Allioideae

Son zamanlar bir çox alimlər bu yarımfəsiləni müstəqil fəsilə kimi qəbul edirlər. Soğanaqlı və kökümsovlu bitkilərdir. Çiçək qrupu çətirdir. Meyvə yuvalar üzrə açılan qutucuqdur. Soğan (Allium) cinsinin 300-ə qədər növü vardır.

Allioideae
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bu cinsin Azərbaycan florasında 50-ə qədər növü düzən sahədən başlamış yuxarı dağ qurşağınadək bütün ərazilərdə geniş yayılmışdır. Onlardan 3 növü adi soğan (Allium cepa), sarımsaq (A.satium) və kəvər (A.porrum) Azərbaycanda orta dağ qur.ağınadək qiymətli bitki kimi əkilib becərilir.

Adi soğan (A.cepa) Azərbaycanın aran və dağ rayonlarında geniş becərilən qiymətli tərəvəz bitkisidir. Onun həm yerüstü, həm də yeraltı soğanağından fitonsid xüsusiyyətinə görə insanlar tərəfindən istifadə olunur. Yarpaqları və gövdələri boru formasındadır. Çiçəkləri gövdənin uc hissəsində çətir çiçək qrupuna yığılmışdır. Çiçək qrupu açılanadək üzəri iki hissəyə bölünən pərdəşəkilli pulcuq örtüyü əmələ gətirir. Çiçəkləri aktinomorfdur, çiçəkdə ləçəklər sərbəst olub, 6 ədəddir, erkəkcikləri 6 ədəd, dişicik bir ədəd, yumurtalıq üst vəziyyətdədir. Meyvəsi qutucuqdur.[3]