Kərim xan Zənd

Kərim xan Zənd (fars. کریم خان زند‎; 23 may 1705, Piruz, Həmədan ostanı1 mart 1779, Şiraz) — 1763-1779-cu illərdə hakimiyyətdə olmuş İran hökmdarı, İranın müvəqqəti vəkili.

Kərim xan Zənd
Kərim xan Aynaq xan оğlu Zənd
Kərim xan Zənd
Kərim xan Zənd
Vakil e-Ra'aayaa وكيل الرّعايا
(Xalqın vəkili)
1750 1 may [1] – 1779
ƏvvəlkiŞahrux şah Əfşar
SonrakıMəhəmməd Əli xan Zənd
Şəxsi məlumatlar
Doğum tarixi 23 may 1705(1705-05-23)
Doğum yeri
Vəfat tarixi 1 mart 1779(1779-03-01) (73 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri İran, Şiraz
Atası Aynaq xan Zənd
Anası Ağabikə xanım
Ailəsi Zəndlər sülaləsi
Dini Şiə (İslam)[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Soyu və Ailəsi

[redaktə | mənbəni redaktə et]

Atası, Ləklərə[3][4][5][6][7][8] mənsub olan Zənd qəbiləsinin Zənd-i Begile şöbəsinə mənsub olan Aynaq Xan'dır. Anasıda Ağabikə (Ağabəyim) xanımdır. Qəbilənin başına keçmədən öncəsi həyatı barədə məlumat yoxdur. Afşarlar tərəfindən anayurdları olan Zaqros dağlıq bölgəsindəki Məlayir şəhərinin kəvşənindən Quzey Xorasan’nın Əbivərd’inə sürülen Zəndlər, Nadir Şah’ın öldürülmesindən sonra Kərim xan’ın liderliyi zamanında geçmiş yerlərinə dönmüşlər.

Kərim Bəy, 1705-ci ildə Səfəvi imperiyasının bir hissəsi olan Pəri kəndində doğuldu. O, Aynaq Xan Zəndin böyük oğlu idi və 3 bacısı, Məhəmməd Sadiq xan adlı bir qardaşı və Zəki xan və İskəndər xan Zənd adlı iki ögey qardaşları vardı. 1722-ci ildə Səfəvi İmperiyası dağılmaq ərəfəsindəydi - İsfahan və mərkəzi və şərq torpaqları Hotaki sülaləsi tərəfindən işqal edilmişdi, Ruslar şimalındakı bir çox şəhəri fəth etdilər. Eyni zamanda Osmanlı İmperiyası, qərbi bölgələri ələ keçirdilər. Yerli xanlarla birlikdə Zəndlərə başçılıq edən Mehdi xan qüvvələrini təcavüz edənlərə qarşı birləşdirdi və özlərindən güclü müqavimət göstərdilər.[9]

Kərim Xan Zəndin dərbarı

1748/49-cu ildə Kərim xan hərbi lider Zəkəriya Xanla müttəfiq oldu və Bəxtiyari başçısı Əlimərdan xan Bəxtiyari ilə toqquşdular, ilkdə döyüşü qazansalarda qısa müddətdə itki verdilər və məğlub oldular. Stratejik Gülpayigan şəhərindən geri çəkilməyə məcbur oldular. Şəhəri Əlimərdan xan ələ keçirildi.

1750-ci ilin yazında Əlimərdan xan keçmiş Səfəvi paytaxtı İsfahanı ələ keçirməyə çalışdı. İsfahanın hakimi Əbülfəth xan Bəxtiyariydi, lakin şəhərin yaxınlığındakı Murçexort şəhərində məğlub oldu. Ardından Gülpayigan'a döndü və bölgə müxaliflərə elçi göndərdi, o cümlədən Kərim xan və Zəkəriyyə xan da vardı, Onlar Əlimərdan xanın təklifini qəbul etdilər və qüvvələrini birləşdirdilər və bu da adamlarının sayısını 20.000-ə çatdırdı.[10]

1750-ci ilin mayında İsfahanı mühasirə etdilər. valisi Əbülfəth Xan Bəxtiyari və digər sakinlər şəhər qalasını qorumaq üçün toplaşdılar, lakin Əli Mərdan Xanın uyğun barış təklifindən sonra müqavimətdən əl çəkib onlarla birlikdə hərəkət etməyə razılaşdılar.[10] Əlimərdan xan, Əbülfəth xan və Kərim xanla birlikdə Səfəvi sülaləsini bərpa etmək məqsədiylə İranın qərbində bir ittifaq qurdular və 17 yaşlı Səfəvi şahzadəsi Əbu Torabi nayib olaraq hökmdar təyin edildi. 1750-ci ilin 29 iyununda Əbu Torab şah elan edildi və ona sülalə adı olaraq III İsmayıl ünvanı verildi.[10]

İsfahanın fəthindən sonra, Əlimərdan xan özünü Vəkil-ü dəvlət ("dövlətin müavini" və ya regent) adı verdi[11] və dövlət idarəçiliyin başçılığını əlinə aldı, Əbülfəth xan isə İsfahanın qubernatoru vəzifəsini qorudu, Kərim xan isə ölkənin baş sərdarı (Ali Baş Komandan) təyin edildi və hərbi hakim olaraq ona bölgə xanlıqları fəth etmək vəzifəsi verildi. Ancaq bir neçə ay sonra Kərim xan Kürdüstanda bir səfərdə olarkən Əlimərdan xan İsfahan sakinlərinə vəd etdiyi şərtləri pozmağa başladı. Daha sonra Əbülfəth xanı öldürməklə qurulan əhdləri pozdu və Kərim xanla məşvərət etmədən öz əmisini şəhərin yeni hakimi təyin etdi və Şiraz şəhərinə tərəf getdi və Fars əyalətini qarət etməyə başladı.[12]

Şirazın tutulması ilə bütün Farsa və Cənub Şərqi İrana nəzarəti ələ keçirən Əlimərdan xan İsfahanı paytaxt elan etdi. Eyni zamanda Kərim xan da Həmədan, QəzvinTehranı tutdu. Aparılan hərbi əməliyyatlar zamanı qazanılan uğurlar istər Kərim xanı, İstərsə də Əlimərdan xanı İranda mərkəzləşdirilmiş dövlətin yaradılmasına və İranda təkhakimiyyətliliyi bərqərar etməyə sövq edirdi.[13] Əlimərdan xan, müavinlərini əvəz etməyə başladı, ordusunu lazımi təchizatla təmin etmək üçün əhalidən ağır vergi aldı. Bu, ətrafındaki yaxınların və məmurların ondan uzaqlaşmasına səbəb oldu, Əlimərdan xanın əmriylə onların bir çoxunun gözü çıxarıldı. O Kazerunu talan etdikdən sonra İsfahana yola düşdü, lakin Xişt kəndinin başçısı olan Muzari Ali Xişti kamanderliyindəki yerəl partizanlar tərəfindən Kutal-e Duxtərın keçidində pusquya düşdü. Onlar Əlimərdanın mallarını talan etdilər və çoxlu qənimət ələ keçirdilər və 300 nəfəri öldürdülər. Qışa qədər Əlimərdanın qüvvələri onun bəzi adamlarının tərk etməsi səbəbindən daha da azalmışdı.[12]

Hökmranlıq üzərində Əlimərdan Xanla müharibə

[redaktə | mənbəni redaktə et]

Kərim xan 1751-ci ilin yanvarında İsfahana qayıtdıqdan və şəhərdə əmniyəti bərqərar etdi və bu Əlimərdan xan üçün vəziyyət daha da pisləşdi.

Qısa müddətdən sona Loristanda Kuhrəng bölgəsində aralarında bir döyüş baş verdi. döyüş heynində III İsmayıl və Zəkəriyyə xan (Əlimərdan xanın vəziri) bir neçə zabitlə birlikdə Əlimərdan xanı tərk etdilər. Nəticədə qalib gələn Kərim xan Əli Mərdanı və ordusunu geri çəkilməyə məcbur etdi. Adamlarının qalanları, Loristan valisi İsmayıl xan Feyli ilə birlikdə Xuzistana geri çəkildilər.[12] Orada Əlimərdan xan, əsgərlərini gücləndirmək üçün Xuzistan valisi Şeyx Sə'd ilə ittifaq qurdu. 1752-ci ilin baharının sonlarında Əlimərdan xan, İsmayıl xan Feyli ilə birlikdə Kirmanşaha yürüş etdi. Kirmanşahı öz təsərrüfündə tutan Əbduləli xanMirza məhəmməd, Kərim xanın güclənməsindən və şəhərlərinə hücum etməsindən qorxurdular, ona görə Əlimərdan xandan kömək istədilər. Kərim xanın qüvvələri, qısa müddətdə onların düşərgəsinə hücum etdilər, amma məğlub olaraq geri çəkildilər. Daha sonra Əlimərdan xan Zəndlərin torpaqlarına ayaq basdı, Nəhavənd yaxınlığında Kərim xanla üzüzə gəldi. Ancaq Əlimərdan xan bir daha məğlub oldu və Osmanlı İmperyasının Bağdad şəhərinə qaçdı.[14] Orada 1746-cı ildə Nadir şahın Osmanlılarla Kürdan müqaviləsini bağlamaq üçün Bağdada göndərilən keçmiş diplomatı Mustafa xan Bəydili Şamlu ilə ilgiyə keçdi. Birdə 1725-ci ildə Mir Mahmud Hotaki tərəfindən Səfəvi ailəsini qırğınında İsfahandan qaçmağı bacaran keçmiş Səfəvi şahı II Təhmasibın oğlu (1729-1732) də Bağdad şəhərindəydi. Bu, Əlimərdan xan, İsmayıl xan FeyliMustafa xanın Səfəvilər sülaləsini bərpa etmək üçün şahzadənin İrana qayıtması bəhanəsiylə özlərinində qayıtması üçün əsas fürsət yaratdı.

Bir il sonra, Əlimərdan xan 1753-cü ilin əvvəlllərində, Lurestanda bir ordu qurmağa başladılar ve Azad xan Əfqanın dəstəyini qazandılar. Bir neçə ay sonra Kərim xanın sərhədlərinə yürüş etdilər, amma Səfəvi şahı kimi elan edilən II Təhmasibın oğlu II Sultan Hüseyn yararsız bir namizəd kimi özünü göstərməyə başladı və bu onların gedişini zəyiflədib çoxlarının qaçmasıyla nəticələndi.[15] Bu hadisədən sonra, Əli Mərdan və yandaşları II Sultan Hüseynin sülalə mənşəyini hərtərəfli yoxladıqdan sonra, onun həqiqi kimliyini ifşa etdilər və onun əslində Səfəvi nəslindən deyil, bir azərbaycanlı kişinin və bir erməni qadının oğlu olduğunu bildilər.[16]

Əlimərdan xanın Kirmanşahdakı adamları, iki il Zənd qüvvələri tərəfindən mühasirəyə alındıqdan sonra təslim oldular və qüvvələr Kərim Xan tərəfindən pozuldu, Zəndlər Əlimərdan xanla qısa bir müddət sonra yenidən toqquşdular, ikinci dəfədə məğlub oldular və Kərim Xan Mustafa xanı əsir tutdu. Əlimərdan xan, II Sultan Hüseyni ilə birlikdə qaçmağı bacardı, amma çox keçmədən onun işə gəlmədiyini görən Əlimərdan xan, onun gözlərini kor edib İraqa göndərdi.[17]

1754-cü ilin yazında Əlimərdan xan Kərim xanın iki qohumları, Məhəmməd xan ZəndŞeyx Əli xan Zəndi əsir tutdu. Sonra onları Kirmanşah yaxınlığında bir düşərgəyə apardı və onlarla bir ittifaq qurmağa cəhd etdi amma nəticəsiz qaldı. İki Zənd rəisi, uyğun bir siqnalla birdən Əlimərdan xana hücum edərək onu öz xəncəriylə öldürdülər və sonra onun adamlarının atəşi altında at üstündə ordan qaçdılar.[17]

Osmanlı İmperiyasıyla müharibə (1775–1776)

[redaktə | mənbəni redaktə et]
Kərim Xan Zənd və Osmanlı elçisi Vəhbi Əfəndi

1762-ci ildən Süleyman Əbu Layla Paşanın vəfatından bəri, Baban Əmirliyi Kərim Xan Zəndə bağlı olan Ərdalanın valisi Xosrov Xanın təsiri altında getdikcə daha çox düşmüşdür. Bu səbəblə 1774-cü ildə Osmanlı İmperyasının İraq əyalətinin Məmlük valisi Ömər Paşa, Osmanlıya vassal olan Baban Əmirliyi işlərinə qarışmağa başladı. Bu, Ömər paşaBaban hökmdarı Məhəmməd Paşanı(1765–1775) vəzifədən kənarlaşdırmağa və Abdullah Paşanı yeni hökmdar təyin etməyə məcbur etdi. Bu iş və Ömər Paşanın 1773-cü ildə İraqı təxrib edən vəba mərizliyi və vəba nəticəsində ölən İran zəvvarlarının mallarını ələ keçirməsi və bir də şiələrin müqəddəs şəhərləri NəcəfKərbəlanı ziyarətə gələn İranlı zəvvarların daha çox ödəməyə məcbur etməsi, Kərim xana Osmanlılara qarşı müharibə elan etməsi üçün yaxşı bəhanə oldu[18][19].

Kərim xanın müharibə elan etməsinin başqa səbəbləri də varıydı, müqəddəs İmam Rza türbəsinin yerləşdiyi Məşhəd Zənd nəzarəti altında deyildi, buna görə də İraqın ziyarətgahları Kərim xan üçün daha çox əhəmiyyət kəsb edirdi[20]. Zənd ordusu narazıydı və Zəki Xanın Hörmüz adasında alçaldıcı məğlubiyətindən sonra öz nüfuzlarını bərpa etməyə çalışırdı. daha önəmli olan, 1769-cu ildə Şərqi Hindistan Şirkəti, Bəsrə üçün Buşehr limanını tərk etdiyinə görə, Bəsrə limanı rəqabətli Buşehrə üstələmiş görkəmli bir ticarət limanı olmuşdu[20].

Əlimurad Xan ZəndNəzər Əli Xan Zəndin rəhbərliyindəki Zənd qüvvələri Kürdüstanda Paşa qüvvələriylə çatışdılar və onları məşğul saxladılar, Kərim Xanın ögey qardaşı Sadıq xan isə 30.000 nəfərlik bir orduyla 1775-ci ilin aprelində Bəsrəni mühasirəyə aldı. Bəsrə valisi ilə müttəfiq olan Ərəb qəbiləsi Müntəfiq, Sadıq Xanın Şəttül-Ərəbdən keçməsini gördükdə müqavimət etmədən geri çəkildilər, halbuki Banu KaabBuşehr Ərəbləri ona gəmi və təchizat təmin etdilər[20].

Bəsrə qalasının komandiri olan Süleyman Ağa Sadeıq Xanın qüvvələrinə qətiyyətlə müqavimət göstərdi və qalanı mühasirəyə saldı və bu bir ildən çox davam etdi. Şərqi Hindistan şirkətinə mənsub olan Henry Moore, Sadıq Xanın bəzi qaylqlarına hücum etdi və Şəttül-Ərəbi bloklamağa çalışdı və sonunda Bombaya yola düşdü. Bir neçə ay sonra, oktyabr ayında, Omanın bir qrup gəmisi, Bəsrəyə təchizat və hərbi yardım yetirdi və bu qüvvələrinin əhval-ruhiyyəsini əhəmiyyətli dərəcədə yüksətdi. Ancaq ertəsi gün Zəndlərin birləşmiş hücumu sarsıntı yaratdı - Oman gəmiləri itki verməmək üçün qışda Muskata geri çəkilməyi məcbur qaldı[20].

Bir müddət sonra Bağdaddan gələn gücləndirmələr, Zənd qüvvələriylə müttəfiq olan bir şiə Ərəb qəbiləsi olan Xaza'il tərəfindən geri dönməyə məcbur qaldılar. 1776-cı ilin yazında Sadıq Xanın mühasirəsi Bəsrəndə qıtlığa səbəb oldu. Bəsrə qüvvələrinin bir çox hissəsi Süleyman Ağanı tərk etdi. Qiyam riski şayiələri səbəbiylə Süleyman Ağanın təslim oldu(1776 aprel 16-da)[21].

Osmanlı sultanı III Mustafa (r. 1757–1774) öldü və onun yerinə qardaşı I Əbdülhəmid (r. 1774-1789) oturdu. Osmanlının ruslara məğlubiyyəti, Osmanlının İran müharibəsinə verdiyi cavab çox yavaş oldu. 1775-ci ilin fevral ayında Bəsrənin mühasirəsi elan edilmədən və xəbəri İstanbul yaxınlaşmadan əvvəl və bir də Zagros cəbhəsi müvəqqəti dinc olarkən, Osmanlı səfiri Vehbi Əfəndi Şiraza göndərildi. Sadıq Xan Bəsrəni mühasirəyə aldı və Eyni anda Vehbi Əfəndi Şiraza çatdı, "ancaq bu yeni böhranla əlaqədar danışıqlar aparmaq səlahiyyətinə malik deyildi[21]." 1778-ci ildə Kərim Xan Şərqi Anadoluya birgə hücum üçün Ruslarla sazişə çatmışdı. Ancaq bu iş heç vaxt baş vermədi. Çünki Kərim Xan 1779-cu il 1 mart tarixində[22], altı ay xəstələnməsindən sonra, (ehtimal ki, vərəm xəstəliyi) öldü[23].

Ağa Məhəmməd Xan Qacarla münasibətlər

[redaktə | mənbəni redaktə et]

Ağa Məhəmməd xan Kərim xanla yaşadığı müddətdə mehriban və hörmətli davranırdı, bu da onu qohumlarını silahlarını verməyə vadar etdi. Sonra Kərim xan onları Damğanda yerləşdirdi. 1763-cü ildə Kərim xan, Ağa Məhəmməd xanHüseyn Qulu xanı, hərəmində həyat yoldaşı, Ağa Məhəmməd xanın atası əmməsi olan Xadice Bəyimin yaşadığı Zənd paytaxtı Şiraza göndərildi[24][25]. Ağa Məhəmməd xanın ögey qardaşları Murtəza Qulu XanMustafa Qulu Xana, anasıı və bacısı şəhər valisin olduqları üçün Astrabadda yaşamağa icazə aldılar. Qalan qardaşları Qəzvinə göndərildi, orada onlara hörmətlə davranıldı.[25]

Ağa Məhəmməd xan Kərim xanın sarayında əsirdən daha çox hörmətli qonaq kimi qəbul olunurdu. Bundan əlavə, Kərim xan Ağa Məhəmməd xanın siyasi biliyindən də istifadə edirdi və dövlətin işlərinin məsləhətini ondan istəyirdi. O, əfsanəvi padşah Əfrasiyabın ağıllı bir məsləhətçisinə istinad edərək Ağa Məhəmməd xanı özünün "Piran-e Veyse" məsləhətçisi adlandırdı.[24]

Kərim Xan ərgi (qalası) - Şiraz

Kərim xanın 40 il davam edən hökmdarlığında bölgədə nisbi əmniyət və sülh hakim oldu. Onun hakimiyyəti dövründə İngiltərə ilə münasibətlər quruldu və o, Ost-Hind şirkətiİranın cənubunda ticarət məntəqəsi yaratmağa icazə verdi. Şirazı paytaxtı etdi və orada bir neçə memarlıq əsəri inşa etməyi əmr etdi. Kərim xan 1 mart 1779-cu ildə altı ay xəstələnərək, çox güman ki, vərəm xəstəliyindən öldü.[23] Üç gün sonra o, indiki Pars Muzeyinin "Nəzər Bağçası" nda dəfn edildi.

Kərim xanın ölümündən sonra bir daha iç müharibə başlandı və nəslindən olanlar heç biri ölkəni olduğu kimi idarə edə bilmədilər. Bu nəslin son hakimi Lütf Əli xan, Qacar hökmdarı Ağa Məhəmməd xan tərəfindən öldürüldü.

Kərim xan Zəndin xarici siyasəti

[redaktə | mənbəni redaktə et]

İranda zəndlərin hakimiyyətə gəlməsi İngiltərənin Hindistanı işğal etməsi ilə eyni vaxta təsadüf edirdi. Ona görə də Kərim xan Zənd Avropa sırasında ən çox İngiltərə ilə münasibətləri məhdudlaşdırmağa çalışırdı. Lakin İngiltərənin Hindistanda və ümumiyyətlə Yaxın və Orta Şərqdə möhkəmlənməsi Kərim xan Zəndi bu ölkəyə münasibətdə, xüsusilə onunla ticarət əlaqələrində bir sıra güzəştlərə getməyə məcbur etdi.

Bununla belə Kərim xan Zəndin xarici siyasətində başlıca obyekt Fars körfəzi rayonu idi. Bu regionda İranın nüfuzunu bərqərar etmək, hakimiyyətini möhkəmləndirmək məqsəsilə Kərim xan xeyli qüvvə və vəsait sərf edirdi. Bu dövrdə, yəni XVIII əsrin ortalarında Kəəb əmirliyi istər İran, istərsə də türk və ingilislər üçün təhlükə mənbəyi idi. Şətt əl-Ərəb çayının girəcəyini mühasirəyə alan ingilis Ost-Hind kompaniyasına məxsus olan gəmiləri ələ keçirən, tez-tez Bəsrə rayonuna qarətçi yürüşlər edən Kəəb əmirliyi, həm ingilis, həm də türk orqanları üçün çətinlik və qayğı yaradırdı. Kəəb əmirliyinə qarşı 1765 ci ildə İran və ingilis-türk birgə ekispedisiyası zamanı Kərim xan əmirliyə münasibətdə yeritdiyi siyasətini dəyişdi. Çətin vəziyyətə düşmüş əmir Şeyx Salman öz nümayəndəsini Kərim xan Zəndin yanına göndərdi. Nümayəndə bildirdi ki, əgər iranlılar Xuzistandakı iqamətgahlardan, yəni Dorak rayonundan çıxaraq Kəəb əmirliyinə orada möhkəmlənməyə imkan versələr, onda əmirlik zəndlərin hakimiyyətini tanıyacaq və hər il onlara bac verəcək. Kərim xan Şeyx Salmanın bu təklifini qəbul etdi. Zənd qoşunları Dorakdan çıxarıldı.

Buna cavab olaraq Şeyx Salmanın oğlu bahalı hədiyyələrlə Kərim xanın yanına gələrək öhdəsinə götürdü ki, hər il əmir Kərim xana üç min tümən bac verəcəkdir. Bu sövdələşmədən sonra Kərim xan Ost-Hind kompanyası ilə birlikdə Kəəb əmirliyini məğlub etmək fikrindən daşındı. Lakin Zənd qoşunları Dorakdan çıxarıldıqdan sonra ingilislər türklərlə birlikdə Kəəb əmirliyinə qarşı hərbi əməliyyatlara başladılar. Yaranmış belə bir vəziyyətdə Kərim xanın nümayəndəsi 1766-cı ilin oktyabrında Doraka gələrək, ingilis və türklərdən tələb etdi ki, onlar dərhal İran ərazisini tərk etsinlər. Çünki, əmirliyin başçısı zəndlərin ali hakimiyyətini qəbul etmişdi. Bundan sonra türk ordusu İraqa geri qayıtsa da, ingilislər əmirliyin ərazisini körfəz tərəfdən mühasirədə saxlamaqda davam edirdilər. Onlar Şeyx Salmana qarşı hərbi əməliyyatlara başlasalar da, onu İran ərazisində təqib edə bilmirdilər. Bu səbəbdən də ingilislər hələ 1762 ci ildən etibarşn Kərim xanla daha sıx əlaqələr və münasibətlər formalaşdırmağa çalışırdılar. Bu bir tərəfdən İranın cənubunda Kərim xanın nüfuzunun artması və mövqeyinin möhkəmlənməsi ilə, digər tərəfdən isə Xark adasında hollandlara qarşı Bəndər-Riqin hakimi Mir Möhənnanın mübarizəsinin qüvvətlənməsi ilə əlaqədar idi. Mir Möhənnanın Fars körfəzində mövqeyinin möhkəmlənməsi həm ingilislərin, həm də zəndlərin maraqları ilə tərs mütənasib idi. Bununla belə ingilislər Mir Möhənnaya qarşı birgə hərbi əməliyyatlara başlamaq zəndlərin təklifi ilə razılaşsalar da, hərbi əməliyyatların keçirilməsinə tələsmirdilər. Buna səbəb yaranmış vəziyyətdən ingilislərin maksimum yararlanmaq məqsədi idi. Bu isə şirkətin ilk növbədə ticarət və kommersiya maraqlarının təmin edilməsindən irəli gəlirdi. Ona görə də 1763-cü ilin iyulunda Ost-Hind şirkəti Fars körfəzində ingilislərə fövqəladə və müstəsa hüquqlar verilməsinə dair Kərim xan Zəndlə saziş imzalamağa nail oldu. Həmin sazişə əsasən ingilislər Buşirdə, Fars körfəzinin İran sahillərində istədikləri yerdə öz faktoriyalarını yarada bilərdilər. Şirkətin nümayəndələri gömrük vergilərndən də azad olunmuşdu. Şirkət yun mallar gətirilməsi üçün inhisar hüququ almışdı. Eyni zamanda bütün avropalıların Fars körfəzi sahillərinə yun mallar gətirilməsi qadağan olunurdu. III İsmayıl tərəfindən Şirazda təsdiq olunan müqaviləyə Portuqaliyaya qarşı qadağalar və onlarən körfəzdəki qaçaq nümayəndələrinə qarşı mübarizə də əlavə olundu.

1763-cü ildə ingilislər Buşirdə öz ticarət faktoriyalarını yarada bildilər. Beləliklə Buşir Fars körfəzi rayonunda İngiltərənin ən mühüm ticarət mərkəzinə çevrildi. Kərim xanın ingilislərlə apardığı danışıqlarda, ingilislər zəndlərə qarşı duracaq qüvvələri dəstəkləməyəcəklərini və zəndlərin cənubda möhkəmlənmələrinə yardım edəcəklərini öhdələrinə götürsələr də, 1763-1765-ci illərdə baş vermiş hərbi əməliyyatlar zamanı onları dəstəkləmədilər. Nəticədə Xark adasından hollandları qovan Mir Mohənna Fars körfəzində daha da möhkəmlənmiş oldu ki, bu da Kərim xan Zəndin xarici siyasətinə zidd idi. Qeyd edək ki, ingilislər Ost-Hind şirkətinin simasında ikili siyasət yeridirdilər. İngilislərin bu cür siyasət yeritmələrində əsas məqsəd İranın [26] artmaqda olan gücünün qarşısını almaq idi. Buna səbəb həm də Mir Mohənnanın ingilislərə daha çox güzəştə gedərək, onlara möhkəmləndiyi ərazilərdə kifayət qədər hərəkət azadlığı verməsi idi. Ona görə də ingilislər Kərim xan zəndlə müəyyən müqavilələr imzalasalar da, həqiqətdə ona qarşı əks mövqedə çıxış edirdilər. Belə bir vəziyyətdə 1769-cu ilin əvvəllərində Zəki xanın başçılığı ilə İran qoşunlarının Bəndər-Riqə hücum etməsindən istifadə edərək Mir Mohənnanın qohumu Həsən Sultan ona qarşı üsyan qaldırdı. Nəticədə Mir Mohənnanın hakimiyyəti devrildi. Mir Mohənnanın Xark adasından qaçmasından sonra buradakı yeni hakimiyyət, yəni Həsən Sultan Kərim xan Zəndin vassalı olduğunu qəbul etdi. O, Kərim xan Zənd tərəfindən Mozafatın və Xark adasının hakimi təyin edildi. Kərim xanın bu uğuru Ost-Hind şirkəti ilə münasibətlərin kəskinləşməsinə səbəb oldu. Kərim xan Zəndin onları sıxışdırdığını bəyan edən ingilislər 1769-cu ildə Buşirdəki ticarət faktoriyasını ləğv etdilər. 1773-cü ilə kimi dondurulmuş vəziyyətdə qalan münasibətlər həmin il paytaxtdan verilən əmrə əsasən şirkətin Fars körfəzindəki gəmisinin tutulması ilə daha da kəskinləşdi. Yaranmış vəziyyətdə 1775-ci ildə Kərim xanın Bəsrəyə hücumu zamanı ingilislər ərəblərə hərtərəfli yardım etdilər. Kərim xanın bu yürüşü iran zəvvarlarının və tacirlərinin Bağdad paşalığı tərəfindən sıxışdırılması ilə əlaqədar idi. Həmin yürüş Kərim xana zəngin ticarət mərkəzi kimi tanınan Bəsrənin tutulması nöqteyi-nəzərindən daha mühüm əhəmiyyət kəsb edirdi. Bəsrəyə birinci hücum müvəffəqiyyətsizliklə nəticələnsə də, 1776-cı ilin aprel ayında şəhərin tutulması üçün cəlb edilən yeni qüvvələr hesabına Bəsrə Zəndlər tərəfindən tutuldu. Lakin 1779-cu ildə Kərim xanın vəfatından az sonra Bəsrə yenidən Osmanlı dövlətinin tabeçiliyinə qaytarıldı

Kərim xan Zənddən sonra Əbülfət xan ZəndMəhəmməd Əli xan Zənd (birgə) (1779), Sadiq xan Zənd (Şirazda) (17791781), Əlimurad xan Zənd (İsfahanda) (17791785), Cəfər xan Zənd (17851789), Lütfəli xan Zənd (17891794) hakimiyyətdə olmuşlar.

  1. Yeroushalmi, David. The Jews of Iran in the nineteenth century. Brill's Series in Jewish Studies. 40. The Netherlands: Brill. 2009. xxxix. ISBN 90-04-15288-1. 2015-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-29.
  2. Dabashi, Hamid. Shi'ism: A Religion of Protest. Harvard University Press. 2011. 164–165. ISBN 0-674-04945-4. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-29.
  3. A fourth pretender was Karim Khan, son of Aymak of the Zand, a section of Lak tribe, Sir Percy Molesworth Sykes, A History of Persi, Macmillan and co., limited, 1930, p. 277. Arxivləşdirilib 2016-04-27 at the Wayback Machine
  4. One of the contenders for power was Karim Khan Zand, a member of the Lak tribe near Shiraz, William Marsden, Stephen Album, Marsden's Numismata orientalia illustrata, Attic Books, 1977, ISBN 978-0-915018-16-1, p. 158. Arxivləşdirilib 2016-04-24 at the Wayback Machine
  5. Karim Khan, the founder of the Zand dynasty of Persia that succeeded the Afsharids, was himself born to a family of these Lak deportees (of the Zand tribe), Mehrdad R. Izady, The Kurds: A Concise Handbook, Taylor & Francis, 1992, ISBN 978-0-8448-1727-9, p. 12. Arxivləşdirilib 2016-05-03 at the Wayback Machine
  6. Kurdish leader, Karim Khan Zand,..., Wadie Jwaideh, The Kurdish National Movement: Its Origins and Development, Syracuse University Press, 2006, ISBN 978-0-8156-3093-7, p. 17. Arxivləşdirilib 2016-05-20 at the Wayback Machine
  7. Lokman I. Meho, Kelly L. Maglaughlin, Kurdish Culture and Society: An Annotated Bibliography, Greenwood Publishing Group, 2001. ISBN 978-0-313-31543-5, p. 308. Arxivləşdirilib 2016-06-10 at the Wayback Machine
  8. ...the bulk of the evidence points to their being one of the northern Lur or Lak tribes, who may originally have been immigrants of Kurdish origin., Peter Avery, William Bayne Fisher, Gavin Hambly, Charles Melville (ed.), The Cambridge History of Iran: From Nadir Shah to the Islamic Republic, Cambridge University Press, 1991, ISBN 978-0-521-20095-0, p. 64. Arxivləşdirilib 2016-06-24 at the Wayback Machine
  9. Perry, 2012. səh. 18
  10. 1 2 3 Perry, 1991. səh. 66
  11. Garthwaite, 2005. səh. 184
  12. 1 2 3 Perry, 1991. səh. 67
  13. . Строева Л. В. Керим-хан Зенд и ханы. // Иран: история и современность. М.,Наука,1983.səh.122
  14. Perry, 1991. səh. 68
  15. Perry, 1991. səh. 69
  16. Perry, 1971. səh. 63
  17. 1 2 Perry, 1991. səh. 72
  18. Perry, 1991. səh. 90-91
  19. Perry, 2011. səh. 561-564
  20. 1 2 3 4 Perry, 1991. səh. 91
  21. 1 2 Perry, 1991. səh. 92
  22. Shaw, 1991. səh. 311
  23. 1 2 Perry, 2011. səh. 561–564
  24. 1 2 Perry, 1984. səh. 602–605
  25. 1 2 Hambly, 1991. səh. 112
  26. Bell Johnun "A journey from St.-Peterburg in Russia to İspahan in Persia üith an Embassy fro his imperial Majesty Peter the First" vol.. London -1764, səh.36-38

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Kərim xan Zənd
Doğum: 23 may 1705 Vəfat: 1 mart 1779
Hakimiyyət titulları
Sələfləri 
Zənd dövlətini qurdu
(Şahrux şah Əfşar)

Zənd dövləti (سلسله زندیه) Şahı

1 may 1750-1779
Xələfləri 
Məhəmməd Əli xan Zənd