Qəhvəyi

Qəhvəyi və ya qonur – rənglərdən biri.

Qəhvəyi
HEX 993300
RGB¹ (r, g, b) (153, 51, 0)
CMYK (c, m, y, k) (0, 67, 100, 40)
HSV² (h, s, v) (20°, 100%, 60%)
  1. [0—255] aralığında normallaşdırıldı
  2. [0—100] aralığında normallaşdırıldı

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir.[1]

Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir.

Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır.

Qəhvəyi rəng və atlar

[redaktə | mənbəni redaktə et]

Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır. Bu atın adı isə dastanda da, araşdırmalarda da "Dürat" olaraq göstərilir. Elə "Kitabi-Dədə Qorqud"da da Dədə Qorqudun Bamsı Beyrək üçün Banıçiçəyi istəməyə – elçiliyə gedəndə mindiyi atlardan da birinin adının "Dürü ayğır" olduğu bildirilir. Bu, çox ola bilsin ki, "Kitabi-Dədə Qorqud"un, eləcə də "Koroğlu" eposunun ilk əlyazma nüsxələrinin ərəb əlifbasında olması faktı ilə əlaqədardır. Çünki ərəb əlifbasında "u", "o", "ö", "ü", "v" səsləri yalnız "ü" şəklində yazılır. Mətnləri oxuyanlar dur"un heç bir məna vermədiyi, "dor"un isə rəng adı olduğuna əhəmiyyət vermədiklərindən məsələ belə bir şəkil almışdır. Unudulmuşdur ki, türklərdə atlara ad, əsasən, rənglərinə görə verilir.

Qəhvəyi (qonur, dor) rənginin uğur rəmzi bildirdiyi üçün elə bu rənglərdə olan atların da hünərli, qaçağan olması haqqında xəbərlər az deyil. Qonur rəngli atın üç günlük yolu bir gündə getməsi söylənilir. Elə Doratın da bu xasiyyətdə olması bildirilir. Dor rəngli atın qadirliyi haqqında olan bir məlumat olduqca maraqlıdır. Deyilənə görə, İskəndər Zulqərneyn zülmət səfərinə hazırlaşarkən Ərəstunu yanına çağırıb bu səfər üçün at seçməyi tapşırır. Ərəstunun cəm etdiyi atlar axurlara bağlanılır. Amma onlara yem və su verilmir. Üç gün keçəndən sonra gəlib görürlər ki, ...qırmızı, dördüncü gün sarı, beşinci gün qır, altıncı gün çil, yeddinci gün qara, səkkizinci gün dəmir qır, doqquzuncu gün açıq-qırmızı rəngdə olan atlar taqətdən duşub. Onuncu gün baxdıqda dor rəngli atın hələ də zəifləmədiyini görürlər. Deməli, bu rəngdə olan at aclığa, susuzluğa dözən atdır. Bundan sonra, səfər zülmətə olduğundan atları qaranlıqda sınayırlar. Zil qaranlıq gecədə onların yoluna qara rəngli tük çəkirlər. Bunu qara və dor rəngli atlar görürlər. Buna görə İskəndərin zülmət səfəri üçün yüz iyirmi min qara və dor rəngli at tədarük edirlər.

Rənglər insan həyatında

[redaktə | mənbəni redaktə et]

Qəhvəyi rəngi xoşlayan insanlar xasiyyətcə təmkinli olurlar. Ancaq düşünülmüş addımlar atır, tənhalığı səs-küylü kampaniyalardan üstün tuturlar. Onlar münasibətdə çox ciddi, həyatda dözümlü və qənaətcil olurlar. Hakimiyyətdə olmağı sevir və ona can atırlar. Bu insanlar üçün ən əsası ayaqda möhkəm durmaqdır. Məhəbbətdə aktiv olur, vaxtlarının çox hissəsini sevgiyə həsr edirlər. Ətrafdakılara parlaq təsir bağışlamasalar da, onlara güvənmək olar. Dünyəvi problemlər üzərində düşünməyə meyillidirlər, qarşılarına qoyduqları məqsədə nə olur-olsun çatmağa can atırlar. Bu rəngi, adətən kamil insanlar seçirlər.[2]

İnsanın müxtəlif bədən üzvləri, bürcü, doğulduğu il onun xasiyyəti haqqında məlumat verdiyi kimi onun göz rəngi də insan haqqında ətraflı məlumat almağa imkan yarada bilər.

Qəhvə rəngli göz – belə insanların ən pis xüsusiyyəti özlər haqqında olan sirləri hamıya demələridir. Adətən "gözü bağlı" olurlar. Yaşadıqları uğursuzluqlar həyatda daha real qərarlar verməklərinə kömək edir. Qəhvərəngli gözlü insanlar başqalarını düşünən, hamı ilə yola getməyi bacarırlar. Amma bəzən onların sədaqətsiz olmaları və işlər istədiyi kimi getməyəndə, çox əsəbləşdiklərini görmək olar.[3]

  1. "Hər bürcün özünəməxsus rəngi var". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-31.
  2. Rənglər haqqımızda nə deyir?[ölü keçid]
  3. "Gözlərin rəngi insan haqda nə deyir?". 2013-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-29.
Veb rəngləri Qara Gümüşü Boz Qırmızı Çəhrayı Tünd qırmızı Bənövşəyi Açıq bənövşəyi Yaşıl Açıq yaşıl Zeytun Sarı Narıncı Göy Tünd göy Firuzə Mavi
                                   
Yazılış black silver gray white red pink maroon purple fuchsia green lime olive yellow orange blue navy teal aqua