Alleroy (çeç. Ӏаларой-Эвла) — Çeçenistan Respublikası, Kurçaloy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Kurçaloy rayonunun və Alleroy kənd sovetliyinin mərkəzidir[1].
Alleroy | |
---|---|
Ӏаларой-Эвла | |
43°13′02″ şm. e. 46°16′56″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 270 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 11132 (2010) nəfər |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 366317 |
Kənd Miçik çayın hər iki sahilində, Kiçik Miçik çayının ona töküldüyü hissədə, Kurçaloy rayon mərkəzindən 17 km şimal-şərqdə, Qroznı şəhərindən 60 km cənub-şərqdə yerləşir.
Ən yaxın yaşayış məntəqələri: şimalda — Yuxarı Nayber kəndi, şimal-şərqdə — Koşkeldi kəndi, cənub-şərqdə — Mesketı və Qalaytı kəndləri, qərbdə — Sentoroy, şərqdə — İşxoy-Yurt[2].
Kənd mülayim iqlimə sahibdir. Dəniz səviyyəsindən 270 metr yüksəklikdə yerləşir.
1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Alleroy kəndi Şuraqat olaraq adlandırıldı. Buraya isə Dağıstandan əhali köçürüldü[3][4]. Kənd bir müddət Şuraqat rayon mərkəzi funksiyasını yerinə yetirdi. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra kəndin əvvəlki adı bərpa edilir və dağıstanlılar geri qaytarılır.
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
çeçenlər | 11 099 | 99,70 % |
digərləri | 33 | 0,30 % |
ümumi | 11 132 | 100,00 % |
2002-cil məlumatı[6]: çeçenlər — 10 215 (99,9 %).
Etnik baxımından əhalisinin 99 9 % çeçenlərdən ibarətdir. Bir mono etnik yaşayış məntəqəsidir. Əhalisinin hamısı sünni-müsəlmanlardan ibarətdir.
Kənd əhalisinin böyük əksəriyyəti Alleroy teypinə aiddirlər. Kəndən bir qədər aşağıda da Nojay-Yurt rayonuna dail olan eyni adlı kənd vardır. Bu kəndə eyni kökdən gələn əhalidən ibarətdir və eyni teypə daxildirlər.
№ 1 Orta ümumtəhsil məktəbi[7]
№ 2 Orta ümumtəhsil məktəbi[7] və № 3 Alleroy kənd orta məktəbi, məscid[8]
«Jayna» uşaq bağçası[9].
«Jayna» incəsənət evi.
Avdorxanov Əhməd Zəlimxan oğlu — Çeçenistan Respublikası Prezident Qvardiyasının Komandiri, Masxadovun təhlükəsizlik rəisi.
Avdorxanov Zaurbek Zəlimxan oğlu — Qafqaz Əmirliyinin silahlı dəstələrinin sahə komandiri, Əhməd Avdorkxanovun qardaşı.
İsrapilov Xunkar Paşa German oğlu — 1990—2000-ci illərdə çeçen münaqişəsinin aktiv iştirakçısı. Səhra komandiri.