Alovlu yol (hind dilində अग्निपथ, Rom: Agneepath) — Karan Malxotun rejissorluğu ilə 1990-cı ildə çəkilmiş eyni adlı filmin remeyki olan hind döyüş-qəhrəmanlıq filmidir. Filmdə baş rollarda Hritrik Roşan, Priyanka Çopra və Sancay Datt oynamışdır. Filmin premyerası 26 yanvar 2012-ci ildə baş tutmuşdur.
Alovlu yol | |
---|---|
hind. अग्निपथ | |
Janr | döyüş filmi, dram filmi[1] |
Əsas mövzu | mütəşəkkil cinayətkarlıq, qisas[d] |
Prodüserlər | |
Baş rollarda | |
İlk baxış tarixi | 2012 |
Müddət | 175 dəq. |
Ölkə | |
Dil | Hind dili |
Rəng | rəngli |
IMDb | ID1849718 |
Mandva ada kəndinin sakinləri məktəb müəllimi Dinanat Çauhana böyük hörmət bəsləyirlər. Onun kənd camaatı arasındakı məşhurluğuna paxıllıq edən kəndin başçısı oğlu Kançanı kənd camaatının gözündəki müəllimin məşhurluğunu məhv etməsi üçün çağırır. Kança adanın torpağının narkotik yetişdirmək üçün əlverişli olduğunu bildiyi üçün Mandvada narkotik karteli də qurmağı planlaşdırır. Kança Mandvanın duz sənayesini genişləndirmək bəhanəsi ilə kəndlilərdən torpaqlarını ona vermələrini xahiş etdikdə, Dinanat xalqı bundan çəkindirir. Sonra Kança müəllimdən yaxasını xilas etmək qərarına gəlir və bunun üçün günahsız bir məktəbli qızı öldürür və bu işdə Çauhan günahlandırılır. Kəndlilərin də dəstəyi ilə Kança daha sonra müəllimi onun gənc oğlu Vicay Çauhanın gözü qarşısında ağacdan asaraq öldürür.
Vicay hamilə anası ilə kəndi tərk etmək məcburiyyətində qalır. Onlar Mumbayın yoxsullar üçün nəzərdə tutulan Donqri rayonuna sığınır, lakin Vicay doğulduğu kəndə qayıdıb Kançanı öldürməyi planlaşdırır. Mumbayda Vicayın anası Şikşa adlı bir qız uşağı dünyaya gətirir. Kançanın düşməni olan insan alverçisi Rauf Lalanın dəstəsinə girmək istəyən Vicay Lalanın cinayəti ilə bağlı məhkəmədə ifadə verməkdən imtina edərək onun rəğbətini əldə etməyi bacarır. Vicay korrupsioner polis məmurunu öldürərək zorakılığa başlayanda anası və kiçik bacısı onu tərk edir.
Böyüyən Vicay Rauf Lalanın sirdaşına və ən yaxın dostuna çevrilir. Vicay, Mumbayda cinayətin kökünü kəsməyə çalışan komissar Qaitondi tərəfindən gizli formada himayə olunur. Raufun Mumbaydakı narkotik biznesinə təsiri azalmağa başlayanda Kança öz təsirini artırmaq qərarına gəlir və bunun üçün köməkçisi Şantaramı Mumbaya göndərir. Kokain qaçaqmalçılığı üçün Mumbayın hinterlandına çıxış əldə etmək üçün Maharaştra ştatının Daxili İşlər Naziri Borkara rüşvət verir. Vicay, Qoadakı qərargahı vasitəsilə Mandvadan Mumbaya kokain keçirmək istəyərkən Borkarı cinayət başında yaxalayır. Borkar və Şantaram narkotiki Lalaya verməyə məcbur olurlar.
Vijay Lala tərəfindən Donqri ərazisi ilə mükafatlandırılır və eyni zamanda oğlu Mazharı güllələnərək öldürülməkdən xilas etdiyi üçün onun etibarını qazanır. Lakin bu işin, Vicay və Şantaramın Mazharı aradan qaldırmaq planının bir hissəsi olduğu ortaya çıxır. Vicay Mazharın toy günündə həm Mazharı, həm də Şantaramı öldürür və Mazharın cəsədini Lalaya gətirir. Toy günündə oğlunun cəsədini qarşısında görən Lala şoka düşərək xəstələnir və xəstəxanaya yerləşdirilir. Bu müddət ərzində Vijay Lalanın imperiyasını ələ keçirir və cinayətkarlıq fəaliyyətlərini bir müddətlik dayandırır. Kança onunla əlaqə saxlayır və onu Mandvaya dəvət edərək ona iş sövdələşməsi təklif edir. Amma kənddə Kançanın əlaltıları Vicayın onunla bərabər adaya gəlmiş adamlarını öldürür və onun özü də şiddətli bir formada döyülür. Vicay Mandva müqabilində Kançaya Mumbaydakı narkotik biznesini təklif edir. Belə bir sövdələşmə əvvəlcə Kança üçün şübhəli görünsə də, o, Qaitondinin öldürülməsi şərti ilə bu işə razılaşır.
Bu vaxt Mumbayda Lala sağlamlığını bərpa edir və Mazharın ölümü ilə bağlı həqiqəti öyrəndikdən sonra Şikşanı qaçırır və onu satmağa çalışır. Kança bu barədə Vicaya məlumat verir və Vicay Mumbaya qayıdaraq öz adamları ilə Lalanın adamlarını və özünü öldürür. Kançanın köməkçilərindən biri Kançaya xəbər verir ki, Kançanın Qaitondini öldürməsi üçün göndərdiyi adamı Qaitondiyə qəsd zamanı Vicayın əllərində öldürülmüşdür. Daha sonra bir adam (bu adam Vicayın anası idi. Sadəcə olaraq polis onun kimliyini bilməmişdir) polis bölməsinə gələrək Vicayın kəndin keçmiş müəlliminin oğlu olduğunu bildirir. Vicay çox sevdiyi xanım olan Kaali Qauda ilə evlənir, lakin Kançinin adamları onu elə toy zamanı güllələyirlər.
Atasının və arvadının öldürülməsinin qisasını almaq üçün Vicay Mandva adasını partlayışlarla demək olar ki, tamamilə məhv edir, lakin Kança ilə baş verən təkbətək döyüş zamanı Kança onu az qala öldürməyə nail olur. Bununla belə, Vicay son gücü ilə Kançanı atasının asıldığı ağacdan asır. Anasının və bacısının qucağında aldığı yaralardan dünyasını dəyişən Vicay atasının və özünün uşaqlıq dövrünün surətlərini görür və bu surətlər Vicayı onların yanına gəlməyə səsləyir.