Alnus glutinosa var. barbata

Saqqallı qızılağac (lat. Alnus glutinosa subsp. barbata) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinin adi qızılağac növünə aid bitki yarımnövü.

Saqqallı qızılağac
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Alnus glutinosa subsp. barbata

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 20 (25) m olan ağacdır. Cavan budaqları yapışqanlıdır, çılpaq və ya bəzən yumşaq tüklüdür. Yarpaqları enli-əksinə yumurtaşəkilli,dəyirmi, bəzən ovaldır, uzunluğu 6-15 sm, qaidə hissəsində enli-pazşəkillidir, uc hissədə az uzanmışdır, kənarları ikiqat-dişlidir, 8-10 cüt damarları vardır, alt tərəfdən damarların küncləri sarı rəngli sıx keçə kimi saqallıdır və üst səthi qismən tüklüdür. Saplaqlarının uzunluğu 5 sm-ə qədərdir. Bar verən salxımları uzunsov olub,uzunluğu 16-20 mm-dir, 3-5 ədəd olmaqla meyvə saplağında yerləşmişdir, uzunluğuna görə onlara bərabər və ya biraz daha qısadır. Fındıqcalar yastıdır, dar qanadlı və ya qanadsızdırlar. Aprel ayında yarpaqların açılması ilə bir vaxtda çiçəkləyir. Sentyabr-oktyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Samur-Şabran oval., Alazan-Əyriçay, Kür düz., Lənk. oval.Əsasən ovalıqlarda və orta dağ qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Rütubətli yerlərdə, çay vadilərində və sahillərində rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Oduncağı yumşaq,çoxqatlı olduğuna görə xarrat işlərində, mıx hazırlanmasında və s. istifadə olunur. Qabığının tərkibində aşı maddəsi vardır və bundan başqa parçaları qara,qırmızı və sarı rəngə boyamaq üçün istifadə olunur. Qozalarılarından hazırlanmış məlhəm kolit və dizenteriyada müalicə məqsədilə istifadə olunur. Tozcuğununşəkərlə qarışığı arılar üçün yem hesab olunur.

  • Alnus barbata C.A.Mey.
  • Alnus denticulata C.A.Mey.
    • Alnus glutinosa var. acutifolia Spach
    • Alnus glutinosa var. barbata (C.A.Mey.) Ledeb.
    • Alnus glutinosa var. denticulata (C.A.Mey.) Ledeb. [1]
  1. Saqqallı qızılağac:''The Plant List saytında takson barədə məlumat. (ing.)