Adəm (ivr. אָדָם insan, yun. Ἀδάμ, ərəb. آدم) — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Səmavi kitablarda qeyd olunmuş məlumatlara əsasən Adəm və Həvvanın üçüncü oğlu — Şeys peyğəmbər Adəmin yaradılmasının 130-cu ilində dünyaya göz açmışdır. Yəni Adəm peyğəmbərin yaranması yəhudi dininə görə bizim eradan əvvəl təqribən 3800-cü ilə, xristian dininə (pravoslavlara) görə isə eradan əvvəl təqribən 5409-cu ilə təsadüf edir.[6] Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək[a] xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu.
Adəm | |
---|---|
ivr. אָדָם[1] ərəb. آدم | |
Doğum tarixi | bilinmir[2] |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir[2] |
Həyat yoldaşları | |
Uşaqları | |
Fəaliyyəti | fermer, islam peyğəmbəri |
Vikianbarda əlaqəli mediafayllar |
Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərirlər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər.
Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir. O, mütləq salehlik və şəxsi ölümsüzlük sahibi idi, amma o, yoldan çıxdığı üçün, bunların hamısını əldən verdi. Onun bu qüsuru öz gələcək nəslinə, yəni insanlara təsir etdi. İlkin günah yalnız "ikinci Adəm" olan İsa tərəfindən yuyula bilindi. Adəmin Bibliyada olan hekayəsi Xristian dininin arvadın kişiyə tabeliyi [b] və İlk günah haqqında ehkam kimi müddəaların əsasını qoydu.
İslamda və Bəhailikdə də peyğəmbər kimi anılır.
Adəmin Bibliyada olan hekayəsi dünya mədəniyyətinə və incəsənətinə Ədən bağı, Xeyirlə şəri bilmə ağacı, Həyat ağacı və başqa böyük sayda simvollar gətirib.
Tövratda (Yaradılış. 2–4) ilk insan cütünün həyatı kifayət qədər ətraflı təsvir olunub. Əsas süjet elementlərinə Adəm və Həvvanın yaradılışı, nəfs və yoldan çıxma, Ədəndən qovulma, həmçinin Ədən bağçasından kənarda insanların dünya üzrə yerləşdirilməsi daxildi.
Yaradılış kitabında Dünyanın və insanların yaradılışı haqda iki paralel hekayə var.
Birinci rəvayətə (Yaradılış. 1:26–29) əsasən[7], Allah altıncı yaradılış gününün sonunda insanların ulu babaları olan qadın və kişini "Öz bənzərində" yaratdı[7], onlara yer və bütün canlı varlıqlar üzərində hakimlik ixtiyarı verildi (Yaradılış. 1:27).
İkinci paralel hekayəyə (Yaradılış. 2:7–25; 3:1–24) əsasən Allah insanı (adamı) "torpaqdan yaratdı" və "onun burnuna həyat nəfəsi üfürdü" və Ədən bağına saldı (Yaradılış. 2:7).
Allah Adəmə Ədəndə köçürdü və birinci adama tapşırdı ki, "bağı becərsin və ona qulluq etsin" (Yaradılış. 2:15). Ədən bağının bitkiləri arasında iki xüsusi ağac vardır: Həyat ağacı və Xeyirlə şəri bilmə ağacı. Allah Adəmə "bağdakı bütün ağacların meyvəsindən" (Yaradılış. 2:16) yeyə bilmək icazəsini verdi, yalnız Xeyirlə şəri bilmə ağacının meyvəsini yemək qadağan etdi və xəbərdarlıq verdi ki, itaətsizliyinin aqibəti ölüm olacaq (Yaradılış. 2:17).
Sonra Allah insanın yanına bütün yaratdığı heyvanları və quşları gətirdi ki, Adəmə onlara ad versin (Yaradılış. 2:19), lakin " Lakin insan üçün münasib bir köməkçi tapılmadı" (Yaradılış. 2:19). Onda Allah Adəmi yatırtdı, onun qabırğasından birini götürüb, ondan ilk qadını Həvvanı yaratdı, hansıki ilk insanın arvadı oldu: "Onların hər ikisi, kişi də, arvadı da çılpaq idi, ancaq bundan utanmırdılar" (Yaradılış. 2:21–25).
İlan isə "Allahın yaratdığı bütün vəhşi heyvanlardan ən ehtiyatlısı" (Yaradılış. 3:1) kələyi və hiyləyi ilə Həvvanı qadağan edilmiş ağacın meyvəsini dadması üçün çalışırdı (Yaradılış. 3:1–5). Qadın isə Allah bu ağacın meyvəsini yeməyə qadağan edib, çünki onu yeyən öləcək deyərək imtina edirdi. İlan Həvvanı inandırmağa çalışırdı ki, ölüm olmayacaq: " gözləriniz açılacaq və siz xeyirlə şəri bilərək Allah kimi olacaqsınız" (Yaradılış. 3:5). Nəhayət, qadın ilanın nəsihətlərinə uydu və bundan sonra Adəmə də meyvəni dadmağa verdi. (Yaradılış. 3:16). Nəticədə, Adəm və Həvva xeyir və şəri gördülər, öz çılpaqlığını dərk elədilər və Allahdan gizləndilər (Yaradılış. 3:1–7).
Günahın işləməsinin ardından hər kəsə cəza təyin edildi: ilan lənətləndi, qarnı üstə sürünməyə və torpaq yeməyə məcbur edildi (Yaradılış. 3:14–15); qadına "ağrı içində" uşaq doğmaq və ərinin tabeliyində olmaq cəzası verildi; kişiyə isə onun yer üzündəki həyatının bütün günlərində kədərlə və alın təri ilə çalışmaq məcburiyyəti verildi. (Yaradılış. 3:16–19). İnsanlar ölümsüzlüklərini itirdilər və onlara deyildi ki, "Torpaqsan, torpağa da qayıdacaqsan"" (Yaradılış. 3:19)
Bundan sonra Allah cütlüyə dəridən uzun paltar verdi və insanı Ədən bağından göndərdi ki, " yaradıldığı torpağı əkib-becərsin" (Yaradılış. 3–23). İnsanlar Həyat ağacının meyvəsinin dadını bilməsin deyə, bağın girişinə "kərrublar və aramsız fırlanan yanar qılınc qoydu." (Yardılış. 3:23–24).
Adəmin həyatı Ədən qovulmasından sonra tamamilə dəyişdi, o, əzab və ağır işlər dolu həyatı sürməyə məhkum edilmişdi. İndi Adəm ölümü gözləyərək yaşayırdı və "lənətlənmiş" yerdə özünə ruzi axtarırdı (Yaradılış. 3:17–19).
Adəm arvadı Həvva ilə yaxınlıq etdi. O da, hamilə qalıb Qabili doğdu. Sonra Həvva yenə hamilə qaldı və Adəmin ikinci oğlunu Habili dünyaya gətirdi (Yaradlılış. 4:1–2). 130 (230)[8] yaşında üçüncü oğlunu Şeysi peydahladı, hansı ki Nuhun ulu babası olaraq, bununla da bütöv bəşəriyyətin əcdadlarından biri oldu. Adəmin digər oğullarının nəsilləri Böyük tufan zamanı həlak oldular (Yaradılış. 7:21)
Yaradılış kitabının 5-ci fəslində Adəmin gələcək nəvələri sadalanır, bu sadalanmaya Adəmin özündən tutmuş Nuha qədər bütün Əhdi Ətiq patriaxlar daxildi, həmçinin onların neçə il yaşadıqları da göstərilib. Tufandan öncə hər patriarxlar kimi Adəm də həyatın müasir ölçülərinə görə, uzun ömür yaşıyıb. Şeysin doğumundan sonra o, daha 800 (700) il yaşadı, və onun başqa oğul və qızları oldu (Yaradılış. 5:1–4) və Bibliya hekayəsinə görə, 930 yaşında vəfat etdi (Yaradılış. 5:5).
E.ə. 170-ci ildə yazılan Sirak kitabında Adəm Bibliyanın böyük dindarlarına aid edilir və başqaları ilə müqaisədə o, daha üstün tutulur (Sirak. 49:18 (tr.)).
İncildə Adəm barədə sistemləşdirilmiş hekayə.varkən, Quranda Adəmin adı bir neçə surələrdə çəkilir. Onun adı qeyd edildiyi ayələr Quranın başqa başqa hissələrinə səpələnib.
Qurani-Kərimdə insanın Allaha oxşar olduğu və onun simasında yaradıldığı əqidəsi yoxdu. Kitabda daha çox Allah insanı öz düşündüyü tərzdə yaratdığı deyilir. Həmçinin, Quranda qeyd olunur ki, göylərin, yerin və başqa varlıqların yaranışından sonra Allah taala onların ən üstününü, ən şərəflisini, yəni insanı yaradaraq onu özünə yer üzündə xəlifə və canişin seçdi (Bəqərə. 30 Arxivləşdirilib 2016-12-01 at the Wayback Machine).
Səcdə surəsində (6–7 ayə Arxivləşdirilib 2016-12-16 at the Wayback Machine) deyilir ki, Allah Adəmi palçıqdan yaratdı. Bəqərə surəsində Adəmin təyinatı daha dolğun şəkildə açıqlanır (Allah mələklərə deyir ki, yer üzündə canişini qoymaq istəyir), həmçinin rəvayət olunur ki, bütün mələklər Adəm qarşısında səcdəyə düşdülər cin Şeytandan (İblisdən) başqa, hansınaki mələklər arasında yaşamaq xüsusi üstünlüyü verilmişdir, taki o, qiyam etmədiyinə qədər. Həmçinin, surədə Adəm və Həvva cütlüyün cənnət bağında həyatından danışılır. Allah bağda müəyyən ağaca doğru yaxınlaşmağı qadağan edir (Əraf surəsi. 19 Arxivləşdirilib 2016-12-12 at the Wayback Machine)
Əraf surəsində İblisin Adəmi və onun arvadını qadağan edilmiş ağacın meyvəsini yemələri üçün (118–123 ayələr Arxivləşdirilib 2016-12-12 at the Wayback Machine) necə yoldan çıxartdığı haqda danışılır. Quran günahkarların hər ikisini bərabər xətalı görür. Nəticədə insanlar Allah tərəfindən cənnət bağından qovulurlar. Həmçinin Quranda deyilir ki, Allah Adəmin günahını hətta onu yerə göndərməkdən öncə bağışlamışdı (Taha surəsi, 121–122 ayələr Arxivləşdirilib 2017-05-28 at the Wayback Machine)
Maidə surəsində (5:27 Arxivləşdirilib 2017-01-22 at the Wayback Machine ayə) Adəmin oğulları haqda bəhs olunur. Quranda ilk insan ömrünün sürəkliliyi haqqında məlumat yoxdur.
Allah və mələklər arasında olan bu müxtəsər söhbətdən sonra Allah taala Adəmi, bəşəriyyətin atasını və insan növünün yaranışını başladı. Quranda qeyd olunmuşdur ki, Allah insanı gildən yaratdı, sonra öz ruhundan ona üfürdü, onun ardınca mələklərə ona səcdə etməyi əmr etdi və onlar da İblisdən başqa hamılıqla səcdə edərək Allahın fərmanına öz tabeliklərini bildirdilər. Təkcə İblis, Adəmə qarşı olan həsəd və təkəbbürün nəticəsində, Allahın əmrindən boyun qaçıraraq Qiyamət gününə qədər Allah dərgahından qovuldu (Əraf surəsi. 12–15 Arxivləşdirilib 2016-12-12 at the Wayback Machine). Qovulan İblis söz verdi ki, insanları daima yoldan çıxartmağa və günah işləməyə sövq edəcək. (Əraf surəsi. 16–17 Arxivləşdirilib 2016-12-12 at the Wayback Machine)
Allah insanı yaratdıqdan sonra öz elm nurundan onun qəlbinə salmağı iradə etdi, bu səbəbdən də əsmanı (adlar, ya rəmzlər və həqiqətləri) ona öyrətdi. Göylərin, yerlərin, hətta mələklərin belə onun əzəmətinə dözə bilmədiyi əmanəti (əsmanı) ona tapşırdı. Bununla belə, onların yaranışın sirrindən etdikləri suala başqa bir izahlı cavab olmasını başa düşdülər və bu məxluqun bu qədər əzəmətli olmasını dərk etdilər. (Bəqərə surəsi. 31–33 Arxivləşdirilib 2016-12-01 at the Wayback Machine)
Beləliklə Adəm, bəşəriyyətin atası yarandı, bütün mələklər ona səcdə etdilər və Allahın böyük məqamı olan xəlifəliyə nail oldu. Amma yaşayışın davamı üçün bir sıra ehtiyacları, qərizələri var idi. Allah bunları hikmət üzündən onun vücudunda xəlq etmişdi və bu qüvvələr insan üçün yeni-yeni ehtiyaclara səbəb oldu. Başqa bir tərəfdən bu əhəmiyyətli xilqətin məqsədi təkcə Adəm deyildi, bəlkə Allah bu növün təqvalı və ixlaslı bəndələrində olan həqiqi qiymətini mələklərə göstərmək üçün onun nəslinin artmasını istədi. Bu istəyin reallaşması üçün həmin növdən olan başqa bir vücuda ehtiyac duyuldu və insan nəsli bu iki vücuddan artdı.
Adəmin təklikdən əziyyət çəkməsindən əlavə onun qəlbinin sakitliyi və canının rahatlığı üçün özünə həmsöhbət istəyirdi. Buna görə də Allah taala Adəmin xilqətindən artıq qalmış gildən Həvvanı yaratdı və onun bədəninə ruh üfürdü. Eyni ilə Adəm kimi onun yaranışını kamilləşdirdi.
Adəm ilə Həvva Allah-taalanın icazəsi ilə behiştdə məskunlaşaraq onun müxtəlif ləzzətli nemətlərindən bəhrələndilər.
Şeytan bütün bədbəxtçiliyinin və Allah dərgahından qovulmasının Adəm tərəfindən olmasını bilirdi. Onunla düşmənçiliyi qəlbində özünə yer etmişdi və istəyirdi ki, hər nəyin bahasına olursa olsun onu və övladlarını düz yoldan azdırsın. Hətta insanları özü kimi cəhənnəmlik edəcəyi üçün Allaha and da içmişdir. Şeytanın Adəm və Həvvanı behiştdən çıxartmaq üçün nə kimi planlar çəkdi, neçə cür dona girdi, ya bir yolla behiştə daxil oldu və ya xaricdən qəlblərinə vəsvəsə saldı, dəqiq məlum deyil. Quran və səhih rəvayətlərdə bu barədə məlumat yoxdur. Amma qeyri-mötəbər rəvayətlərdə tovuz quşu, ya ilan şəklində behiştə girməsi qeyd olunur.
Şeytan öz hədəfinə yetişmək üçün nəsihət verən bir şəxs kimi zahir olaraq cütlüyə demişdir ki, Allahın ağaca yaxınlaşmağa qadağan etməsinin səbəbi Allahın Adəmin və Həvvanın mələyə dönəcəyindən, və onların əbədi həyat yaşayacaqlarından qorxduğu üçündü. Hiyləsinin baş tutması üçün sözlərinin ardınca yalandan and içərək dedi: -"Mənim sizə xeyirxahlıq və yaxşılıqdan başqa bir niyyətim yoxdur." Nəhayət İblisin hiyləsilə Həvva və Adəm qadağan olunmuş ağaca yaxınlaşıb ona əl vurdular, və bu əməl onların behişt nemətlərindən məhrum olmasına və oradan qovulmaqlarına səbəb oldu (Əraf surəsi. 24–25 Arxivləşdirilib 2016-12-12 at the Wayback Machine).
Bir müddət keçdikdə Adəm və Həvva etdiklərindən peşman oldular və behiştin hədsiz nemətlərinin həsrətində qaldılar (Əraf surəsi. 22–23 Arxivləşdirilib 2016-12-12 at the Wayback Machine)
Allah onların səadətə yetişməsi və onları özünə cəlb etməsi üçün tövbə, istiğfar və əfv istəmə yolunu göstərdi. Bəzi alimlərin[hansı?] dediyinə görə, tövbə və istiğfarın günahı aradan aparması, Allahın Adəmə təlim verdiyi əsma elminin bir hissəsidir. Bu surə ilə Quranda Allahın mərhəmətli, tövbə qəbul edən və bağışlayan olduğu göstərilir (Bəqərə surəsi. 37 Arxivləşdirilib 2016-12-01 at the Wayback Machine).
Yəhudi təqviminə əsasən Adəm ə.e. 3760-cı ildə yaradıldı.
Xristian ənənəsində Adəmin yaradılışı İsanın Adəmdən olan İncildəki nəsil şəcərəsinə əsasən hesablanır (Luka. 3), buna görə də xristianlığda Adəmin yaradılış tarixinin çoxsaylı versiyaları var.
Yubileylərin kitabına əsasən, Adəm yaradıldığı ölkədə 40 gün keçirtdi, ondan sonra Ədən bağına gətirildi. Adəm və Həvva Ədəndə 7 il keçirtdilər, yoldan çıxarma isə ikinci ayının 17-ci günündə baş verdı. Qabil ikinci yubileyin üçüncü həftəsində (yəni dünya yaranandan 64–70-ci illərdə) anadan oldu, Habil dördüncü həftədə, qızı İqlima isə beşinci həftədə. Adəmin oğullarının ümumi sayı 12 idi.
Hələ antik dövrdə fikir səslənmişdir ki, patriarxların böyük ömür uzunluğu əslində onu bildiri ki, 10 ili bir il kimi hesablamaq lazımdı,[9] həm də fikir var idi ki, onları ay ayları ilə hesablamaq lazımdı[10] (930 ay ayları. = 930*29,5/365,25 = 75,11 il). Bununla belə, bu versiya bir sıra faktlarla uzlaşmır, məsələn, Tövratda Böyük Tufanı təsvir etmədən öncə deyilir: "Mən ətdən-qandan olan insana sonsuzadək dözməyəcəyəm.Onun ömrünə yüz iyirmi il qalıb" (Yaradılış. 6:3)
Adəmin həyat və yaradılış tarixi təxminən III əsrdə yazılan "Bereşit Rabah" adlı Yaradılış kitabının aqqada midraşında ətraflı göstərilir, həmçinin Talmudun müxtəlif elmi əsərlərində.
Midraşda izah edilir ki, Tanrının göydə olan mələklər və eləcə də aşağıda olan heyvan və digər məxluqlar sayı kifayət qədərdi, ona görə də ona insan lazım idi ki, bu iki yuxarı və aşağı dünyaları özündə birləşdirsin[11].
İnsan yaradılışı haqqında hekayə Tanrının bu sözləri ilə başlayır: "Bizə bənzəyən insan yaradaq" (Yaradılış. 1:26). İudaizmin ekzegetikası Tanrının adının cəm şəkildə çəkilməsinin bir neçə şəkildə izah edir. Ən çox yayılmış izaha əsasən[12][13][14], insanı yaratmazdan öncə Tanrı mələklərlə məsləhətləşir. Tanaxın klassik şərhçisi Naşi (XII əsr)[15] bundan nəticə çıxardır ki, Tanrı mülayim xarakterlidır, çünki Tanrı mələklərin insana paxıllıq etməsindən ehtiyatlanaraq, Adəmin yaradılışı zamanı mələklərlə söhbət edir. Midraşın sözlərinə görə[13], Musanın, Tanrının günahkarlara niyə Onun tək olmasına şübhələnmək üçün əsas verir haqda anlaşılmaz sualına Yaradan cavab verir ki, O, Özü haqda qəsdən cəm halda danışır.
Bereşit Rabbah midraşı Tanrının mələklərlə müzakirəsini zəbur şeirini təfsir edərək belə təsvir edir: "Məhəbbətlə sədaqət görüşəcək, salehliklə sülh öpüşəcək; Sədaqət yerdən cücərəcək, doğruluq göylərdən boylanacaq" (Zəbur. 85: 10–11)