Allahyar xan Qılıncçı (1735-?) — Qılıncçı tayfasının başçısı, Səbzivarın hakimi.
Allahyar xan Qılıncçı 1735-ci ildə Xorasanda anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qılıncçı elinə başçılıq etmişdi. Səbzivarı da əlinə keçirmişdi. Bu ərazi üstündə Hüseynqulu xan Məhəmmədhəsən xan oğlu Qovanlı-Qacarla üz-üzə gəlmişdi. Hüseynqulu xan Kərim xan Zəndin sərkərdələri tərəfindən oldürüləndən sonra Allahyar xan Xorasandan Xəzər dənizi sahillərinə qədər ərazilərə iddia etmişdi.
Allahyar xan Qılıncçı Köklən türkmənlərinə qarşı vuruşaraq, Qorqanı, Astrabadı və digər yerləri müdafiə etmişdi.
Allahyar xan Qılıncçı 1796-cı ildə Ağaməhəmməd şah Qovanlı-Qacara qarşı vuruşmuşdu.