Alma turşusu

Alma turşusu və ya oksikəhrəba turşusu, НООС-СН(ОН)-СН2-СООН — ikiəsaslı oksiturşu.

Alma turşusu
Ümumi
Sistematik adı Alma turşusu
Kimyəvi formulu НООС-СН(ОН)-СН2-СООН
Molyar kütlə 0 kq[1]
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 100 °S
Təsnifatı
CAS-da qeyd. nöm. 6915-15-7
PubChem
ChEBI 6650
ChemSpider

100°S-də əriyən rəngsiz kristal maddədir. İlk dəfə 1785-ci ildə ildə K. Şeyele kal almadan almışdır. Üzüm, quşarmudu və bəzi başqa meyvələrdə də var. Alma turşusu bitkiheyvanların tənəffüsündə gedən oksidləşmə prosesinin aralıq məhsullarındandır.

Alma turşusunun d, l və r-izomerləri vardır. Alma turşusu əsasən, yeyinti sənayesində, habelə tibdəboyaqçılıqda işlədilir.

r-alma turşusu

[redaktə | mənbəni redaktə et]

r-alma turşusunu kəhrəba turşusundan və ya fumar turşularından almaq olar. Qeyri-fəal (r) alma turşusu 130oC-də əriyən və suda pis həll olan bərk maddədir. Bundan, sinxonin təsir etməklə alınan duzları kristallaşdırma yolu ilə sağ və sol alma turşularını əldə etmək olar.

l-alma turşusu

[redaktə | mənbəni redaktə et]

l-alma turşusu, almada, sumaqda, üzümdə və başqa meyvələrdə rast gəlinir. Bu alma turşusu bərk maddə olub, asan kristallaşır, 100oC-də əriyir, suda yaxşı həll olur. Sol alma turşusu, şirniyyat işlərində, limonad hazırlamaq üçün və boyaqçılıq işlərində işlənə bilər.

d-alma turşusu

[redaktə | mənbəni redaktə et]

d-alma turşusu təbiətdə rast gəlinmir. Onu r-alma turşusundan alırlar. d-alma turşusu l-alma turşusunun xassələrinə malik olub, polyarizasiya olunmuş işıq müstəvisini sağa fırladır.

Alma turşusu nəzəri cəhətdən

[redaktə | mənbəni redaktə et]

Valden çevrilməsi ilk dəfə bu turşu üzərində öyrənilmişdir. 1895-ci ildə Valden rasemikləşmənin qarşısını almaq və bu məsələni öyrənmək məqsədilə, alma turşusu ilə təcrübələr aparmış və aşağıdakı nəticələri əldə etmişdir. Sağ alma turşusuna PCl5 ilə təsir etdikdə sol xlorkəhrəba turşusu, sol alma turşusuna PCl5 ilə təsir etdikdə sağ xlorkəhrəba turşusu almışdır, sağ xlorkəhrəba turşusuna AgOH ilə təsir etdikdə sağ alma turşusu, KOH ilə təsir etdikdə isə sol alma turşusu əldə etmişdir.

Valden çevrilməsi praktiki cəhətdəndə əhəmiyyətlidir. Bundan istifadə edərək, stereoizomerləri bir-birinə çevirməkilə onlardan daha əhəmiyyətlisini əldə etmək olur.

  • M. Mövsümzadə, P. Qurbanov "Üzvi kimya", 1983.
  1. malic acid (ing.).