Alma ballıcası

Alma ballıcası (lat. Psylla malı) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin psillidlər (ballıcalar) fəsiləsinə aid olan növ.

Alma ballıcası
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Alma ballıcası
Beynəlxalq elmi adı
  • Cacopsylla mali

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Yetkin ballıcanın bir cüt şəffaf qanadları vardır. Baş və döşü sarımtıl-yaşıl, qarıncığı, bığcığı və ayaqları sarıdır. Bığcıqları 10 buğumludur. Bədəninin uzunluğu 2,5 mm-dir. Sürfəsi yastıdır, ayaqları qısadır, bədəni tünd qəhvəyi, gözləri isə kəskin qırmızıdır. Nimfası göyümtül-yaşıldır. Yumurtası uzunsov ovalvari olub, saplaqvaridir, rəngi narıncıdır və uzunluğu 0,4 mm-dir.[1]

Alma ballıcası yumurta mərhələsində qışlayır. Yazda yumurtalardan sarı rəngli sürfələr çıxır. Sürfələr tumurcuqlarla qidalanır. Sürfələrin inkişafı 29–38 günə başa çatır. Yetkin fərdlər mayalanmadan sonra zoğların dərin yerlərinə tumurcuqların içərisinə yumurtalar qoyur. İl ərzində bir neçə nəsil verir.[2]

Şimali Amerika, Mərkəzi Avropa, Şimali Avropa, PribaltikaLeninqrad vilayəti, Kişinyov, Dnepropetrovsk, Volqoqrad, Kiev, Xarkov, Voronej, Samarada yayılıb.[3] Azərbaycanın meyvəçiliklə məşğul olan bütün rayonlarında təsadüf edilir.

  • S. R. Məmmədova, B. B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, −206 s.
  • N. H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. N. H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964.
  2. S. R. Məmmədova, B. B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, −206 s.
  3. "Psylla mali Schmidber. - Яблонная медяница". 2008-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-03.