.
Allahverdi Cəfərov 1949-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Sənaye İnstitutunun (indiki ADNSU) neft-mexanika fakultəsinə daxil olmuş və 1954-cü ildə Neft və qazın nəqliyyatı və saxlanması ixtisası üzrə tam kursu bitirərək mühəndis-mexanik kvalifikasiyasını almışdır. 1954-cü ildə institutu bitirdikdən sonra qaynaqçı mühəndis kimi ixtisasartırma kursu keçmiş və ASİ-nin Metallar texnologiyası kafedrasında assistent vəzifəsində saxlanılmışdır.
A.Cəfərov hələ gənclik illərində elmi tədqiqatlara böyuk həvəs göstərmişdir. Ilk elmi axtarışları tələbəlik illərinə təsadüf edir. Bu tədqiqatın nəticələri haqqında 1955-ci ildə İrəvan Politexnik İnstitutunda Zaqafqaziya Ali məktəblərinin elmi konfransında məruzə etmişdir. Məruzənin tezisləri “Çubuqvari differensial” adı altında çap olunmuşdur.
O, 1959-cu ilin yanvarında L.Şmidt adına zavodun dəvəti ilə istehsalata getmişdir. Həmin ilin oktyabrında Azərbaycan Politexnik İnstitutunun “Metallar texnologiyası və metalşünaslıq” kafedrasına baş müəllim vəzifəsinə dəvət edilmişdir. A.Cəfərov 1960-cı ildə Azərbaycan dilində ilk dəfə nəşr olunmuş “Metalşünaslıq və termiki emal” adlı dərsliyin həmmüəlliflərindən biridir.
Tədqiqat işlərini pedaqoji fəaliyyəti ilə bacarıqla əlaqələndirən A.Cəfərov 1962-ci ildə “Kontakt qaynağı birləşmələrinin struktur və möhkəmliyinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsini və 1964-cü ildə “Metallar texnologiyası və metalşünaslıq” kafedrası üzrə dosent elmi adını almışdır.[1]
A.M.Cəfərov geniş elmi-tədqiqatlar apararaq hələ 1972-ci ildə doktorluq dissertasiyası üzərində işini başa çatdırmışdır. Dissertasiyanin əsas nəticələri barədə o, Bauman adına ATM-də, SSRİ EA Metallugiya İnstitutunda, Kiyev Politexnik İnstitutunda, E.O.Paton adına Ukrayna EA Elektroqaynaq İnstitutunda dəfələrlə məruzələr etmişdir. Məruzələrin müsbət rəy alması və müdafiəyə təqdim haqqında tövsiyə olmasına baxmayaraq, obyektiv çətinliklərdən müdafiə olunmamışdır.
A.M.Cəfərov uzun illər ərzində yerinə yetirdiyi elmi-tədqiqat, dövlət büdcəlivə təsərrüfat müqaviləli işləri ilə qaynaq texnologiyasının ən mühüm problemlərinə nüfuz etmiş, metalların qaynaqlanmasi və kəsilməsinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, konstruksiyaların metal tutumunun və qaynaq birləşmələrinin maya dəyərinin aşağı salınmasının səmərəli yollarını axtarmış, mütərəqqi və sənaye əhəmiyyətli çoxsaylı təkliflər hazırlamışdır. O, 150-dən artıq elmi əsərin müəllifidir.
25 may 2004-cü ildə dünyasını dəyişmişdir.
Həyat yoldaşı Cəfərova Yəmən Rəhim qızı. evdaq xanım. 2008-ci ildə rəhmətə gedib. Beş övladı var: