Alma piroqu və ya almalı piroq – əsas inqredienti alma olan piroq növü.
Alma piroqu | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
İngiltərə mətbəxi | |
Tərkibi | |
Əsas | |
Təfərrüatları | |
Tipi | Çərəz |
Ən qədim alma piroqu reseptinə XIV əsrdə İngiltərədə yazılmış "Bişirmə metodu" ("Forme of Cury") kolleksiyasında rast gəlinmişdir.[1] Holland stilində olan ən qədim alma piroqu resepti isə 1514-cü ilə aiddir.[2]
Alma piroqunun bişirilməsində un, kərə yağı, marqarin, qatıq, yumurta, qabartma tozu, vanil, alma, darçın, qoz ləpəsi, şəkər tozu və şəkər kirşanı kimi inqredientlərdən istifadə olunur.[3]
Alma piroqunun hazırlanması zamanı əvvəlcə kərə yağı, qatıq, yumurta qarışdırılır və alınan qarışığa un əlavə olunaraq xəmir hazırlanır. Piroqun içliyi üçün almadan istifadə olunur. Alma soyularaq rəndələnir və bişirilir. Alma içliyi əvvəlcədən hazırlanan xəmir kütləsinin üzərinə əlavə olunur və sobaya yerləşdirilir.[3]
Piroq bişdikdən sonra üzərinə şəkər kirşanı əlavə edilə və dilimlərə bölünə bilər.[3]
Alma piroqu ABŞ-nin qeyri-rəsmi simvollarından biridir.[4] İngilis dilində "as American as apple pie" (azərb. alma piroqu qədər amerikalı) ifadəsi "tipik amerikalı" mənasında işlədilir.[5][6]
ABŞ-nin Nyu-Meksiko ştatında yerləşən Pay-Taun (ing. Pie Town) yaşayış məntəqəsi alma piroqunun şərəfinə adlandırılmışdır.[7]