Almaqurdu (lat. Cydia pomonella) — yarpaqbükənlər (Tortricidae) fəsiləsinə aid kəpənək.
Almaqurdu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Almaqurdu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Alma, armud, heyva, ərik, şaftalı ağaclarına çox ziyan vurur. Kəpənəyinin ön qanadları tünd-boz, arxa qanadları qonur-bozdur. Yumurtaları yastı və yaşılımtıl-ağdır. Uzunluğu 18 mm-dək olan tırtılları ağacın qabığı altında və meyvə anbarlarında baramanın içərisində qışlayır. Yazda pup halına keçir. Alma ağacı çiçəkləyəndən sonra puplardan çıxan kəpənək əvvəlcə yarpaqların, sonra meyvələrin üzərinə 100–150 yumurta qoyur. Yumurtadan çıxmış tırtıl 1–2 meyvəni zədələyir.
Almaqurduna qarşı mexaniki, kimyəvi (0,2–0,3% -li sevin məhlulu ilə) və bioloji üsullarla mübarizə aparılır.