Almaniyada kəndli müharibəsi (1524—1526) — Alman kəndlilərinin şəxsi qurtuluşu və zümrə bərabərliyi uğrunda mübarizəsi. Almaniyadakı bütün Reformasiya dövrü müxalif hərəkatın kulminasiyası.
Yuxarı Reyndən tutmuş Elbanın sol sahilinə, Elzasdan Avstriyanın Ştiriya və Karintiya torpaqlarına qədər yayılmış ölkə tarixində ən böyük kəndli üsyanı. Kəndlilərin üsyanı şəhərlərin aşağı qatlarında, orta bürqer kəsimində, dağ mədənlərinin işçilərində, ruhani və cəngavərlərin ayrı nümayəndələrində özünə dəstək tapdı. Üsyan Almaniyadakı bütün Reformasiya dövrü müxalif hərəkatının kulminasiyası oldu.
Kəndli üsyanın əsas səbəbləri 15-ci əsrin ikinci yarısından başlayan ruhani və dünyəvi feodalların kəndli rəiyətin hüquqları üzərinə hucumları oldu. Bazar münasibətlərinin artması və kapitalizmin erkən ünsürlərinin yaranması şəraitində feodallar öz gəlirlərini, əski rəiyət mükələfiyətlərini dirçəldərək və yenilərini tətbiq edərək, yüksəltməyə çalışırdılar. Eyni zamanda alman knyazları, siyasi cəhətdən pərakəndə olan imperiyada öz hakimiyətlərini möhkəmləndirərərk, hərəsi - öz ərazisində - onların özünüidarə və müstəqillik hüquqlarını pozaraq kəndli icmalarına sıxışdırmağa çalışırdılar. Vəziyəti kənddaxili mübahisələr və kəndlilərin təbəqələşməsi də qəlizləşdirirdi. Bütün bu proseslər xüsusi ilə intensiv olaraq Almaniyanın sıx əhalisi olan Cənub - Qərbində gedirdi. Məhz burada sosial ziddiyətlərin artması 15 – ci əsrin sonu -16-cı əsrin əvvəlində ağalara və hakimiyətə qarşı bir neçə kəndli sui-qəsdinə gətirdi. Bu gizli ittifaqların üzvləri öz qurtuluşlarının simvolu kimi uzun bağlı kəndli başmağı təsvirini seçmişdilər. Qəsdlərin üstü açılsa, "Başmaq” təşkilatının üzvləri isə şiddətli cəzalara məruz qalsalar da, onların ideyaları Kəndli müharibəsinin hazırlanmasında az rol oynamadı.
1524-cü ilin yayında İsveçrə sərhədi yaxınında sonra isə qonşu Yuxarı Reyn və Yuxarı Dunay rayonlarındakı üsyanlar onun başlanğıcı oldu. Yaraqlı kəndlilər dəstələrə toplanırdı, özlərinə komandirlər seçirdi, ağalarına qarşı çoxmaddəli şikayətlər tərtib edərdilər və bir yerdən o birisinə keçərərk öz tələblərinin fəal təbliğatını aparırdılar. Bəzi şəhərlərlə ittifaq edirdilər, başqaları ilə mübahisəli edirdilər. Feodallar, knyaz iqtidarı, şəhər maqistratlarının bir hissəsini hərəkatın genişlənməsi qorxutmuşdu, ancaq 1524-cü ildə üsyançıları ilk məğlub etmək cəhdi baş tutmadı: dəstələrin biri məğlub olsa da üsyan daha da genişləndi. İqtidar, vaxt udaraq və qüvvə toplayaraq, bütün mübahisələrin kompromis həlli üzərində əsaslanaraq, sülh barədə danışırdılar. Kəndlilərin ilk şikayətlərində ancaq son onilliklərdə tətbiq olunmağa başlayan yeni xəraca və mükələfiyətlərə qarşı tələblər vardı. Kəndlilərin bir hissəsinin şəxsi asılılığının möhkəmləndirilməsi və biyarın artırılması xüsusi narazılıq doğururdu. Əski xəraclardan imtina bu şikayətlərdə yox idi. Ancaq Gec Orta Əsr kəndli üsyanları üçün ənənəvi olan belə, “əski adəti” müdafiə edən yanaşma, kəndlilərin vəziyətinin daha da pisləşməməsi məqsədini güdürdü. Lakin tezliklə vəziyət dəyişdi: bütün zamanlar üçün keçərli olan mütləq həqiqətlərin Müqəddəs kəlamda olmasını təzələyən reformasiya ideyalarının xalq arasında yayılması öz sözünü dedi. Artıq 1524-cü ilin payızında kəndlilərin arasında “Tanrı kəlamına”, “Tanrı ədalətinə” istinadlar getdikcə məşrulaşırdı, ancaq “Müqəddəs kəlam” mətnləri ilə təsdiq olunan qaydaların qəbul olunması tələb olunurdu. Bu mövcud qayda qanundan imtina demək idi. Bu Reformasiyanın sırf xalq qavraması, kəndlilərin konkret tələbləri ilə birləşirdi. 1524 –ci ilin sonunda -1525-ci ilin əvvəlində üsyançıların ən qətiyətli qismi “Məddə məktubu” adlı kəndli üsyanının əsas proqram sənədlərindən birini qəbul etdilər. Ancaq “Tanrı haqqı” ilə idarə olunmağa çağıraraq, məktubun müaəllifi ruhani və dünyəvi feodallar tərəfindən qoyulan “yoxsul və sadə camaatın” ağır güzəranının tamamilə aradan qaldırılmasını, yəni faktiki olaraq sosial –siyasi quruluşun devrilməsini tələb edirdi. Xalq qurtuluşunun bütün tərəfdarları “Xristian ittifaqında” birləşməliydilər, bütün əleyhdarları boykot olunmalıydı. Adi insanlar kimi yaşamaq və işləməkdən üçün öz imtiyazlarından imtina etməyən və öz qəsrlərini və monastırlarını tərk etməyən zadəganlar, rahiblər, keşişlər boykot olunmalı və “dünyəvi təcridə” məruz qalmalı idi, onların qəsrləri və monastırları isə uçurulmalı idi. “Xristian ittifaqı” tam xalqın hakimiyətinə gətirməli idi.
“Maddə məktubunun” ideyaları üsyançıların ümumi proqramı olmadı. Kəndlilərin əksər başçıları feodal və şəhər maqistratları ilə sövdələşmələrə ümid edirdi, və ilk növbədə şəxsi azadlığı və ağa zülmünün yumşalmasını tələb edirdilər. 1525-ci ilin yazına qədər Kəndli üsyanıının yüksəlişinin pik nöqtəsi oldu. Bunun əsnasında üsyanın üç əsas rayonu müəyyən olundu: Şvabiya, Frankoniya və Türingiya - Saksoniya. Şvabiyada hərəsində 5-10 min olmaqla altı iri dəstə yarandı. Tezliklə onlardan üçü ümumi “Xristaian ittifaqı” tərtib etdilər. İttifaqın nizamnaməsini tərtib etmək cəhdləri göstərdi ki üsyan başçıları arasında yekdillik yoxdur və çoxusu mülayim hərəkat tərəfdarıdır. Bu çevrələrdə çox sayda yerli rəiyət şikayətləri əsasında kəndlilərin qısa tələblər məcmusu tərtib edildi. “12 maddə” adlanan bu sənəd nəşr olundu və Kəndli müharibəsi illərində 24 dəfə yenidən nəşr edildi. “12 maddənin” tərtibçiləri kəndlilərin şəxsi asılılıqlarının və bununla bağlı xəracın ləğv edilməsini, feodalların ələ keçirdikləri icma örüşləri olan –meşələrdən, otlaqlardan, sulardan istifadə etmək hüquqlarını tələb edirdilər. Bununla belə onlar icmanın öznün seçdiyi keşişlərin doalanışığı üçün ondan biri 1/10 ödəməyi boyun olurdular. Onlar bütün başqa –bəhərdən və mal qaradan olan 1/10 ödə nişlərin ləğv olunmasını tələb edirdilər. Biyar, xərac və cərimələr məhdudlaşdırılmalı idi. Bütövlükdə bu feodal zülmün ləğv edilməsi yox, yetərincə kəndlilərin güzəranının asanlaşdırılması proqramı idi. Demək olar ki hər yerdə onu öz rəsmi sənəd kimi istifadə edərək, üsyançılar, amma, bəzən daha qətiyətli olan “Maddə məktubu” ruhunda hərəkət edirdilər. Bu Şvabiyada da belə də oldu. Üsyançılara qarşı burada Şvab İttifaqının qüvvələri dururdu. Bu ittifaq 15-ci əsrin sonunda mövcud idi, və knyazları və şəhərləri birləşdirirdi. Bu ittifaqın qoşunlarına başçılıq edən Truxzes üsyançıların “Xristian ittifaqı” ilə danışıqlar aparırdı, amma əslində onları daramadağın etmək üçün imkan axtarırdı və 1525-ci ilin aprelin əvvəlində barışıqı pozaraq qəflətən (Ulm yanındakı) Leypqeym şəhəri yaxınlığında kəndli dəstələrinin birinə hucum edərək onu darmadağın etdi. Lakin buna cavab olaraq kəndlilərin yeni üsyan dalğası qalxdı, və Frankoniyaya, sonra isə Türinqiyaya yayıldı. Adətən pərakəndə şəkildə hərəkət edən və pis silahlanmış kəndlilər, onun qoşunlarına qəhrəmanlıqla müqavimət göstərdilər. Boden gölündən şimaldakı Veynqarten şəhərçiyi yaxınlığında Truxzes az qaldı məğlub olsun, lakin üsyançıların ayrı ayrı dəstə başçıları ilə danışıqlar apararaq onların ümumi hərəkətlərini pozdu. Onlardan bəzilərini məğlub edib, digərləri ilə sülh bağlayaraq Truxzes Frankoniyaya tələsdi, burada yazdan üsyançıların üç böyük dəstəsi hərəkət edirdi. Şvabiyadan fərqli olaraq Frankoniyada üsyançılara ancaq, xüsusi ilə, kənd yerləri ilə bağlı kiçik şəhərlər yox, həm də bir sıra cəngavərlər qoşuldu. Feodallarla qəti mübarizə tərəfdarları olan rəyyət Yakob Rorbax, müflisləşmiş cəngavər Florian Qeyer, müvəqqəti kəndlilərə qoşulan Dəmir əl ləqəbli cəngavər Qets fon Berlixinqen burada üsyançıların başçıları idi. Rorbax hər yerdə biyara və xəraca qarşı çıxış edirdi, icma örüşlərinin istifadə etməyə, monastır torpaqlarını isə bölməyə çağırırdı. Üsyançılar Frankoniyada onlarca zadəgan qəsri uçurdular və ən qatı düşmənlərindən olan qraf fon Qelfenşteyni öldürdülər. Bu edam bütün Almaniyada ağaların və hökuməti təşvişə saldı. Üsyançılardan ehtiyat edərək feodallar onları silahla təchiz etməyə məcbur oldular.
Mayın ortalarına üsyançılar ümumi proqramın və sonrakı hərəkət planını müzakirə etmək üçün kəndli nümayəndələrinin Qeylbronnedə qurultayını çağırmaq niyyətindəydilər. Onun layihəsi “Heylbronne proqramı” adı aldı. O knyazların hakimiyətinin məhdudlaşdırılmasını və ilk növbədə bürgerlərin, eləcə də kədnlilərin və qismən cəngavərlərin maraqlarına cavab verən ölkənin mərkəzləşdirilməsini nəzərdə tuturdu. Bütün hakimlər imperatora tabe olmalı, knyaz və cəngavərlər imperiyanın məmurlarına çevrilməliydi. Kilsə mülkiyətinin sekulyarizasiyası, monastırların bağlanması, ruhanilərin dünyəvi hakimiyətdən məhrum edilməsi, keşişlərin icmalar tərəfindən seçilməsi nəzərdə tutulurdu. Qanun qarşısında ümumi bərabərlik, ticarətin inkişafı üçün gömrüklərin ləğvi, ümumi çəki, pul və b. ölçülər, hakimlərin dağ-mədən sənayesindəki imtiyazlarının ləğvi və s. olmalıydı. Karlı kəndlilər maraqlarına uyğun proqram feodal mükələfiyətlərin onların illik -üsyanda iştirak etmiş əksər kəndlilər üçün əlçatmaz ölçü olan 20 qat dəyərində satın alınması təklif edirdi. Lakin, bütövlükdə layihənin gerçəkləşdirilməsi öz zamanı üçün tərəqqi yolunda irəli böyük addım ola bilərdi. Üsyançılar qurultay keçirə bilmədilər. Frankoniyaya gələn Truxzesin qoşunları, bir bir üsyançıların dəstələrini darmadağın etdilər. İyunun sonuna yaxın Frankoniyada üsyan yatırılmışdı, bir ay sonra Truxzes Şvabiyadakı üsyan ocaqlarını da söndürdü. Türinqiya və Saksoniyada üsyançılara qarşı, ortaalman knyazlarının qoşunlarına başçılıq edən landqraf Hessenli Filipp çıxış etdi. Türingiyada kəndli və şəhərin plebey əhalisinin üsyançı hərəkatının mərkəzi Mülhauzen şəhəri oldu, burada Reformasiyanın xalq qavrayışının ən böyük nümayəndəsi Tomas Müntser öz moizələri ilə şıxış edirdi. Onun təlimində vacib yeri hamı üçün, hətta müqəddəs kəlamdan bir hərf belə oxuya bilməyən, yoxsulluq və əzab yükünü daşıyan sadə insan üçün də aydın olan “daxili tanrı kəlamı” haqda müddəa tuturdu. “Tanrı ədalətini” Münser “allahsız tiranlar” olan ağaların və hakimlərin tamamilə kənarlaşdırılmasında və “seçilmişlər ittifaqı” tərəfindən “qılınc” gücünə xalqın hakimiyətinin və yeni qaydaların qurulmasında görürdü. Öz tərəfdarlarına ünvanlanan alovlu moizələrində və məktublarında o, qələbə saatının yaxın olmasından əminlik ifadə edirdi, və buna ciddi şəkildə hazırlaşmağı tövsiyə edirdi. Üsyançıların Frankenhauzen şəhərindəki düşərgəsinə gələrək, Münser knyazlarla dərhal bütün danışıqları dayandırmağı və qəti mübarizə tələb etdi. Lakin knyaz qoşunları sayca üstün idilər: düşərgəni toplardan atəşə tutaraq, onlar sonra düşərgəyə soxulub üsyançıların qanına qəltan etdilər, 5 min üsyançı öldürüldü. Münser tutuldu və şiddətli işkəncələrdən sonra edam edildi. Türinqiya və Saksoniyadakı üsyan yatırıldı. Almaniyanın o biri tərəfində Elzasda yerli hakimlərin yardımına gələn hersoq Lotaringiyalı Anton üsyançılara qarşı bundan da qəddar davrandılar. Yaddelilər qoşunun başında o bir neçə kəndli dəstəsini məhv etdi, Zabern şəhərini alanda isə, ona təslim olmuş 18 min silahsız insanı qırdı. Kəndlilər ən uzun müqaviməti Habsburqların hakim olduqları Avstriyanın Alp rayonlarında göstərdilər. Burada üsyançılara Tirolda xalq cumhuriyətini qurmaq istəyən Mixail Qaysmayer başçılıq edirdi. Düşmənləri tərəfindən təqib edilərək o dəstələrinin bir hissəsini Alplardan keçərək Venesiya mülklərinə tərəf çıxara bildi, burada mübarizənin davamına hazırlaşmağa başladı, lakin Habsburqların göndərdiyi muzdlu qatil tərəfindən öldrüldü. Kəndli müharibəsinin məğlubiyətindən sonra, feodallar tərəfindən nəinki ancaq kütləvi işkəncələr və edamlar başladı, amma həm də alman kəndinə və onu dəstəkləyən şəhərlərə dözülməz cərimələr və kontribusiyalar tətbiq edildi. Üsyançıların igidlik və dözümlülüyünə baxmayaraq hərəkatı kortəbiilik, yetərincə təşkilatlanmanın olmaması, əksər kəndlilərin dar dünyagörü, təcrübəli və qəddar düşmənə qarşı sadəlövh olması və onların müdafiə taktikası məhv etdi. Üsyanın məğlubiyəti Almaniyada knyaz hakimiyətini və feodal zülmü gücləndirdi, lakin bəzi rayonlarda yeni üsyandan qorxaraq ağalar əhəmiyətsiz güzəştlərə getdilər. Kəndlilərin gerçək zümrə bərabərliyi ümidləri yüzilliklərə qaldı. Bununla belə alman xalqı tarixində Kəndli müharibəsi qurtuluş uğrunda mübarizənin simvolu kimi qaldı.