Ramiz Mirişli

Ramiz Aqil oğlu Mirişli (16 aprel 1934, Naxçıvan17 aprel 2015, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1990), professor (1993), Azərbaycan SSR (1982) və Naxçıvan MSSR (1974) əməkdar incəsənət xadimi.[1]

Ramiz Mirişli
Ramiz Aqil oğlu Mirişli
Ümumi məlumatlar
Doğum tarixi 16 aprel 1934(1934-04-16)
Doğum yeri
Vəfat tarixi 17 aprel 2015(2015-04-17) (81 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Uşaqları
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Fəaliyyət illəri 1952–2015
Musiqi aləti piano
Təhsili
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1990 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1982
"Şərəf" ordeni — 2014 "Şöhrət" ordeni — 2004
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxumuşdur. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.[2]

Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləmişdir. O, 1962–2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışmış, həmçinin 1987–1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutmuşdur.

Ramiz Mirişli 1978–1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik etmişdir.

Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik və bacarığını əsirgəməmiş, peşəkar musiqiçi kadrların formalaşdırılması işinə dəyərli töhfələr vermişdir.

Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir. O, ən müxtəlif janrlara müraciət etmiş, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələmişdir. Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə xüsusən aydın təzahürünü tapmışdır.

Ramiz Mirişlini məhsuldar bəstəkar kimi daha çox tanıdan və sevdirən onun mahnı yaradıcılığı idi. Məşhur Azərbaycan şairlərinin sözlərinə yazdığı həmin çoxsaylı mahnılar sənətsevərlərin böyük rəğbətini qazanmışdır. Kompozisiya bütövlüyü, dərin lirizm, təbiilik, səmimiyyət və emosional təsir gücü onları səciyyələndirən başlıca cəhətlərdir. Ramiz Mirişlinin mahnıları görkəmli ifaçıların repertuarında özünəməxsus yer tutaraq, Azərbaycanda və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirmişdir. Bu əsərlər doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.

  • N. Gəncəvinin qəzəlinə solist, xor və simfonik orkestr üçün "Peyğəmbərin tə'rifi" vokal Poeması (1997).
  • "Qəzəlxan" bədii filminə musiqi /həmmüəllif — N. Mirişli/ (1990). M. Araz, F. Qoca, M. Aslan, D. Mustafayev, H. Razi, Y. Həsənbəy və b. şairlərin söz. mahnı və romanslar (1990–2001).

Bəstələdiyi mahnılar

[redaktə | mənbəni redaktə et]
  • Bir könül sındırmışam (sözləri İslam Səfərlinindir)
  • Doğma diyarım
  • İlk görüş
  • Mavi dünyam
  • Güləndam
  • Əlvida
  • Bir xumar baxışla (sözləri Fikrət Qocanındır)
  • Sevdalandım yaz gəlincə
  • Günay
  • Dedi gələcəyəm
  • Ya rəbbim
  • Məzəli mahnı
  • Yaraşıqsan
  • Hardasan
  • Yandım, elə yandım (sözləri Süleyman Rüstəmindir)
  • Gəlmədi
  • Yeddi qızdan biri gözəl
  • Nənəm kəndi istəyir
  • Süfrə mahnısı (sözləri Rüfət Əhmədzadənindir)
  1. Məmmədli, D. Musiqi sərhədlərini aşan bəstəkar //Kaspi.- 2015.- 24 aprel.- S.21.
  2. Ramiz Aqil oğlu Mirişli //Azərbaycan.- 2015.- 19 aprel.- S.3; Respublika.- 2015.- 19 aprel.- S.2.
  3. Respublikanın musiqi sənəti xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  4. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]