Yarpaqbükənlər

Yarpaqbükənlər (lat. Tortricidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.

Yarpaqbükənlər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarpaqbükənlər
Beynəlxalq elmi adı

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Kəpənəklər xırda və ya orta ölçülüdür, qanadlarının açılışı 8 mm-dən 40 mm-dək dəyişir. Xeyli yoğun bədəni sıx tükcüklərlə örtülmüşdür. Üçbucaq və ya trapesiya formalı, bayır kənarı çəpinə kəsilmiş qabaq qanadları damvarı yığılır. Əksər növlərdə onların naxışı əlvandır, bir-birini əvəz edən müxtəlif formalı və rəngli xallardan və zolaqlardan, metal-parlaq xətlərdən ibarətdir. Bəzi növlərdə qanadlar boz və ya qonur olub, birrənglidir. Başı pulcuqlarla örtülmüşdür, gözləri çılpaqdır, gözcükləri var. Xortumcuğu inkişaf etmişdir. Bığcıqları nisbətən gödəkdir. Arxa ayaqlarının baldırlarında mahmızlar var. Qabaq və arxa qanadlarının rəngində və formasında çox vaxt cinsi dimorfizm təzahür edir.

Yumurtaları yastılanmış, dəyirmi və ya oval, torlu quruluşa malik şəffaf qabığı vardır. Yumurtalar bir-bir, bəzən qrup halında yarpaqların və ya meyvələrin üzərinə, ağac və kol qabıqlarına, yarıqlara, çatlara və yara yerlərinə qoyulur. Tırtılları qurdşəkilli, çox hərəkətlidir. Bədənin kəskin qıvrılma hərəkətləri edərək, hörümçək toru sapı ilə aşağı enə bilirlər. Tumurcuqlarda, bükülmüş yarpaqlarda, hörümçək toru çəkilmiş qönçələrdə, cavan pöhrələrdə, saplaqlarda, köklərdə, ağac və kol qabıqları altında, qozalarda, müxtəlif bitkilərin toxumlarında və meyvələrində yaşayır. Yarpaqbükənlərin pupları natamam, kəpənəklərin çıxması zamanı qozalardan irəli çıxan ibtidai tipə aiddir. İmaginal fazada reduksiyaya uğrayan çənə qısqaclarının olması səciyyəvidir. Puplarda son seqmentin yarağı və kremasterin forması səciyyəvidir. Yarpaqbükənlərin ibtidai qruplarında yaxşı yaraqlanmış güclü kremaster müşahidə edilir. Onun zirvəsində möhkəm, qarmaqvarı qıllar vardır (Archipini tribində). Kremaster qısa və enli olub, ventral şəkildə əyilmişdir. Anal qabarın yanlarında iki xüsusi qarmaqvarı qıl vardır (Tortricini tribində). Qarıncığın son seqmenti küt olub, üzərində iki iri, dorsal istiqamətlənmiş tikan vardır (Cnephasiini). Puplarda düz, dartılmış kremaster vardır (Olethreutini). Daha çox ixtisaslaşmış növlərdə kremaster yoxdur (Eucosmini və Laspeyresiini). Bu əlamətlər kompleksi yarpaqbükənləri tikanlı pupları olan başqa fəsilələrdən yaxşı fərqləndirir. Puplaşma qidalanma yerində və ya döşənəkdə, ağac qabıqlarının yarıqlarında, seyrək toxunmuş ipək torda və ya baramalarda baş verir. Çox vaxt diapauza edən tırtıllar, yumurtalar, bəzən kəpənəklər qışlayır. Bir çox növləri meyvə, giləmeyvə, tarla bitkilərinin, meşə və park əkinlərinin təhlükəli ziyanvericiləridir.

Geniş və bütün dünyada yayılmış fəsilədir. 5000-dən artıq növü məlumdur. MDB-də çox, Zaqafqaziyada 300, Azərbaycanda 200 növ vardır. Lənkəran bölgəsinin meyvə bağlarında 250-dən artıq zərərverici növü məlumdur.