Almaz Ələsgərova

Almaz Ələsgərova (6 oktyabr 1966, Bakı) — Azərbaycan müğənnisi və aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2007). Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası.

Almaz Ələsgərova
Almaz Ramiz qızı Ələsgərova
Ümumi məlumatlar
Doğum tarixi (57 yaş)
Doğum yeri Bakıxanov, Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2007

Həyatı[redaktə | mənbəni redaktə et]

Almaz Ələsgərova 1985–1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyoru" fakültəsində təhsil almışdır. Sonralar o, R.Behbudov adına Mahnı TeatrındaAzərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmışdır və 2016-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Teatra qayıdıb. Karyerası boyunca oxuduğu populyar mahnılar arasında Alim Qasımov ilə duet "Səni axtara-axtara", "Qadasın alım", "Uçan quş", "Necə unudum səni", "Gözəlim", "İlk məhəbbətim", "Bu sevgi" (İlqar Muradov ilə duet), "Sevgilim" (Heydər Anatollu ilə duet), "Novruzum", "Yazığım gəlir sənə" və başqaları. Hal-hazırda müğənnilik fəaliyyəti ilə yanaşı aktyorluq ilə də məşğuldur.

2016-cı ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır.

Teatr səhnəsində ifa etdiyi rollar:

Fəxri adları, mükafatlar, nailiyyətlər[redaktə | mənbəni redaktə et]

  • 1985-ci ildə A.Ələsgərova "Bakı payızı-85" estrada artistləri müsabiqəsinin diplomantı adına layiq görülmüş, 1988-ci ildə "Bakı payızı-88" estrada artistləri müsabiqəsinin laureatı olmuşdur.
  • 1999-cu ildə o, Qırğızıstanın Oş şəhərində keçirilən "Oştun azem tündörü" festivalının qalibi olmuşdur.
  • 2000-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Yaxşıların yaxşısı-2000" müstəqil musiqi mükafatı olan "İlin ən yaxşı qadın müğənnisi" adına layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti adını almışdır.


İstinadlar[redaktə | mənbəni redaktə et]