Səidə Cəfərova

Cəfərova Səidə Allahverdi qızı — texnika üzrə fəlsəfə doktoru.

Səidə Cəfərova
Səidə Allahverdi qızı Cəfərova
Doğum tarixi (63 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Allahverdi Cəfərov
Anası Yəmən Cəfərova
Elm sahəsi metalların texnologiyası
Elmi dərəcəsi texnika üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yeri Azərbaycan Texniki Universiteti
Təhsili Azərbaycan Texniki Universiteti
Elmi rəhbəri Xanoğlan İmanov
Tanınır mühəndis-mexanik
Mükafatları fəxri fərman

Səidə Cəfərova 1961-ci il oktyabrın 23-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı şəhəri 135 saylı orta məktəbi 1978-ci ildə bitirmişdir. 1978-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Metallurgiya fakultəsinə daxil olmuş və 1983-cu ildə həmin institutu müvəffəqiyyətlə bitirərək, mühəndis-mexanik ixtisasına yiyələnmişdir. 1983-cü ildən 1986-cı ilədək Radioquraşdırma EİB-də təyinatla işləməyə göndərilmişdir. 1986-1990-cı illərdə EA-nın Kristal təcrübə zavodlu XKTMB-nin Ovuntu metallurgiyası laboratoriyasında mühəndis vəzifəsində çalışmışdır. 1990-1993-cü illərdə "Ovuntu metallurgiyası və kompozisiya materialları" ixtisası üzrə AzTU-nun aspiranturasının əyani şöbəsində təhsilini davam etdirmişdir. 1998-ci ildən indiyədək AzTU-nun Materiallar texnologiyası kafedrasında dosent vəzifəsində çalışır. 2001-ci il noyabr ayının 6-da "Dəmir əsaslı qismən legirli ovuntudan alınmış bişmiş materialların struktur və xassələri" mövzusunda dissertasiya müdafiə edərək texnika eimləri namizədi alimlik dərəcəsi almışdir. 60-dan artıq elmi məqalənin, bir ədəd patentin, bir dərsliyin, dərs vəsaiti və rusca-azərbaycanca texniki lüğətin həmmüəlliflərindəndir.[1]

Elmi məqalələri

[redaktə | mənbəni redaktə et]
  1. Иманов Х.И., Мамедов А.Т.,Джафарова С.А. Шихта для получения конструкционного спеченного материала, Патент №2031177
  2. Джафарова С.А. К вопросу о влиянии некоторых добавок на структуру и свойства систем Аl-Zn-Мg и разработка технологии производства подшипников скольжения методом порошковой металлурги. Республиканская научно-техническая конференция «Новые материалы и технологии в повышении эксплуатационной надежности машин и инструментов». Тезисы докладов.Баку,18-19 декабр,1990г.
  3. Джафарова С.А. Особенности рентгеноструктурного анализа порошковых материалов на основе железа Elmi əsərlər, АzТU, 1999,Том, №1,.
  4. Məmmədov A.T., Cəfərova S.A., Məmmədova A.A.Oksidləşdirmə üsullarının tətbiqi ilə ovuntu materiallarının alınma xüsusiyyətləri. Uлусал Тоз Металлуръи Конфрансы. 15-17 iyul, 1999,Bildirilər kitabı, Osmanlı Dövlətinin 700 illiyi. Едитюр: Сцлейман Сарыташ. Türk Toz Metalları Derneyi. Orta Dövlət Texniki Universitet, Ankara.
  5. Джафарова С.А. К вопросу усовершенствования технологии производства изделий из порошковой композиции. Материалы докладов 47-ой юбилейной учебно-методической и научно-технической конференции.Часть II, Баку, 2000
  6. Мамедов А.Т.,Абдуллаев М.М.,Джафарова С.А. Русско-азербайджанский краткий словарь терминов сварочного и литейного производства. Словарь, Баку 2010
  7. Məmmədov А.Т.,Cəfərova S.A.,Rüstəmov Р.C.,Quliyev F.T. Qaynar proseslər nəzəriyyəsi. Dərslik. АzТU, 2012, Bakı
  8. Cəfərova С.А.,Məmmədov А.Т. Müxtəlif cincli perlit poladlarının elektronosa qaynağı. Bakı, 2013, AzТU, Elmi əsərlər, cild, №4, с.18-2 9.
  9. Джафарова С.А. Спеченные материалы из частично легированных железных порошков. Международный Научный Институт «Educatio» IV Международная научно – практическая конференция «Научные перспективы ХХI века Достижения и перспективы нового столетия» Россия, г.Новосибирск, 12 – 13 декабрь, 2014
  10. Məmmədov A.T., Cəfərova S.A., Qaynar İstehsalının əsasları dərs vəsaiti, Bakı, AzTU, 2017, 171s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. http://aztu.edu.az/azp/#/azp/main.do Arxivləşdirilib 2019-11-10 at the Wayback Machine Azərbaycan Texniki Universiteti Materiallar texnologiyası