Alpərən Ocaqları

Alpərən Ocaqları (türk. Alperen Ocakları), rəsmi olaraq Alperen Ocaqları Təhsil, Mədəniyyət və Həmrəylik Vəqfi (türk. Alperen Ocakları Eğitim Kültür ve Dayanışma Vakfı)[1] və ya sadəcə olaraq AlpərənlərTürkiyədə Böyük Birlik Partiyası ilə əlaqəli ifrat sağçı gənclər təşkilatı.[2]

İdeologiyası[redaktə | mənbəni redaktə et]

Alpərən Ocaqlarının ideologiyası sünni islam ilə türk milliyətçiliyinin sintezidir. Bu, milliyyətçiliyə günah kimi baxan islamçılar və dini əhəmiyyətsiz hesab edən milliyətçilər tərəfindən tənqid edilən ideologiyadır. Bununla belə, onlar Ülkü Ocaqlarından daha çox milliyətçilik əvəzinə dinə meyl etmələri kimi bəzi aspektlərdə fərqlənirlər. Həmçinin, Alpərənlər Türkiyədə türklər, lazlar, çərkəzlər, kürdlərərəblər də daxil olmaqla, bütün etnik qrupların əl-ələ verərək ölkəni müdafiə etməli olduqlarını, Ülkü Ocaqlarının isə yalnız etnik türklərin qayğısına qaldığını iddia edirlər. Alpərənlər heç bir etnik qrupu marjinallaşdırmadan, bütün insanları Adəm övladı kimi görərək türk millətinə qarşı dərin sevgi, bağlılıq və məsuliyyət yaratmaq istədiklərini iddia edirlər.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Vakıf Sorgulama - T.C. Vakıflar Genel Müdürlüğü". www.vgm.gov.tr. 2020-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-02.
  2. Fehim Taştekin. "Turkey's nationalist 'Gray Wolves' enter Syrian fray". Al Monitor. 3 February 2016. 27 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 June 2016.
  3. "Parti Programi" (PDF). 2019-08-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-15.