Almaniya Federativ Respublikasının Əsas Qanunu (alm. Grundgesetz für die Bundesrepublik Deutschland), və ya qısaca , Qrundqezets, əsas qanun (alm. Grundgesetz, GG) — Almaniyanın konstitusiyası ölkənin hüquqi və siyasi sisteminin əsaslarını müəyyən edir. Əsas Qanun 1949-cu ildə qərb işğal zonalarında konstitusiyanı müvəqqəti əvəz edən qanun kimi qəbul edilmiş və sonra Almaniyada fəaliyyətini davam etdirmiş, 1990-cı ildən isə vahid Almaniyanın tam hüquqlu konstitusiyası olmuşdur. Milli Sosializm təcrübəsini yaşamış ölkənin Əsas Qanununda əsas vətəndaş hüquqları xüsusi əhəmiyyət kəsb etmişdir[1].
Almaniya Konstitusiyası | |
---|---|
alm. Grundgesetz für die Bundesrepublik Deutschland | |
Növ | konstitusiya, yazılı əsər[d] |
İlk nəşr | 23 may 1949 |
Vikianbarda əlaqəli mediafayllar |