Səbuk Təkin

Səbuk Təkin - (fars. ابو منصور سبکتگین‎) - Böri Təkindən sonra hökmdarlığa seçki ilə gələn 977-ci ildə taxta çıxan Qəznəvi hökmdarı.

Səbuk Təkin
ابو منصور سبکتگین
Qəznəvilərin birinci əmiri
ƏvvəlkiBöri Təkin
Sonrakıİsmayıl Qəznəvi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Barsqan[1], (indiki Qırğızıstan)
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi Xəstəlik
Dəfn yeri Qəznə
Fəaliyyəti hərbi lider[d]
Atası Cuk Qarabaykam
Uşaqları İsmayıl Qəznəvi
Sultan Mahmud Qəznəvi
Nurəddin Yusif Qəznəvi
Sitri Mualla (qızı)
Ailəsi Qəznəvilər sülaləsi
Dini Sünnilik

942-ci ildə Qəznə şəhərində anadan olmuşdu [2]. 12 yaşında əsir alınaraq Hacı Nəsr adlı tacirə satılmışdı. Daha sonra Alp Təkin tərəfindən satın alınmışdı. Alp Təkin Samanilərə qarşı üsyan edəndən sonra onun qızı ilə evlənib sərkərdə olmuşdu. Əmir əl ÜməraVəkili Mütləq titullarına layiq görülən Səbuk Təkin sonrakı sərkərdələrin hakimiyyəti dövründə Qəznəni qorudu.

977-ci ildə taxta çıxanda başqa bir Qəznəvi sərkərdə olan Toqan ona qarşı çıxdı. Səbuk Təkin onu məğlub edib Qəndəharı ələ keçirdi. Şahilər sülaləsinin nümayəndəsi Cayapalanın ordusunu məğlub edib onu vergi verməyə məcbur etdi. Vergi vermək istəməyən Cayapala digər hind knyazları ilə müttəfiq olub yenə döyüşsə də Səbuk Təkin bir daha qalib gələrək bütün Əfqanıstanı hindlilərin əlindən aldı. 944-cü ildə Samani hökmdarı II Nuha yardım edən Səbuk Təkin Nasirəddin titulunu aldı, oğlu Mahmud isə Xorasan hakimi vəzifəsi ilə Seyfəddövlə titulu aldı. Səbuk Təkin çox dindar və mövhumatçı biri idi. Alimləri həbs etdirir, elmin inkişafını bidət kimi görürdü.[3]. Onun müstəqilliyi Abbasi xəlifəsi tərəfindən tanındığı üçün Qəznəvilər sülaləsinin ilk nümayəndəsi kimi tanınır.

997-ci ildə Səbuk Təkin bir yürüşdə, Bəlxdən Qəznəyə gedən yolda xəstələnib öldü. Yerinə oğlu İsmayıl Qəznəvi keçdi.

  1. "Sebüktigin". Encyclopædia Britannica. İstifadə tarixi: 2012-12-30.
  2. Mahmud of Ghazni, The Great Events by Famous Historians: Indexes, Vol. XX, Ed. John Rudd, Charles F. Horne and Rossiter Johnson, (1905), 141.
  3. İbn Teymiyyə - əl-Casim, səh. 155