Alp Təkin

Alp Təkin (962–963) — Qəznənin ilk türk hakimi.

Alp Təkin
الپتگین
Qəznə hakimi
962 – 963
ƏvvəlkiLavik sülaləsi
SonrakıƏbu İshaq İbrahim
Şəxsi məlumatlar
Doğum tarixi 901
Doğum yeri Bəlx
Vəfat tarixi 13 sentyabr 963
Vəfat yeri
Fəaliyyəti qubernator
Uşağı Əbu İshaq İbrahim
Ailəsi Qəznəvilər sülaləsi

Bəlxdə anadan olmuşdu. Həyatının ilk illəri Xorasan valisinin ordusunda muzdlu döyüşçü olmaqla keçmişdir. 961-ci ildə Samani əmiri I Əbdülmalikin ölümündən sonra taxtda hərc-mərclik yaranmışdı. Alp Təkin bu mübarizədə Faiq adlı bir şahzadəni dəstəkləsə də taxta I Mənsurun çıxması ilə mövqeyi zədələnmiş, Xorasandan Qəznəyə keçmiş, yerli sülalə olan Lavik sülaləsini devirərək oranın hakimi olmağa davam etmişdir. O hələ də Samani vassalı idi.

Oğlu: Əbu İshaq İbrahim — onu əvəz etdi.

Qızı: Adı bilinməyən bir qızı olmuş, Səbuk Təkin ilə evlənmişdir.