Alliqator-Pond (ing. Alligator Pond) — Yamaykanın Kornuoll qraflığında yerləşən balıqçı kəndi[1].
Alliqator-Pond | |
---|---|
Alligator Pond | |
17°52′13″ şm. e. 77°34′03″ ş. u. | |
Ölkə | Yamayka |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 0 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1826 (2010) nəfər |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | JA |
Vikianbarda əlaqəli mediafayllar |
Kənd Yamaykanın cənubunda yerləşən eyni adlı buxtada yerləşir. Təxmini olaraq dəniz sahili boyunca 2 km məsafədə uzanır. Alliqator-Pond kəndinin əhalisi əsasən balıqçılardan ibarətdir: kişilər balıq ovu, qadınlar isə onu satmaqla məşğul olur. Burada açlq səma altında kafe, barlar fəaliyyət göstərir[2].
Burada ən məşhur restoran Little Ochie 1989-cu ildən fəaliyyət göstərir. 2006-cı il məlumatına görə restoranda eyni anda 400 nəfər sərbəst şəkildə yerləşə bili[3].
Kəndin adı ondan bir qədər aralıda görünən təpələrlə bağlıdır. Beləki bu təpələr alliqatorların belini xatırlatdığından irəli gəlir. Bununla belə burada bu yimsahlara rast gəlinmir[4].