Allahverdi Məmmədli

Allahverdi Məmmədli (tam adı:Məmmədli Allahverdi Məhərrəm oğlu;26 iyun 1956, Nehrəm, Naxçıvan rayonu) — Filologiya üzrə elmlər doktoru, professor[1]

Allahverdi Məmmədli
Doğum tarixi 26 iyun 1956(1956-06-26) (68 yaş)
Doğum yeri
Elmi dərəcəsi Filologiya üzrə elmlər doktoru
Elmi adı Professor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2021

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

26 iyun 1956-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olub. 1976–1981-ci illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb.

Ailəlidir, üç övladı var.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsində redaktor olmuşdur. "Şərq qapısı" vilayət qəzetində baş redaktorun birinci müavini olmuşdur. "Xalq qəzeti"nin xüsusi müxbiri, "Azad Azərbaycan" qəzetinin baş redaktoru, "Azad Azərbaycan" radiosunun məsul redaktoru, Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Xəbərlər" redaksiyasının baş redaktoru olmuşdur. 2005-ci ildən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. 2017-ci ilin mayından Televiziya və radio jurnalistikası kafedrasının müdiridir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2004-cü ildə "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2015-ci ildə "Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri" mövzusunda filologiya üzrə elmlər doktoru dərəcəsini almaq üçün dissertasiya müdafiə edib. 50-dən artıq elmi məqalənin, Azərbaycanda 3, xaricdə dərc olunmuş 1 monoqrafiyanın, 1 dərs vəsaitinin və digər kitabların müəllifidir.

Elmi dərəcə və elmi adları

[redaktə | mənbəni redaktə et]
  • 2004-cü ildə "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
  • 2015-ci ildə "Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri" mövzusunda filologiya üzrə elmlər doktoru dərəcəsini almaq üçün dissertasiya müdafiə edib.
  • 50-dən artıq elmi məqalənin, Azərbaycanda 3, xaricdə dərc olunmuş 1 monoqrafiyanın, 1 dərs vəsaitinin və digər kitabların müəllifidir.

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]
  • Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq
  • Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri
  • Babək şəhidləri, "Əcəmi", 13 ç.v., Naxçıvan, 2002
  • Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq. "Elm", 12 ç.v. Bakı, 2003
  • Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq ideyasının bədii təcəssümü (ərəb əlifbası ilə). 12 ç.v., Tehran, 2005
  • Yüz ilin ədəbi abidəsi. Nafta-Press nəşriyyatı. 8,25 ç.v., Bakı, 2006
  • "Molla Nəsrəddin" ədəbi məktəbində milli varlıq problemləri. "Elm", 15 ç.v. Bakı, 2012
  • Allahverdi Məmmədli: 50 yaşın aşırımında öz-özümlə söhbətə daha çox ehtiyac duyuram. Mata-Pres, Bakı, 4 ç.v., 2015
  • "Molla Nəsrəddin" ədəbi məktəbində azərbaycançılıq". "Şərq-Qərb", 14 ç.v., Bakı, 2017
  • Müasir mediada reklam və marketinq. "Jurnalistika" elmi-tədqiqat laboratoriyasının nəşrlər seriyası. Redaksiya heyəti. Bakı, 2018
  • Molla Nəsrəddinçilik və mili ideya. "Şərq-Qərb", Bakı, 2018
  1. "Məmmədli Allahverdi Məhərrəm oğlu". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-28.
  2. "Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-28.