Almaniyada islam

Almaniyada islam — 1960-cı illərdəki əmək miqrasiyası və 1970-ci illərdən etibarən bir neçə siyasi qaçqın dalğası səbəbindən müsəlmanlar Almaniyada dini qrupa çevrilməyə başladılər. 2011-ci ildə keçirilən rəsmi siyahıyaalmaya görə, Almaniya əhalisinin 1,9%-i (təxminən 1,5 milyon nəfər) özünü müsəlman elan edib. 2009-cu ildə aparılan hesablamalar göstərdi ki, Almaniyada 4,3 milyon müsəlman yaşayır. Bunlardan 1,9 milyonu Almaniya vətəndaşıdır. Alman statistika agentliyinin 2005-ci ildə verdiyi məlumata görə, Almaniyada bütün yeni doğulan körpələrin 9,1%-i müsəlman valideynlər tərəfindən doğulub. Almaniyadakı müsəlmanların böyük əksəriyyəti türk mənşəlidir. Pakistan, keçmiş Yuqoslaviya, ərəb ölkələri, İran və Əfqanıstandan da kiçik qruplar var. Müsəlmanların əksəriyyəti Berlində və keçmiş Qərbi Almaniyanın böyük şəhərlərində yaşayır. Bununla belə, əksər Avropa ölkələrindən fərqli olaraq, Almaniyanın bəzi kənd rayonlarında, xüsusən Baden-Vürtemberq, Hessen və Bavariya və Şimali Reyn-Vestfaliyanın bəzi bölgələrində əhəmiyyətli müsəlman icmaları mövcuddur. 1989-cu ilə qədər əmək miqrasiyası olmadığı üçün keçmiş Şərqi Almaniyada müsəlmanların sayı azdır.

Həcc Əmin əl-Hüseyninin Adolf Hitler ilə görüşü (28 noyabr 1941).

İlk müsəlmanlar Almaniyaya 18-ci əsrdə Almaniya ilə Osmanlı İmperiyası arasında diplomatik, hərbi və iqtisadi əlaqələrin bir hissəsi olaraq gəldilər. XVIII əsrin əvvəllərində Prussiyada I Fridrix Vilyamın rəhbərliyi altında 20 müsəlman əsgəri xidmət edirdi. 1745-ci ildə kral II Fridrix Prussiya ordusunda əsasən bosniyalılar, albanlar və tatarlardan ibarət müsəlman birliyi yaratdı. 1760-cı ildə təxminən 1000 bosniyalıdan ibarət korpus yaradıldı. 1798-ci ildə Berlində müsəlman qəbiristanlığı yaradılmışdır. Hazırda burada 1866-cı ildə yaradılmış müsəlman qəbiristanlığı fəaliyyət göstərir. 1932-ci ildə Dünya İslam Konqresinin Alman Bölməsi və İslam Kollokviumu Almaniyanın uşaqlar üçün ilk İslam təhsili müəssisəsini yaratdı. 1942-ci ildə, İkinci Dünya Müharibəsi zamanı, hazırda Almaniya Mərkəzi İslam Arxiv İnstitutu kimi tanınan İslam İnstitutu (Maahad əl-İslam) yaradıldı. 1961-ci ildə Qərbi Almaniya hakimiyyəti xarici işçiləri dəvət etdi ki, onların əksəriyyəti Almaniyaya Cənub-Şərqi Anadolunun (Türkiyə) kənd yerindən gəlmişdilər. Onlara bəzən etnik almanlar daxilində paralel icma kimi istinad edilir.

İslam cərəyanları

[redaktə | mənbəni redaktə et]

Almaniyadakı müsəlmanlar müxtəlif İslam hərəkatlarına mənsubdurlar:

  • Sünnilər 2,640,000[1]
  • Ələvilər 500,000
  • Şiələr 225,500
  • Əhmədilər 70,000
  • Sufilər 35,000
  • İsmayıllılar 1,900
  • Zeydilər 800
  • İbadilər 270
  • Lahorlu Əhmədilər 60[2]
  1. "Anzahl der Muslime in Deutschland nach Glaubensrichtung im Jahr 2015* (in 1.000)" Arxivləşdirilib 2017-08-30 at the Wayback Machine, in: Statista GmbH, Retrieved 27 January 2016
  2. Der Tagesspiegel: Moschee in Wilmersdorf: Mit Kuppel komplett Arxivləşdirilib 2018-07-05 at the Wayback Machine, 29 August 2001, Retrieved 27 January 2016