Alma mənənəsi

Alma mənənəsi (yun. Aphis pomi) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ.

Alma mənənəsi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Yarımfəsilə:
Yarımfəsilə:
Triba:
Cins:
???:
Alma mənənəsi
Beynəlxalq elmi adı

Alma ağacını (xüsusilə tingləri və cavan ağacları) zədələyir. Yetkin alma mənənəsi oval formalı və yaşıl rəngli, başı qəhvəyi və ya yaşılımtıl-sarı olur. Payızda mayalanmış dişi mənənələr cavan zoğlarda tumurcuqlara yaxın yumurta qoyur. Yazda tumurcuqlar qabardıqda yumurtalardan çıxmış sürfələr tumurcuqlara, onlar açıldıqda isə tumurcuq yarpaqlarının arasına keçir. Bütün yay ərzində mənənə partenokenez (mayalanmamış yumurtadan rüşeymin inkişaf etməsi) yolla çoxalır və 8—17 nəsil verir. Payızda mənənənin nəslində erkək və dişi fərdlər əmələ gəlir, onlar cütləşir və cavan zoğlar üzərində qışlayan yumurtalar qoyur.

Mübarizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Alma mənənəsi ilə mübarizədə sayfos, fozolon, karbofos və s. kimyəvi preparatlardan istifadə edilir. Parabizən və qızılgözün sürfələri alma mənənəsinin təbii düşmənləridir.